Məhkəmə qərarları › İş №3(3-6)-1563/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1563/2026

09.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1563/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X1, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Baş Dövlət Yol Polis Idarəsinin rəis müavini tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli EQ******** nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Baş Dövlət Yol Polis Idarəsinin rəis müavini apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*- **)-****/**** nömrəli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində çıxarılmış elektron qərarın dəyişdiriılmədən qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yol hərəkəti qayda pozuntusuna görə vətəndaş Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsilə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Vətəndaş Qərardan şikayət verən orqan (şəxs) Nizami Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək qəbul edilmiş elektron qərarın ləğv edilərək barəsində başlanmış icraata xitam verilməsinin xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ## ##### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilərək barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilərək işlər üzrə icraata xitam verilmişdir. Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ləğv edilməli və Baş Dövlət Yol Polis Idarəsi tərəfindən çıxarılmış elektron qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə hesab etmişdir ki, elektron qərar real vaxt rejimində çıxarılmamış, eləcə də 1 gün ərzində elektron kabinetə yerləşdirilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul olunarkən inzibati xəta haqqında iş araşdırılmamış, həmin qərarın əslində ## ###### 2026-cı il tarixdə törədilmiş inzibati xətaya görə nəqliyyat vasitəsinin mülkiyyətçisi “xxxx" MMC barəsində tərtib edilmiş sorğuya əsasən sonradan şirkət tərəfindən avtomobili idarə edən şəxs barəsində verilmiş məlumat əsasında çıxarılmış qərar olduğu müəyyən edilməmişdir. Belə ki, ## ###### 2026-cı il tarixdə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında Inzibati Xətalar Məcəlləsinin 123-cü maddəsinə uyğun qaydada şirkət barəsində tərtib edilmiş sorğu ## ##### 2026-cı il tarixdə qərara çevrilmiş və həmin qərar da dərhal sürücünün elektron kabinetinə yerləşdirilmişdir. Elektron qərarlar çıxarılarkən əslində Məcəllənin 38.6-cı maddəsinin tələbi pozulmadığı halda, hakim qərarında bunun tam əksini qeyd etmiş, onun tərəfindən ümumiyyətlə Məcəllənin 123-cü maddəsi araşdırılmamış və kobud pozuntuya yol verilmişdir. Birinci instansiya məhkəməsinin hakimi səlahiyyətli vəzifəli şəxsin qərarından şikayətə baxarkən səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermədən inzibati xəta haqqında işə baxmışdır. Nizami Rayon Məhkəməsinin 3(5- 99)~****/**** saylı ## ##### 2026-cı il tarixli qərarı ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş elektron qərar dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh orqan hadisəni ## ###### 2026-cı ildə elektron vasitə ilə qeydə alarkən ona dərhal ******** saylı Elektron Protokol (Status qərarsız göstərilməklə) SMS daxil olmuşdur. Odur ki, cavabdeh orqan avtomobilin kimin istifadəsində olduğu barədə məlumatı olmuşdur. Lakin həmin Protokol üzrə qərar Inzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinin tələbi kobud pozulmaqla 2 ay sonra verilmiş və bu onunla əsaslandırılmişdir ki, guya avtomobilin istifadəçisi barədə məlumat olmadığından şirkətə sorğu verilmiş və cavab alındıqdan dərhal sonra qərar elektron kabinetə yerləşdirilmişdir. Halbuki, bu həqiqətə uyğun deyil və özünü müdafiə xarakteri daşıyır. Beləki, əlavə olunuş Xətai Rayon Məhkəməsinin e-16(011)- ***/**** saylı ## ### 2025-ci il tarixli qərardadına əsasən ** PC *** dövlət qeydiyyat nişanlı "Skoda Kamiq" markalı nəqliyyat vasitəsinin idarə edilməsi üçün Qərardan şikayət verən orqan (şəxs) etibarnamə verilməsindən imtina edilməsi "xxxx" MMC-yə qadağan edilmişdir. Qərardad dərhal icra olunmuş və "xxxx" MMC tərəfindən avtomobilin istifadəçisi kimi mən elektron sistemə əlavə olunmuşam. Bundan sonra Inzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə bir neçə inzibati protokol daxil olmuşdur. Odur ki, cavabdeh orqan **PC*** dövlət qeydiyyat nişanlı "Skoda Kamiq" markalı nəqliyyat vasitəsinin guya kimin istifadəsində olması barədə məlumatın olmaması barədə gətirdiyi dəlillər əsassızdır. Beləki, əks halda cavabdeh orqan bu barədə şirkətə dərhal sorğu verməli idi. Cavabdeh orqan isə bunu etməmişdir ki, bu da səhlənkarlığa yol verilməsi barədə göstərilənləri təsdiq edir. Əlavə olaraq, bildirirm ki, daha sonra tərtib olunmuş protokollar da guya sistemdə sürücünün kimliyi məlum olmadığı bəhanəsi ilə cavabdeh orqan tərəfindən eyni pozuntulara yol verilmişdir. Qeyd olunanlara əsasən hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ## ##### 2026-cı il tarixli qərarı hüquqi baxımdan düzgün və əsaslıdır. Məhkəmə iclasında iştirak etmiş Qərardan şikayət verən orqan (şəxs) birinici instansya məhkəməsinin qərarını əsaslı hesab edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtə barəsində qanunvericiliyə uyğun şəkildə məlumatlandırılmış polis idarəsinin nümayəndəsi iştirak etmədiyindən məhkəmə baxış iclasının onun iştirakı olmadan davam etdirilməsi mümükün hesab edilmişdir. Işin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş 13 aprel 2026-cı il tarixli, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamadığına görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ##### 2026-cı il tarixli, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində onun üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədiyindən, inzibati məsuliyyətə cəlb oluna bilməz, inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata isə xitam verilməlidir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilmiş inzibati xəta xüsusi texniki vasitə ilə ## ###### 2026-cı il tarixdə aşkar edilmiş, lakin həmin fakt üzrə elektron qərar yalnız ## ##### 2026-cı il tarixdə qəbul olunmuşdur. “Asan Pay” ödəniş sistemindən əldə olunan çıxarışdan da göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən inzibati tənbeh vermə haqqında elektron qərar qanunda nəzərdə tutulduğu qaydada, yəni real vaxt rejimində və ya inzibati xətanın törədildiyi gündən bir gün müddətində deyil, 01 ay 19 gün sonra, ## ##### 2026-cı il tarixdə nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmişdir. Azərbaycan Respublikası Inizbati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədənəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt relimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim ... inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1 1-ci maddəsinə uyğun olaraq “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “ICMAL” altsistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi barəsində tərtib edilir; 122.1-1-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar təsdiq edilməmişdən əvvəl unikal nömrə verilməsi üçün “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “ICMAL” altsisteminə ötürülür və həmin qərara real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 123.1-ci maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci, 124.5-ci və 124.6-cı maddələrində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan bu Məcəllənin 124.4-cü maddəsi ilə müəyyən olunmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan bu Məcəllənin 124.4-cü maddəsi ilə müəyyən olunmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 123.3-cü maddəsinə əsasən Bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Apellyasiya icraatı zamanı təqdim edilmiş poçt xəbərnamələrinin surətindən müəyyən edilir ki, “xxxx” MMC tərəfindən ** PC *** dövlət qeydiyyat nişanlı “Skoda Kamiq” markalı nəqliyyat vasitəsinin sürücüsü barədə məlumatlar müxtəlif tarixlərdə, ## ###### 2026-cı il tarixdə, ## #### 2026-cı il tarixdə və səlahiyyətli orqana göndərilmiş, Qərardan şikayət verən orqan (şəxs) də izahatında Xətai Rayon Məhkəməsinin e- 16(011)- ***/**** saylı ## ### 2025 ci il tarixli qərardadına əsasən **PC*** dövlət qeydiyyat nişanlı “Skoda Kamiq” markalı nəqliyyat vasitəsinin idarə edilməsi üçün ona etibarnamə verilməsindən imtina edilməsinin “xxxx” MMC-yə qadağan edildiyini, qərardadın dərhal icra olunduğunu və “xxxx” MMC tərəfindən avtomobilin istifadəçisi kimi o, elektron sistemə əlavə olunduğunu, bundan sonra, barəsində bir neçə inzibati protokol tərtib edildiyini, yəni ** PC *** dövlət qeydiyyat nişanlı “Skoda Kamiq” markalı nəqliyyat vasitəsinin sürücüsünün o olması barədə məlumatların artıq səlahiyyətli orqanda olmasını göstərmiş, səlahiyyətli orqan bunun əksini sübuta yetirməmişdir. Birinci instansiya məhkəməsi inzibati tənbeh vermə haqqında qərarın real vaxt rejmində - bir gün müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilməməsi qənaətinə gələrək Inzibati Xətalar Məcəlləsinin 123cü maddəsinin tələblərinə toxunmamışdır. Həmin maddənin tələblərində foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən və hüquqi şəxsə (dövlət qurumuna) məxsus nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən törədilən inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydasını fərqli müəyyən etmişdir. Bununla belə, hazırkı işin hallarından Inzibati Xətalar Məcəlləsinin 123-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edildiyindən, məhkəmə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə razılaşır, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qərarını yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməməsini qeyd edir. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### ****-cı nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Baş Dövlət Yol Polis Idarəsinin rəis müavini tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar