Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1562/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş *****-*****/** nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3- 3029.***/***/****** nömrəli ##.##.2026-cı il tarixli raportun icrası ilə əlaqədar bildirilmişdir ki, hər raportda Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən ##.##.2026-ci il tarixdə alınmış məlumata əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən ##.##.2017-ci il tarixində ##.##.2026-cı il tarixədək olan müddət ərzində rəsmiləşdirilən 3 (üç) gömrük bəyannaməsi üzrə 24432.79 (iyirmi dörd min dörd yüz otuz iki dollar yetmiş doqquz sent) ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi göstərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 3029.69 ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 faizi - 908,907 ABŞ dolları (ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alnmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqana və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan baxılmanı mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Bas Gömrük İdarəsindən hüquqi şəxs “xxxx” MMC-nin elektron ünvanına (infoagroart.az@) “konsiqnasiva yolu ilə ixrac olunmuş malları müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda ola hesablara köçürülməsinin təmin edilməsinə dair *****/*** nömrəli ##.##.2026-cı il tarixli bildiriş göndərilmişdir. Qeyd edilən faktla bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin etibarnamə üzrə nümayəndəsi İsfəndiyarov Murad Həsən oğlunun izahatı alınmışdır. O izahatında bildirmişdir ki, 01252000078399, 01252000078479, 01252000080641 sorğu nömrəli gömrük bəyannamələri üzrə ixrac edilən mallar müqabilində valyuta vəsaitlərinin çox hissəsi mallar ixrac olunduğu gündən sonra, lakin 180 gündən gec olmayaraq “xxxx” MMC-nin müvəkkil bank hesabına köçürülmüşdür və ümumilikdə 3029.69 (üç min iyirmi doqquz dollar altmış doqquz sent) ABS dolları məbləğin qalıq vəsait qalmışdır. Buna səbəb malları idxalatçı qəbul edən zaman ixrac olunan malların içərisində olan yararsız malların qarşılığında və bizim ixrac etdiyimiz malları idxalatçının ölkəsində satdığına görə hər invovs dəyərinin 5 % miqdarında bonus alması səbəbindən hər bəyannamə üzrə qaytarılmayan müəyyən miqdarda qalıq məbləğlər olur. İdxalatçı şirkətlər tərəfindən yarasızlıqlarla, bonusla bağlı müvəfiq sənədlər elektron qaydada göndərilir, eyni zamanda yararsız malların çəkisini, dəyərini hesablayaraq təqdim edirlər və yaranmış qaytarılmayan məbləğlər də həmin məbləğlərdir. Aparılmış araşdırma nəticəsində iş materiallarına əlavə edilmiş DGK-nın Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin “Maliyyə əməliyyatları” bölməsinin “konsiqnasiva nəzarət” altbölməsindən əldə edilmiş çıxarışa baxış nəticəsində nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Rusiya Federasiyasında fəaliyyət göstərən OOO “Kamelot-A” və AO “Qrand-Trevd” şirkətləri ilə müvafiq olaraq bağlanılmış ***/**** nömrəli ##.##.2019-cu QT/*****/** nömrəli ##.##.2022-ci il tarixli müqavilələrə istinad etməklə Bakı Bas İdarəsində 01252000078399, 01252000078479. 01252000080641 sorğu nömrəli bəyannamələri üzrə ümumilikdə 71820 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nə ümumilikdə 68790.31 ABŞ dolları məbləğində vəsait mallar ixrac olduğu gündən sonra, 180 gündən gec olmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin müvəkkil bank hesabına köçürülsə də, 3029.69 (üç min iyirmi doqquz dollar altmış doqquz sent) ABŞ dolları məbləğində pul vəsaiti Azə Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli *** nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi" Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac edilmiş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (bir yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair" ##.##.2021-ci il tarixli Qərarına əsasən "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş ve Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx MMC-i tərəfindən xarici iqtisadı fəaliyyət nəticəsində həyata keçirilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, məzənnəyə uyğun olaraq 3029.69 ABŞ dolları xarici valyuta vəsaitini xaricdən vaxtında qaytarmama faktına görə hadisədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri aşkar edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1562/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1562/2026
01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver