Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1558/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təsqirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*- **)-****/**** saylı qərarından verdiyi şikayətə Bakı apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Protokolu tərtib edən orqan tərəfındən tərtib olunmuş ## ##### 2026-cı il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 2 168 840.70 Rusiya rublu məbləğində vəsaiti bank hesabından ## ###### 2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamış və bununla Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində tərtib olunmuş ## ##### 2026-cı il tarixli EP № ******* saylı inzibati xəta haqqından protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Y.Babayev) ## ### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş 2.168.840,70 Rusiya rublu valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 433.768,14 Rusiya rublu (qərar icra edilən günə manatın məzənnəsi ilə) məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan, hüquqi şəxs apellyasiya qaydasında şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin sözügedən qərarı qanunsuz, əsassız və hüquqi baxımdan qeyri-obyektivdir. Məhkəmə işin faktiki hallarını hüquqi qiymət verərkən maddi və prosessual hüquq normalarını birtərəfli təfsir etmiş, iş materiallarında mövcud olan mötəbər sübutları düzgün qiymətləndirməmiş və nəticədə ədalət mühakiməsinin prinsiplərinə zidd qərar qəbul etmişdir. Iş materiallarında mövcud olan 01241000133243 və ************** nömrəli rəsmi Gömrük Bəyannamələri (YGB) təkzibedilməz şəkildə sübut edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ## ###### 2024-cü il tarixdə Rusiyanın "xxxx" şirkətinə köçürülmüş 2,168,840.70 Rusiya rublu məbləğində avans vəsaiti müqabilində mallar (uşaq oyuncaqları) qanunvericiliklə müəyyən edilmiş 2 illik müddət ərzində Azərbaycan Respublikasının ərazisinə faktiki olaraq idxal edilmiş, gömrük rəsmiləşdirilməsindən keçmiş və sərbəst dövriyyəyə buraxılmışdır. Bu səbəbdəndə, sözügedə mallar ölkədə ola-ola şirkətin "valyuta qaçırmaqda" ittiham edilməsi həm məntiqə, həm də hüququn ali prinsiplərinə tamamilə ziddir. Iş materiallarına əlavə edilmiş sənədlərdən aydın görünür ki, hər iki müqavilə eyni xarici kontragentlə ("xxxx" şirkəti) eyni məqsəd və predmet (uşaq oyuncaqlarının idxalı) üzrə bağlanmışdır. ##.##.2023-cü il tarixli *** nömrəli müqavilə yalnız brendlərin illik alış həcmlərinin və ticari şərtlərin yenilənməsi səbəbindən tərtib edilmiş və həmin müqaviləyə əlavənin 3-cü bəndində rəsmən təsbit olunduğu kimi, mahiyyətcə əvvəlki müqavilə münasibətlərinin hüquqi davamı və tərkib hissəsi olmuşdur. ##.##.2024-cü il tarixli rəsmi bank ödəniş tapşırığının təyinat hissəsində mexaniki olaraq köhnə müqavilənin nömrəsi yazılmışdır. Lakin mallar ölkəyə daxil olarkən yenilənmiş şərtləri ehtiva edən *** saylı müqavilə ilə göndərildiyi üçün YGB-də bu nömrə əks olunmuşdur. Ümumiyyətlə məhkəmə hüquqi şəxsin təqdim etdiyi sənədlərə formal olaraq yanaşmışdır. Birinci instansiya məhkəməsi Dövlət Gömrük Komitəsinin bəyannamədə müvafiq düzəliş etməkdən imtina etməsini əsas gətirərək, bu faktı cavabdeh tərəfin əleyhinə bir sübut kimi qiymətləndirmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş sanksiya işin faktiki halları ilə mütənasib deyil. Malların tam həcmdə ölkəyə daxil olduğu, dövlət büdcəsinə gömrük rüsumlarının tam və vaxtında ödənildiyi bir şəraitdə, sırf iki müqavilə nömrəsində yaranmış texniki uyğunsuzluğa görə şirkətimizə qarşı 433,768.14 Rusiya rublu məbləğində ağır maliyyə sanksiyasının tətbiq edilməsi ədalətlilik prinsipinə tamamilə ziddir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin fəaliyyətində valyuta vəsaitini xaricdə gizlətmək və ya qanunla müəyyən edilmiş müddətdə geri qaytarmamaqla bağlı hər hansı təqsir (qəsd və ya ehtiyatsızlıq) sübut olunmamışdır. Şirkətin real iradəsi malların idxalına yönəlmiş və bu iradə fiziki olaraq icra edilmişdir. Sənədlərdəki uyğunsuzluq isə inzibati xəta tərkibi yaratmır. Məhkəmə iclasında, hüquqi şəxsin nümayəndəsi X2, əlavə sənədlər təqdim edərək, şikayətin dəlillərinə uyğun çıxış etmiş və təmin olunmasını xahiş etmişdir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını nəzərə alaraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Idarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Işdə olan sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ## ###### 2024-cü il tarixdə 2 168 840.70 Rusiya rublu məbləğində vəsait Azərbaycan Respublikasından kənara ödəniş edilməklə köçürülmüşdür. Inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin köçürülmüş vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən bank sənədlərini təqdim etmədiyi və qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində “müəyyən edilmiş müddətlərdə” anlayışı, Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndində müəyyən edilmiş 2 (iki) il müddəti özündə ehtiva edir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə münasibətdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin müəyyən etdiyi inzibati xəta, ## ###### 2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 2168840.70 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin banka təqdim edilmədiyi və qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılması üçün müəyyən edilmiş 2 (iki) illik müddətin ## #### 2026-cı il tarixdə başa çatması ilə bağlı yaranmışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələbinə əsasən, «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları»nın 4.3.1.3-cü bəndində nəzərdə tutulmuş konkret müddətin (iki ilin) ötürülməsi inzibati xəta faktının subyektə münasibətdə yaranması üçün şərtsiz əsasdır. Şikayətin dəlillərinə və əlavə təqdim edilmiş sənədlərə münasibətdə, hüquqi şəxsin qanunla müəyyən olunmuş qaydada inzibati məsuliyyətini və tənbeh olunmasını istisna edən hallar aşkar olunmamaışdır. Hüquqi şəxsin şikayətində, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən, ## ###### 2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 2 168 840.70 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunduğu iddia olunsa da, faktı təsdiq edən konkret sübutlar məhkəməyə təqdim olunmamış və mülahizə xarakterli həmin məlumatlar tədqiq olunmuş iş materialları ilə müqayisədə təkzib olunmuşdur. “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Rrespublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2024-cü il tarixli qərarında qeyd olunur ki, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi X1 Heyətinin 2016-cı il ## ###### tarixli Qərarı ilə Qaydalar qəbul edilmiş və həmin Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən həyata keçirilən köçürmələr, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi öhdəliyi və bu öhdəliyin icrası ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğunu nəzərə alır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələbləri nəzərə alınmışdır. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun sayır və qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli şəkildə təhlilinə, həmçinin maddi və prossesual hüquq normalarına əsasən, iş üzrə qanuni və əsaslı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, qanunvericiliyin tələblərini və işin həqiqi hallarını nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olmaqla, təyin edilmiş inzibati tənbehin həddinə münasibətdə ədalətlidir. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134.1.1ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş 2.168.840,70 Rusiya rublu valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 433.768,14 Rusiya rublu (qərar icra edilən günə manatın məzənnəsi ilə) məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1558/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1558/2026
01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver