Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1565/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə baxılması üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 528.11-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ##.##.2026-cı il tarixli MN******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında ##.##.2026-cı il tarixli MN******* nömrəli protokola əsasən məlum olur ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-*** saylı, ##.##.2023-cü il tarixli icra sənədi üzrə 45.500 manat borcu tam olaraq tələbkar tərəfə ödəməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə ##.##.1978-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 528.1- 1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1.500 (bir min beş yüz) manat məbləğində inzibat cərimə cəzası təyin edilmişdir. Qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, məlum icra sənədinin icrasından qərəzli yayınma halı baş verməmişdir. İcra məmurunun bütün çağırışlarına gəlmiş və icra sənədi üzrə yaranmış öhdəlyinin çox hissəni icra etmişdir. Hazırda heç bir yerdə işləmir, lakin buna baxmayaraq, tələbkar Zərərçəkmiş şəxs təkidlərindən həmçinin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxan zaman üzərinə götürdüyü 2025-ci il oktyabr ayının sonuna kimi 5000 manat ödənilməsinə dair öhdəliyini ev əşya və həyat yoldaşının avtomobilini sataraq icra etmiş və artıq satmağa heç nəyi qalmamışdır. Buna baxmayaraq 2025-ci il dekabr ayından etibarən həyat yoldaşının qazancı hesabına uşaqlarının və özünün boğazından kəsərək 2300 manat da ödəniş etmişdir. Bundan əlavə icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizə ilə müraciət etmiş, lakin tələbkar Aqil Sətərəliyevin məhkəmə qarşısında əsasız təkidlərindən sonra Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007 )-***/**** nömrəli, 27.# #.2025-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. İcra məmurun qanunsuz və heç bir əsası olamayan qərəzli hərəkətləri nətəcəsində cərimə olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə, İXM-nin 133.2.4-ci maddəsinə əsasən onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibat xəta haqqında protokola əsasən, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-*** saylı, ##.##.2023-cü il tarixli icra sənədi üzrə 45.500 manat borcu tam olaraq tələbkar tərəfə ödəməmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli icra vərəqəsinə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs xeyrinə 35600 manat və məhkəmə qətnaməsinin icra edildiyi vaxta ABŞ dollarının manat məzənnəsi nəzərə alınmaqla 16000 ABŞ dolları vəsait tutulması, məhkəmə xərcləri qismində ödənilmiş 279 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. - “İcraata başlamaq haqqında” qərardan müəyyən edilir ki, ##.##.2024-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. - “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” təqdimatdan müəyyən edilir ki, icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Tələbkar Zərərçəkmiş şəxs tərəfindən ##.##.2025-ci il tarixdə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə verilən ərizədən müəyyən edilir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin tarixdə icra sənədi üzrə 4000 manat ödəniş etmiş, iyul ayının sonuna kimi 4000 manat daha ödəniş edəcəyini bildirmişdir. Tərəflər borcun hissə-hissə ödənilməsi barədə razılığa gəldiklərini qeyd etmiş, müvəqqəti olaraq icra tədb irlərinin dayandırılmasını xahiş etmişdir. - Tələbkar Zərərçəkmiş şəxs tərəfindən ##.##.2025-ci il tarixdə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə verilən ərizədən müəyyən edilir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə borcdan 3 il ərzində ümumilikdə 10000 manat ödəniş etmişdir. Tələbkar borcun hissə-hissə ödənilməsinə razı olmadığını bildirmiş, qalan 52800 manat borcun tam qaytarılmasının təmin edilməsini, edilmədiyi halda borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. - Tələbkar Zərərçəkmiş şəxs tərəfindən ##.##.2025-ci il tarixdə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə verilən ərizədən müəyyən edilir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə borcunu tam ödəyəcəyinə söz verdiyindən tələbkar iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində AR İXM-nin 528.1-1-ci maddəsi ilə başlanılmış icraata xitam verilmiş və şəxs inzibati məsuliyyətdən azad edilmişdir. - Tələbkar Zərərçəkmiş şəxs tərəfindən ##.##.2026-cı il tarixdə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə verilən ərizədən müəyyən edilir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə cəmi 16300 manat ödəniş etmiş, onun 46500 manat borcu qalmışdır və tələbkar borcun hissə-hissə ödənilməsinə razı deyil, tam ödənilməsini tələb edir. Səbəb olaraq qeyd etmişdir ki, əvvəlki məhkəmə prosesində borclu yazılı iltizam verərək hər ay 3000 manat ödəniş edəcəyini bildirmiş, lakin cəmi 1300 manat ödəniş etmişdir. Tələbkar borclu barəsində tədbir görülməsini xahiş etmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs AR İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ##.##.2026-cı il tarixdə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə verilən izahatdan müəyyən edilir ki, o, ödəniş etməkdən yayınmır, hal-hazırda da ödənişlər edir, hətta ay sonuna kimi borcun müəyyən hissəsini ödəyəcəkdir. - Tələbkar Zərərçəkmiş şəxs tərəfindən ##.##.2026-cı il tarixdə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə verilən ərizədən müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə ümumilikdə 17300 manat ödəniş etmiş, qalıq pulu ödəməkdən yayınmış, müxtəlif bəhanələrlə ödəməkdən boyun qaçırmışdır. Tələbkar Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunverici tərəfindən qeyd olunan normada borclunun icra məmurunun qanuni tələblərini yalnız üzrsüz səbəbdən yerinə yetirməməsi həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qeyd olunan hal isə özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsi araşdırılmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Öyrənilmiş materiallarda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokolla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki ##.##.2024-cü il tarixdən, yəni icra sənədi üzrə icraata başlanma haqqında qərar qəbul olunduğu tarixdən ##.##.2026-cı il tarixədək (protokol tərtib olunduğu tarix) müddət keçməsinə baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və bununla da, üzürsüz səbəbdən Dövlət adında qəbul edilmiş qətnaməni icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” # #### 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar ## ###### 2007ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar). İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını qeyd etmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına səthi və etinasız yanaşması məhkəmə hakimiyyətini nüfuzdan salmaqla yanaşı, vətəndaşların məhkəmə sisteminə inamının azalmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından, verilmiş şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1565/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1565/2026
04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver