Məhkəmə qərarları › İş №3(3-6)-1566/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1566/2026

02.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1566/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X4 oğlunu sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X5 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi və hüquqi şəxsin inzibati məsuliyyətdən azad edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində AR İXM-nin 539.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi və hüquqi şəxsin inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-99)- ****/**** nömrəli qərarı ləğv edilməli və X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmamasına əsaslanaraq inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. vətəndaş X6 və X2 şikayəti əsasında X5 Xidmətinin Bakı Şəhəri İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC- yə ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli və ##.##.2026-cı il tarixli 3-17-5/2- ****/**** nömrəliməktub ünvanlanmış və məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində Xidmətin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. Lakin məktubların çatdırılmasına baxmayaraq sənədlər tam təqdim olunmamışdır. Belə ki, məktublarda son haqq-hesabın və məzuniyyət haqqının ödənilməsinə dair sənədlərin təqdim olunması tələb edilsə də, MMC tərəfindən digər sənədlər vaxtında təqdim edildiyi halda, həmin sənədlər təqdim edilməmişdir. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilnəsi təsdiq edilmişdir. Odur ki, Xidmətin Bakı Şəhər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol qanuni və əsaslıdır. Beləliklə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-99)- ****/**** nömrəli qərarı qəbul edilərkən qanunvericilik normaları düzgün tətbiq edilməmişdir. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Fərahim Əsədli apellyasiya şikayətinə etiraz verərək məhkəmədən şikayətin təmin edilməməsini və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X5 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hsab etmişdir. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 75-ci maddəsinə görə , inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, vətəndaşlar X6 və X2 müraciəti əsasında AR ƏM-nin 15.2-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli və ##.##.2026-cı il tarixli 3-17-5/2- ****/**** nömrəli məktublarla aidiyyəti sənədlər 7 (yeddi) iş günü ərzində təqdim edilməsi tələb edilsə də, tələb edilmiş sənədlər həmin Məcəllənin 140-cı maddəsinə əsasən məzuniyyət haqqının və son haqq-hesabın hesablanmasına dair sənədlər təqdim edilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən AR İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt avtomatlaşdırılmış sosial informasiya sistemi vasitəsilə göndərilən məktub, müəssisə tərəfindən təqdim edilən sənədlər ilə öz təsdiqini tapır. Əlavə olaraq protokolda qeyd edilmişdir ki, müəssisəsinin rəhbəri protokolun müzakirəsinə dəvət edilsə də, iştirak etməmişdir. X6 tərəfindən ##.##.2025-ci il tarixdə “elektron ünvan 1”-a elektron formada ünvanlanan şikayətdən müəyyən edilir ki, vətəndaş 6 ildir ki “X1” MMC-də işləyir, o, istəmədiyi halda məcburi işdən çıxarılıb, lakin işinə xitam verilmir, şəxsin iş yeri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də satıcı-kassir kimi gedir və şəxs başqa işdə işləyə bilmir. X6 bu məsələ ilə bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin rəhbərliyinə məlumat verdiyini, işlədiyi dövr ərzində çıxmadığını, məzuniyyət pulu almadığını bildirmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanan ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktubdan müəyyən edilir ki, vətəndaş X6 müraciətinə münasibət bildirilməsi məqsədilə onunla bağlanmış əmək müqaviləsinin surəti, kollektiv müqavilə (olduğu təqdirdə), iş vaxtının uçotu tabelləri (işlədiyi dövr ərzində), əməkhaqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti (işlədiyi dövr ərzində), məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlər (işçinin ərizəsi, işəgötürənin əmri), məzuniyyət haqqının hesablanmasına və ödənilməsinə dair müvafiq sənədlərin surəti (müraciətə uyğun olaraq müvafiq iş illərinə görə) və vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunu 7 (yeddi) iş günü ərzində X5 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. “Məktubdan” müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanan ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli sənədlərin tələb edilməsi barədə sorğu ##.##.2026-cı il tarixədək icra olunması üçün hüquqi şəxsin şəxsi kabinetinə daxil olmuş, ##.##.2025-ci il tarixdə isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ə poçtla göndərilmişdir. X2 ##.##.2026-cı il tarixdə zəng ilə müraciət edərək, ##.##.2025 məzuniyyətə -ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də satıcı-kassir vəzifəsi üzrə əmək fəaliyyətinə cəlb olunduğunu, ##.##.2025-ci il tarixdə əmək müqaviləsinə 68.2(a) səbəbilə xitam verildiyini, lakin son-haqq hesab ödənişinin düzgün edilmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanan ##.##.2026-cı il tarixli *-**-*/*-****/**** nömrəli məktubdan müəyyən edilir ki, vətəndaş X2 müraciətinə münasibət bildirilməsi məqsədilə onunla bağlanmış əmək müqaviləsinin surəti, kollektiv müqavilə (olduğu təqdirdə), son haqqhesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surətləri, iş vaxtının uçotu tabelləri (işlədiyi dövr ərzində), əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, işçinin ərizəsi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişi, olduğu təqdirdə izahatlar, aktlar. Təqdimatlar, HİT-a müraciət və HİT-nın razılığı və s.), məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlər (işçinin ərizəsi, işəgötürənin əmri), məzuniyyət haqqının hesablanmasına və ödənilməsinə dair müvafiq sənədlərin surəti (müraciətə uyğun olaraq müvafiq iş illərinə görə) və vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunu 7 (yeddi) iş günü ərzində X5 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. “Məktubdan” müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanan ##.##.2026-cı il tarixli *-**-*/*-****/**** nömrəli sənədlərin tələb edilməsi barədə sorğu ##.##.2026-cı il tarixədək icra olunması üçün hüquqi şəxsin şəxsi kabinetinə daxil olmuş, ##.##.2026-cı il tarixdə isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ə poçtla çatdırılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən AR ƏƏSMN DƏMX Bakı Şəhər İdarəsinə ünvanlanan ##.##.2026-cı il tarixli, İR0110 nömrəli məktubdan müəyyən edilir ki, X6 ilə Cəmiyyət arasında ##.##.2022-ci ildə əmək müqaviləsi bağlanmışdır, hazırda aktiv işçidir və formalaşmış əmək məzuniyyətindən ərizəsinə əsasən istifadə etmişdir, ödənişləri isə tam şəkildə ödənilmişdir. ##.##.2026-cı il tarixli, İR0110 nömrəli məktub ##.##.2026-cı il tarixdə DƏMX Bakə şəhər İdarəsinin əməkdaşı tərəfindən təhvil alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən AR ƏƏSMN DƏMX Bakı Şəhər İdarəsinə ünvanlanan ##.##.2026-cı il tarixli, İR0277 nömrəli məktubdan müəyyən edilir ki, X2 ilə Cəmiyyət arasında ##.##.2024-cü ildə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə ***-X nömrəli əmr ilə AR ƏM-nin 68.2”a”-tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən xitam verilmiş və son haqq-hesab ödənilmişdir. ##.##.2026-cı il tarixli, İR0277 nömrəli məktub ##.##.2026-cı il tarixdə DƏMX Bakə şəhər İdarəsinin əməkdaşı tərəfindən təhvil alınmışdır. ##.##.2023-cü il tarixli, ** nömrəli, ##.##.2024-cü il tarixli, ** nömrəli, ##.##.2024-cü il tarixli, ** nömrəli, ##.##.2024-cü il tarixli, ** nömrəli, ##.##.2025-ci il tarixli, ** nömrəli və ##.##.2025-ci il tarixli, ** nömrəli əmrlərdən müəyyən edilir ki, X6 ərizələri əsasında ona müəyyən müddətlərdə əmək məzuniyyəti verilmişdir. ##.##.2025-ci il tarixli, ** nömrəli və ##.##.2025-ci il tarixli, ** nömrəli əmrlərdən müəyyən edilir ki, X2 ərizələri əsasında ona müəyyən müddətlərdə əmək məzuniyyəti verilmişdir. ##.##.2025-ci il tarixli ərizədən müəyyən edilir ki, X2 ##.##.2025-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş cədvəldə şəxslərin məzuniyyətinə çıxdığı tarixlər və məzuniyyət haqqına dair hesablamalar barədə məlumatların qeyd edilmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən ##.##.2025-ci il və ##.##.2026-cı il tarixli məktublarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən tələb edilmiş sənədlər vaxtında və tam olaraq inzibati orqana təqdim edilmişdir. Belə ki, inzibati xəta haqqında protokolda tələb olunmuş sənədlərdən “məzuniyyət haqqının hesablanmasına dair sənədlərin” təqdim edilmədiyi qeyd edilsə də, iş materiallarına əlavə edilmiş cədvəldən şəxslərin məzuniyyətə çıxdığı tarixlər və məzuniyyət haqqına dair hesablamalar barədə məlumatların qeyd edildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən X5 Xidmətinin nümayəndəsi qeyd edilən cədvəlin kifayət etmədiyini, məzuniyyətə dair haqqın hesablanması üçün əsas olmuş digər sənədlərin göndərilməsinə zərurət olduğunu bildirmişdir. Qeyd olunana münasibətdə məhkəmə hesab edir ki, bu halda sorğu məktubunda, tələb olunan sənədlər ümumi sözlərdən istifadə edilməklə deyil, həmin sənədlər konkret olaraq adları qeyd edilməklə göstərilməlidir. Bundan əlavə, inzibati orqana göndərilmiş sənədlər arasında ziddiyyət olduqda və ya yaranmış uyğunsuzluqların aradan qaldırılması zərurəti olduqda, əlavə sənədlər hüquqi şəxsə yenidən məktub göndərilməsi tələb edilə bilər. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinin və İnzibati Xətalar Məcəlləsinin 539.3-maddəsinin mahiyyəti əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, şəxslərin əmək hüquqularının müdafiəsi məqsədi ilə işəgötürənlərdən müvafiq sənədlərin tələb edilməsi ilə müracətlərin araşdırılması olduğundan, görülən tədbirlər ilk növbədə bu məqsədə xidmət etməlidir. Qanunvericiliyin tətbiqində əsas məqsəd hüquqi şəxslərin dərhal inzibati məsuliyyətə cəlb olunması üçün protokol tərtib etmək deyil, vətəndaş müraciətlərinin tam, hərtərəfli və vaxtında araşdırılmasına nail olmaqdan ibarət olmalıdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəyi qanuni və əsaslı hesab edərək apellyasiya şikayətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsdən tələb olunan sənədlərin müəyyən edilmiş müddət ərzində tam təqdim edilməməsi dəlilləri barədə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC- yə ünvanlanmış ##.##.2025-ci il və ##.##.2026-cı il tarixli məktublarla qeyd olunan sənədlərin 7 (yeddi) iş günü ərzində təqdim edilməsi tələb edilmiş və hüquqi şəxs tərəfindən tələb olunan sənədlərin hər biri müəyyən olunmuş vaxt ərzində təqdim olunmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmişdir. Belə ki, apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından apellyasiya şikayətinin təmin olunması üçün hər hansı əsas müəyyən olunmur. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar