Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1557/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük Idarəsi tərəfindən tərtib olunmuş *****- *****/** nömrəli, ## ### 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qərarından buraxılmış müddətin bərpasına dair ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inizbati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş protokol baxılması üçün Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük Idarəsi tərəfindən tərtib olunmuş *****-*****/** nömrəli, ## ### 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Idarəsinin rəisi Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən cərimə edilməsi barədə qərar qəbul edilsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük Idarəsi tərəfindən tərtib olunmuş olmuş *****-*****/** nömrəli, ## ### 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qərarından Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Idarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmışdır. Inzibati protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük Idarəsi tərəfindən ## ##### 2026-cı il tarixində müddətin bərpasına dair vəsatət məhkəməyə daxil olmuşdur. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ## ### 2025-ci il tarixli qərarı ## #### 2026-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük Idarəsinə daxil olmuşdur. ## #### 2026-cı il tarixdə *-**-****/*-******/**** nömrəli məktubla apellyasiya şikayət verilmişdir. Verilmiş şikayətin müddətinin ötürülməsinə dair vəsatətin təmin edilməsini xahiş edirlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qərarından şikayət verilməsi üçün müddətin bərpa olunmasına dair inzibati protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük Idarəsi tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Qərardaddan narazı qalan Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Idarəsi rəisi- R Vəzir Həsənov apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadının ləğv edilməsini və buraxılmış müddətin bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- ****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadında şikayət verilməsi üçün müddətin üzürsüz səbəbdən ötürüldüyü qeyd edilmiş, lakin qərardan şikayət vermə müddəti üzrlü səbəbdən ötürülmüşdür. Qeyd edildiyi kimi ## ### 2025-ci il tarixli qərar faktiki olaraq Baş Idarəyə yalnız ## #### 2026-cı ildə Idarənin sorğusu əsasında təqdim edilmişdir. Həmçinin, məhkəmə vəsatətin təmin edilməməsi ilə bağlı qərardadda qeyd edilən qərarın ## ### 2025-ci il tarixdə tərəflərə məlumat üçün göndərildiyini bildirsə də bunu sübut edən hər hansı sənədin (xəbərnamə, poçt göndərişlərinin izlənməsi ilə bağlı çıxarış və s.) mövcudluğu barədə hər hansı məlumat qeyd etməmişdir. Məhkəmə qərarının qanunla müəyyən edilmiş müddətdə rəsmi qaydada təqdim edilməməsi Idarənin səhvi ucbatından baş vermədiyindən məhkəmənin şikayətin verilməsi üçün müddətin üzürsüz səbəbdən ötürülməsi ilə bağlı gəldiyi nəticə əsassızdır. Məhkəmə iclasının yeri və vaxtı inzibati orqan Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Idarəsinə məlumat verilsə də, nümayəndənin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, aşağıda qeyd olunanlara görə şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, şikayət verilmiş qərar ## ### 2025-ci il tarixində qəbul edilmiş, ## ### 2025-ci il tarixində tərəflərə məlumat üçün göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük Idarəsi tərəfindən ## #### 2026-cı il tarixində apellyasiya şikayəti verilmiş və iş ## #### 2026-cı il tarixində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsində məhkəmə iclası keçirilmiş və şikayətin icraata qəbulundan imtina olunmasına dair qərar elan edilmişdir. Inzibati protokol tərtib etmiş orqan tərəfindən apellyasiya şikayətinin verilməsinə dair müddətin bərpasına dair vəsatət məhkəməyə ## ##### 2026-cı il tarixdə göndərilmişdir. Birinci məhkəməsi hesab etmişdir ki, inzibati protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük Idarəsi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qərarından şikayət verilməsi üçün müddət üzrsüz səbəbdən ötürüldüyündən, həmin müddətin bərpa edilməsinə dair vəsatət təmin edilməməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük Idarəsi tərəfindən tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qərarından apellyasiya qaydasında şikayətin verilməsi üçün kifayət qədər müddət olmasına baxmayaraq, inzibati orqan həmin qərarı vaxtında mübahisələndirməmiş, heç bir üzrlü səbəb olmadan müvafiq vəsatətlə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, mübahisələndirilən qərar ## ### 2025-ci il tarixində tərəflərə məlumat üçün göndərilmiş və bunu təsdiqləyən ## ### 2025-ci il tarixli qaimə iş materiallarına əlavə edilmişdir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük Idarəsinin vermiş olduğu vəsatət əsassızdır və qərardan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət inzibati orqan tərəfindən üzrlü səbəbdən buraxılmamışdır. Məhkəmə qeyd edir ki, inzibati orqan qərardan şikayət vermə müddətinin üzrlü səbəbdən ötürüldüyünə istinad etsə də, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəbləri aşkar edilməmiş, bununla bağlı sübut təqdim edilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, qərardan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən buraxılması nəzərdə tutulsa da, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qərarından şikayət verilməsi üçün müddətin üzrlü səbəbdən ötürülməsi heç bir sənədlə öz təsdiqini tapmadığından, həmin müddət bərpa edilməməlidir. Bu səbəbdən məhkəmə şikayətin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-ci maddəsinə buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Odur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük Idarəsi tərəfindən verilən apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134cü maddələrinin maddəsini rəhbər tutaraq, QƏRARA A L İ R A M: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük Idarəsi tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük Idarəsi tərəfindən tərtib olunmuş *****- *****/** nömrəli, ## ### 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarından buraxılmış müddətin bərpasına dair ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük Idarəsi tərəfindən verilən apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1557/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1557/2026
01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver