Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1568/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs), Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinin təmin edilməməsi, həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il 3(5-93)- ****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Nəriman Mehdiyev) şikayət təmin edilməmiş, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin qərarından narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il 3(5-93)- ****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi səhv tətbiq edilmişdir. Həmin maddənin tətbiqi üçün zəruri şərt — sürücülük hüququnun qanuni qüvvəyə minmiş qərarla məhdudlaşdırılmasıdır. ##.##.2025-ci il tarixdə isə ilkin qərar üzrə şikayət müddəti (20 gün) bitmədiyindən həmin qərar hüquqi qüvvəyə minməmişdir. Buna baxmayaraq məhkəmə bu maddəni tətbiq etmişdir ki, bu da hüquq normasının yanlış tətbiqidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Həmin maddəyə əsasən inzibati qərardan şikayət vermək üçün 20 günlük müddət nəzərdə tutulmuşdur. Məhkəmə bu müddətin bitməməsini hüquqi nəticə baxımından qiymətləndirməmişdir. Təqsirsizlik prezumpsiyası pozulmuşdur (İXMin 8-ci maddəsi). Qanuni qüvvəyə minməmiş qərara əsasən şəxsin məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Məhkəmə isə bu prinsipi nəzərə almadan qərar qəbul etmişdir. Sübutların qiymətləndirilməsi qaydaları pozulmuşdur. Məhkəmə tərəfindən sonradan təqdim edilmiş materiallar hüquqi əsaslandırma aparılmadan sübut kimi qəbul edilmişdir. Bu isə sübutların yolverilənliyi və etibarlılığı prinsiplərinin pozulmasıdır. Maddi hüquq norması ilə faktiki hallar arasında uyğunluq təmin edilməmişdir. Məhkəmə tətbiq etdiyi hüquq normasını işin faktiki halları ilə əlaqələndirmədən nəticəyə gəlmişdir. Bu isə hüququn düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi iş üzrə düzgün və ədalətli qərar qəbul etmək üçün mühüm əhəmiyyət kəsb edən bir sıra faktiki halları tam və obyektiv araşdırmamışdır. Belə ki, ilkin qərarın hüquqi qüvvəyə minmə tarixi araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinin tətbiqi üçün əsas şərt — sürücülük hüququnun qanuni qüvvəyə minmiş qərarla məhdudlaşdırılması — mövcud olmamışdır. Məhkəmə bu mühüm hüquqi elementi araşdırmadan qərar qəbul etmişdir. Məhkəmə baxışı zamanı təqdim edilmiş əlavə materialların ilkin inzibati qərarın qəbul edildiyi anda mövcud olubolmaması araşdırılmamışdır. Sonradan təqdim edilmiş materialların sübut kimi qəbul edilməsi işin obyektiv araşdırılması prinsipinə ziddir. Buna baxmayaraq məhkəmə həmin faktlara uyğun olmayan nəticə çıxarmışdır. Yuxarıda göstərilənlər onu sübut edir ki, məhkəmənin gəldiyi nəticələr işin faktiki halları ilə uyğun gəlmir və bu səbəbdən qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verilmiş şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında, inzibati orqanın nümayəndəsi X2 şikayətə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il # ######## tarixli Qərarında İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Qanunvericiliyin yuxarıda qeyd olunan normalırını rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə material isə əlavə araşdırmanın aparılması üçün həmin səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edilə bilməz. Şikayətin dəlillərinə münasibətdə, inzibati xəta haqqında iş üzrə icraatın xüsusiyyətləri, qəbul edilmiş məhkəmə qərarının qanuniliyi və əsaslılığı, iş üzrə toplanmış sənədlərlə əlaqəli şəkildə təhlil olunarkən, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun olmayan qərar qəbul olunduğu və işin həqiqi halları ilə müqayisədə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat materiallarına düzgün hüquqi qiymət verilmədiyi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Hyundai Elantra minik” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarixdə, saat 16:57-də X1 prospektində “dayanma və ya durma qaydalarını pozmağa görə” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə, eyni zamanda həmin Məcəllənin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə görə həmin Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsinə əsasən həmin Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə müəyyən edilmişdir. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə ona görə tənbeh edilmişdir ki, həmin Məcəllənin 346.1ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı o, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda törətmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından görünür ki, səlahiyyətli orqanının qərarı məhkəmə qaydasında mübahisələndirilmiş və həmin ##.##.2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospektində ##.##.2025-ci il tarixdə, saat 10:00-da nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə, “Hyundai Elantra” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 346.5-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilmiş, ona törətdiyi inzibati xətaya görə 2 bal təyin edilmiş, nəticədə İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə, onun tərəfindən bir il ərzində 21 bal toplanıldığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.4-cü maddəsinin tələbinə əsasən onun barəsində inzibati cərimə tətbiq edilmədən nəqliyyat vasitəsini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. Hazırki iş üzrə isə səlahiyyətli orqanının qərarına və bu qərarı qanuni hesab edən birinci instansiya məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitəsini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılması qərar alındığından o, ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xəta törətdiyinə görə xətaların ideal məcmusu yaranmış, bununla da Qərardan şikayət verən orqan (şəxs) eyni zamanda həmin Məcəllənin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı da törətmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticənin səhv, şikayətçinin dəlillərinin isə əsaslı olduğunu vurğulamaqla aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1. və 138.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 94.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərardan bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddət qurtaranadək, yaxud şikayət üzrə qərar qəbul edilənədək, nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin qüvvədə olma müddəti uzadılır. Qanunvericiliyin tələbindən göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2025-ci il tarixdə törədilən inzibati xəta üzrə onun nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması üçün, ən azından qanunla müəyyən edilmiş 20 gün müddətində qərardan şikayət verilmə müddəti gözlənilməli və yalnız bundan sonra, əgər qərardan yuxarı məhkəməyə şikayət verilməmişdirsə, qərar qanuni qüvvəyə minmiş hesab olunduqdan sonra nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh icraya yönəldilməlidir. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5 və 327.7-ci maddələri ilə tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli qərarı ən tez halda ##.##.2025-ci il tarixdə qanuni qüvvəyə minə bilərdi. Odur ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi əlavə olaraq İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini yarada bilməz. Məhkəmə “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022ci il tarixli Qərarına istinadən qeyd edir ki, inzibati xətalar qanunvericiliyi şəxsin inzibati xətanın törədilməsində təqsirli bilinməsi üçün hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarının olmasını zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci madəsinin tələbinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq: İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə material isə yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.4, 135.1.1 və 137.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə material yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1568/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1568/2026
12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver