Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1564/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Mən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, məhkəmə iclas katibi X2 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdim: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli saylı qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) (##.##.1976-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan) şikayəti qismən təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 469.3-cu maddəsi ilə inzibati xəta törətməsinə dair ##.##.2026-cı il tarixli EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Işin halları: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamamış, bu səbəbdən IXM-in 469.3-cü maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. Qərardan Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət edərək ##.##.2026-cı il tarixli EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, hakim tərəfindən qərar qəbul olunarkən inzibati xəta haqqında iş araşdırılmamış, həmin qərarın əslində ##.##.2026-cı il tarixdə törədilmiş inzibati xətaya görə nəqliyyat vasitəsinin mülkiyyətçisi “xxxx” MMC barəsində tərtib edilmiş sorğuya əsasən sonradan şirkət tərəfindən avtomobili idarə edən şəxs barəsində verilmiş məlumat əsasında çıxarılmış qərar olduğu müəyyən edilməmişdir. Belə ki, ##.##.2026-cı il tarixdə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında IXM-nin 123cü maddəsinə uyğun qaydada şirkət barəsində tərtib edilmiş sorğu ##.##.2026-cı il tarixdə qərara çevrilmiş və həmin qərar da dərhal sürücünün elektron kabinetinə yerləşdirilmişdir. Elektron qərarlar çıxarılarkən əslində Məcəllənin 38.6-cı maddəsinin tələbi pozulmadığı halda, hakim qərarında bunun tam əksini qeyd etmiş, onun tərəfindən ümumiyyətlə Məcəllənin 123-cü maddəsi araşdırılmamış və kobud pozuntuya yol verilmişdir. Birinci instansiya məhkəməsinin hakimi səlahiyyətli vəzifəli şəxsin qərarından şikayətə baxarkən səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermədən inzibati xəta haqqında işə baxmışdır. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə qarşı etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh orqan hadisəni ##.##.2026-cı ildə elektron vasitə ilə qeydə alarkən ona dərhal ******** saylı Elektron Protokol (Status qərarsız göstərilməklə) SMS daxil olmuşdur. Odur ki, cavabdeh orqan avtomobilin kimin istifadəsində olduğu barədə məlumatı olmuşdur. Lakin, həmin protokol üzrə qərar IXM-nin 38.6-cı maddəsinin tələbi kobud pozulmaqla 2 ay sonra verilmiş və bu onunla əsaslandırılmişdir ki, guya avtomobilin istifadəçisi barədə məlumat olmadığından şirkətə sorğu verilmiş və cavab alındıqdan dərhal sonra qərar elektron kabinetə yerləşdirilmişdir. Halbuki, bu həqiqətə uyğun deyil və özünü müdafiə xarakteri daşıyır. Beləki, əlavə olunuş Xətai Rayon Məhkəməsinin e-16(011)- ***/**** saylı ##.##.2025-ci il tarixli qərardadına əsasən **PC*** dövlət qeydiyyat nişanlı “Skoda Kamiq” markalı nəqliyyat vasitəsinin idarə edilməsi üçün Qərardan şikayət verən orqan (şəxs) etibarnamə verilməsindən imtina edilməsi “xxxx” MMC-yə qadağan edilmişdir. Qərardad dərhal icra olunmuş və “xxxx” MMC tərəfindən avtomobilin istifadəçisi kimi o, elektron sistemə əlavə olunmuşdur. Bundan sonra, IXM-nin 469.3-cü maddəsi ilə bir neçə inzibati protokol daxil olmuşdur. Odur ki, cavabdeh orqan **PC*** dövlət qeydiyyat nişanlı “Skoda Kamiq” markalı nəqliyyat vasitəsinin guya kimin istifadəsində olması barədə məlumatın olmaması barədə gətirdiyi dəlillər əsassızdır. Beləki, əks halda cavabdeh orqan bu barədə şirkətə dərhal sorğu verməli idi. Cavabdeh orqan isə bunu etməmişdir ki, bu da səhlnkarlığa yol verilməsi barədə göstərilənləri təsdiq edir. Əlavə olaraq, bildirir ki, daha sonra tərtib olunmuş protokollar da guya sistemdə sürücünün kimliyi məlum olmadığı bəhanəsi ilə cavabdeh orqan tərəfindən eyni pozuntulara yol verilmişdir. Qeyd olunanlara əsasən hazırkı iş üzrə Nizami rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı hüquqi baxımdan düzgün və əsaslıdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) etirazın məzmununa uyğun çıxış edərək verilmiş apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, IXM-in 133.2.4-cü maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi IXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək inzibati tənbeh vermə haqqında qərarı ləğv etmiş və iş üzrə icraata xitam vermişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Məhkəmə ilk öncə səlahiyyətli orqanın nümayəndəsinin birinci instansiya məhkəməsində iştirakın təmin edilməməsi ilə bağlı dəlilinə münasibətdə bildirir ki, hazırda baxılan inzibati xəta haqqında iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməklə, mübahisəli məsələyə dair xətanın mövcudluğunu təsdiq edən sübutların məhkəməyə təqdim etmək imkanı təmin olmuş, lakin səlahiyyətli orqanın nümayəndəsi sübutlar təqdim etməmişdir. Səlahiyyətli orqanının iddiasına görə, hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmiş, buna baxmayaraq həmin əsasla iş üzrə icraaata xitam verilmişdir. Məhkəmə qəbul edir ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi mübahisəsizdir və işin halları ilə sübuta yetirilir. IXM-in: 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. 38.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar tərtib olunduğu vaxtdan (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) isə inzibati xətanın törədildiyi vaxtdan) 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. 53.1.11-cü maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 76.1-cü maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 99.1.1-ci maddəsin əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “ICMAL” altsistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.1-1-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar təsdiq edilməmişdən əvvəl unikal nömrə verilməsi üçün “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “ICMAL” altsisteminə ötürülür və həmin qərara real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 123.1-ci maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci, 124.5-ci və 124.6-cı maddələrində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan bu Məcəllənin 124.4-cü maddəsi ilə müəyyən olunmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 123.3-cü maddəsinə əsasən Bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Qeyd olunan inzibati – hüquqi normaların tələblərini və apellyasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Hazırkı işin hallarından aydırdır ki, xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş, **PC*** dövlət qeydiyyat nişanlı “Skoda Kamiq” markalı nəqliyyat vasitəsi “xxxx” MMC-nin mülkiyyətində olmuşdur. Belə olan halda, səlahiyyətli orqan IXM-in 123-cü maddəsinin tələblərinə əməl etməklə aşağıdakı qaydada icraatı başlamalı və başa çatdırmalı olmuşdur.
1. inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmamalı;
2. həmin hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən bu barədə dərhal sorğu göndərilməli;
3. hüquqi şəxsin müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməli;
4. səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan bu Məcəllənin 124.4-cü maddəsi ilə müəyyən olunmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarmalı;
5. Bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunmalıdır. Hazırkı işin hallarından görünür ki, inzibati xəta hadisəsi ## ###### 2026-cı il tarixdə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmişdir. Buna baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar inzibati xəta hadisəsinin aşkar edilməsindən iki ay doqquz gün sonra – ## ##### 2026-cı il tarixdə şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmişdir. Məhkəmə tərəfindən, IXM-in 123-cü maddəsinin tələblərinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən gözlənilib-gözlənilməməsi məsələsini araşdırmış, buna dair sənədlər səlahiyyətli orqandan tələb edilmişdir. Səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, həmçinin tələb olunan sübutlar tam şəkildə məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərin surəti, onu deməyə əsas vermişdir ki, hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin ötürülməsinə səbəb məhz səlahiyyətli orqanın (vəzifəli şəxsin) IXM-in 123-cü maddəsinin tələblərinə əməl etməməsi olmuşdur. Belə ki, məhkəməyə təqdim edilən “xxxx” MMC-nin sorğuya cavabından görünür ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) sorğusu xətanın aşkara çıxarılmasından dərhal sonra yox, iki ay beş gün sonra göndərilmişdir. Eyni zamanda, təqdim edilmiş poçt xəbərnamələrinin surətindən müəyyən edilir ki, “xxxx” MMC tərəfindən **PC*** dövlət qeydiyyat nişanlı “Skoda Kamiq” markalı nəqliyyat vasitəsinin sürücüsü barədə məlumatlar müxtəlif tarixlərdə, ## ###### 2026-cı il tarixdə, ## #### 2026-cı il tarixdə və s səlahiyyətli orqana göndərilmiş, Qərardan şikayət verən orqan (şəxs) də izahatında Xətai Rayon Məhkəməsinin e-16(011)- ***/**** saylı ##.##.2025-ci il tarixli qərardadına əsasən **PC*** dövlət qeydiyyat nişanlı “Skoda Kamiq” markalı nəqliyyat vasitəsinin idarə edilməsi üçün ona etibarnamə verilməsindən imtina edilməsinin “xxxx” MMCyə qadağan edildiyini, qərardadın dərhal icra olunduğunu və “xxxx” MMC tərəfindən avtomobilin istifadəçisi kimi o, elektron sistemə əlavə olunduğunu, bundan sonra, barəsində bir neçə inzibati protokol tərtib edildiyini, yəni **PC*** dövlət qeydiyyat nişanlı “Skoda Kamiq” markalı nəqliyyat vasitəsinin sürücüsünün o olması barədə məlumatların artıq səlahiyyətli orqanda olmasını göstərmiş, səlahiyyətli orqan bunun əksini sübuta yetirməmişdir. Göründüyü kimi, IXM-in 123-cü maddəsinin tələbləri səlahiyyətli orqan tərəfindən pozulmuş, nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın səlahiyyətli orqanda olmaması müəyyən edilməmiş, həmin hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən bu barədə dərhal sorğu göndərilməmiş, səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan üç gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan bu Məcəllənin 124.4-cü maddəsi ilə müəyyən olunmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarması müəyyən edilməmiş, icraatın qanunvericiliklə nəzərdə tutulan qaydada aparılması təmin edilməmişdir. Məhkəmə razılaşır ki, birinci instansiya məhkəməsi inzibati tənbeh vermə haqqında qərarın real vaxt rejmində - bir gün müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilməməsi qənaətinə gəlməklə, IXM-in 123-cü maddəsinin tələblərini unutmuşdur. Çünki, həmin maddə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən və hüquqi şəxsə (dövlət qurumuna) məxsus nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən törədilən inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydasını fərqli müəyyən etmişdir. Bununla belə, hazırkı işin hallarından IXM-in 123-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edildiyindən, məhkəmə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə razılaşır, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qərarını yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməməsini qeyd edir. Inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (IXM-nin 2-ci maddəsi). IXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Ümumdünya Insan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq
Qərara aldım:
Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.