Məhkəmə qərarları › İş №3(3-6)-1571/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1571/2026

02.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1571/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətindən daxil olmuş ##.##.2026-cı il tarixli, MN******* nömrəli inzibati xəta haqqında protokola əsasən “xxxx” MMC əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatları (sənədləri) təqdim etməməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulan müvafiq protokol tərtib edilmiş və inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan "xxxx" MMC-nin direktoru Elnur Əkbərov apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsi və inzibatı iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında *-**-*/*-****/**** saylı, ##.##.2026-cı il tarixli məktubun qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəmiyyətə göndərilməsi və onun çatdırılmasını təsdiq edən sübutlar mövcud deyildir. Hüquqi şəxsə göndərilmiş sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir və yalnız bu sənəd məktubun qarşı tərəfə rəsmi qaydada verilməsini təsdiq edən yeganə sənəddir. Qanunvericiliyin tələbinə görə həmin məktubun cəmiyyətə çatdırılmasını sübut etmək vəzifəsi isə məhz inzibati orqanın üzərinə düşür. Belə ki, əvvəla inzibati orqan tərəfindən hüquqi və fiziki şəxslərə göndərilən məktublar, müraciətlər qanunvericiliyin tələbinə görə “Poçt haqqında'“ Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Lakin iş materiallarında adı gedən məktubun cəmiyyətə çatdırılmasını təsdiq edən müvafiq poçt qəbzi, poçt xəbərnaməsi və məktubun kağız daşıyıcıda cəmiyyətə çatdırılmasına dair digər hər hansı bir sənəd mövcud deyildir. İkincisi, məhkəmə inzibati orqanın birtətərəfli qaydada təqdim etdiyi, yazılı imza, elektron imza və möhürlə təsdiq olunmayan, hansı elektron sistemlə çatdırılması təsdiq olunmayan “Sənədin elektron kabinetə yerləşdirilməsi haqqında" ##.##.2026-cı il tarixli arayışına əsaslanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən göndərilmiş *-**-*/*-****/**** nömrəli məktubun ##.##.2026-cı il tarixdə “xxxx" MMC-nin elektron kabinetinə çatdırılması qənaətinə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, həmin məktub ##.##.2026-cı il tarixdə Cəmiyyətin “ASİS” elektron sənəd dövriyyəsindəki elekron kabinetinə yerləşdirilmişdir. Bununla bağlı qeyd edir ki, qanunvericilikdə elektron sənəd dövriyyəsi dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin arasında nəzərdə tutulmuşdur. Yəni, qanunda dövlət orqanları tərəfindən, o cümlədən Əmək Müfəttişliyi Xidməti tərəfindən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslərə, o cümlədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə elektron sənəd dövriyyəsi şəklində hər hansı bir elektron sistem vasitəsilə məktubların göndərilinəsi nəzərdə tutulmamışdır. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş “Sənəd dövriyyəsi” altsisteminiıı fəaliyyəti dövlət təşkilatları tərəfindən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslərə sənədlərin göndərilməsini, yəni həmin hüquqi şəxslərlə sənəd dövriyyəsini ehtiva etmir. Göründüyü kimi, qanunvericilikdə dövlət və bələdiyyə orqanlarından, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdən və büdcə təşkilatlarından başqa digər şəxslər üçün elektron sənəd dövriyyəsi sistemində elekroıı kabinetinin yaradılması və konkret olaraq lıansı elektron sənəd dövriyyəsi sisteminə inteqrasiya olunması, elektron kabinetin yaradılması, həmin kabinet vasitəsilə elektron sənəd dövriyyəsinin aparılması məcburiyyəti, digər şəxslərə elektron kabinet vasitəsilə məktubların göndərilməsi və qəbul edilməsi öhdəlyi nəzərdə tutulmamışdır. Məktubun cəmiyyətə təqdim edilməsinin hər hansı bir elektron sistem vasitəsilə paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxsin elektron kabinetinə yerləşdirilməsi formasında mümkün olmasını, bu göndərişlərin poçt vasitəsilə göndərişin alternativi kimi olmasını tənzimləyən hər hansı bir qanunvericilik aktı mövcud deyildir. İnzibati orqan sübuta yetirə bilməmişdir ki, o, həmin məktubu Cəmiyyətə elektron sistem vasitəsilə göndərə və çatdıra bilər. Yəni, belə bir çatdırılmanın qanuni olmasını və həmin məktubun bu formada Cəmiyyətə çatdırılmış hesab olunmasını sübuta yetirə bilməmişdir. İnzibati orqan qanunvericilikdə nəzərdə tutulmuş qaydada belə bir hüququnun olmasını, yəni məktubların elektron qaydada göndərilmənin qanuni olmasını göstərə bilməmişdir. Nəticədə məktubun göndərilməsi qanunsuz olduğuna görə məktubda göstərilmiş sənədlərin Cəmiyyət tərəfindən təqdim olunmadığı üçün Cəmiyyət barəsində müvafiq inzibati xətalara dair protokolun tərib olunması və onun barəsində inzibati xətalara dair icraatın başlanılması da qanunsuzdur. Digər tərəfdən, məktubun cəmiyyətə təqdim edilməsinin elektron kabinetə yerləşdirilməsi formasında poçt göndərişinə alternativ kimi mümkün olması qanunvericilikdə nəzərdə tutulsa belə, onun elektron kabinetə yerləşdirilməsinə dair Cəmiyyətə hər hansı bir məlumatlandırma bildirişi (SMS, elektron məktub (e-mail)) göndərilməmiş və nəticədə Cəmiyyətin bu barədə heç bir məlumatı olmamışdır. Eyni zamanda inzibati orqanın təqdim etdiyi və məhkəmənin istinad etdiyi “Sənədin elektron kabinetə yerləşdirilməsi haqqında” ##.##.2026-cı il tarixli arayış inzibati orqan tərəfindən birtərəfli qaydada tərtib edilmişdir və hər hansı bir yazılı imza, elektron imza, möhürlə təsdiq edilməmiş və həmin arayışda məktubun hansı elektron sistem vasitəsilə göndərilməsi sübuta yetirilməmişdir. Odur ki, həmin sübut mötəbər sübut hesab oluna bilməz və məhkəmənin həmin arayışa əsaslanıb məktubun Cəmiyyətə çatdırılması qənaətinə gəlməsi qanunsuzdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2 apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək şikayətə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə inzibati işin materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq və proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, “xxxx" MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 539.3-cü maddəsinə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: *-**-*/*-****/**** nömrəli sorğudan görünür ki, X4 Xidməti tərəfindən "xxxx" MMC-dən X1 zərərə görə ödənişin hesablanması cədvəlləri və ödənilməsini təsdiq edən sənədlər və vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu sorğu edilərək təqdim edilməsi xahiş olunmuşdur. ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli bilirişdən görünür ki, X4 Xidmətində X1 "xxxx" MMC-də əmək hüquqlarının pozulması ilə bağlı araşdırma aparılır, yol verilmiş qanun pozuntularının araşdırılması ilə əlaqədar MMC-nin səlahiyyətli nümayəndəsi ##.##.2026-cı il tarixdə saat 11:00-da əyani şəkildə Xidmətə dəvət olunmuş, əyani gəlmək mümkün olmadıqda isə videokonfrans əlaqə sistemindən istifadə etməklə onlayn şəkildə qoşulma imkanlarıda təklif edilmişdir. ##.##.2026-cı il tarixli, MN******* nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ##.##.2026ci il tarixli, *-**-*/*-****/**** nömrəli, sorğusuna əsasən “xxxx” MMC tərəfindən zəruri məlumatlar və sənədlər 7 iş günü müddətində təqdim edilmədiyinə görə “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasının İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. “Sənədin elektron kabinetə yerləşdirilməsi haqqında” ##.##.2026-cı il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən göndərilmiş *-**-*/*-****/**** nömrəli sənəd “xxxx” MMC-nin elektron kabinetinə ##.##.2026-cı il tarixdə çatdırılmışdır. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, ##.##.2026-cı il tarixli, MN******* nömrəli inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin sorğusu MMC-yə poçt vasitəsilə daxil olmamışdır. Bu səbəbdən də X4 Xidmətinin müvafiq soruğusuna cavab verilməmişdir. Belə bir sorğu daxil olacağı halda mütləq şəkildə cavablandırılacaqdır. Məlum sorğu X4 Xidmətinə məxsus “ƏMAS” sistemi vasitəsilə də göndərilməmiş, göndərildiyi halda belə rəsmi qaydada çatdırılma kimi qəbul edilə bilməz, çünki qanunvericilikdə bu növ sorğuların hər hansı elektron sistem üzərindən çatdırılması nəzərdə tutulmamışdır. Hazırkı tarixədək də məhkəmənin icratında olan məlum inzibati xəta haqqında işin başlanılmasına səbəb olan sorğuya cavab verilməmişdir, çünki bu sorğu onlara rəsmi qaydada çatmamışdır. Nümayəndə suallara cavab olaraq bildirdi ki, ##.##.2026-cı il tarixli, MN******* nömrəli inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olan sorğunun X4 Xidməti ilə MMC arasında olan elektron sənəd dövriyyəsini təmin edən sistemlər vasitəsilə elektron kabinetə göndərilib-göndərilməməsini müəyyən etmək üçün MMC-nin müvafiq vəzifəli şəxsinin həmin sistemə daxil olmasını təmin edən “ASAN İMZA” və noutbukla birlikdə məhkəmə iclasında iştirakını MMC-də işçi sayının yetərli olmaması və noutbuk kompüterinin olmaması səbəbindən təmin edə bilməmişlər. Qeyd edilənlərə əsasən MMC barəsində inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutların tədqiqi nəticəsində belə qənaətə gəlmişdir ki, “xxxx” MMC-yə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən ##.##.2026cı il tarixli sorğu göndərilmiş, həmin sorğu MMC-nin “ASİS” elektron sənəd dövriyyəsindəki elekron kabinetinə yerləşdirilmiş, lakin 7 (yeddi) iş günü keçməsinə baxmayaraq MMC tərəfindən sorğuya cavab verilməmişdir. Məhkəmə həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli sorğunun Azərbaycan Respublikası İXM-in 57-ci maddəsinə əsasən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılmalı olduğu, habelə ##.##.2026-cı il tarixli, MN******* nömrəli inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olan sorğunun X4 Xidməti ilə MMC arasında olan elektron sənəd dövriyyəsini təmin edən sistemlər vasitəsilə elektron kabinetə göndərilib-göndərilməməsini müəyyən etmək üçün MMC-nin müvafiq vəzifəli şəxsinin həmin sistemə daxil olmasını təmin edən “ASAN İMZA” və noutbukla birlikdə məhkəmə iclasında iştirakını təmin edilməməsini inzibati məsuliyyətdən yayınmağa yönələn hərəkətlər kimi qiymətləndirmişdir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək, birinci instansiya məhkəməsinin yekun mövqeyi ilə razılaşır və apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, işin faktiki hallarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “xxxx” MMC-dən müvafiq sənədlərin(məlumatların) tələb edilməsinə dair sorğunun təqdim edilməsi, habelə həmin sorğunun hüquqi şəxsə çatması öz təsdiqini tapdığından şikayətdə göstərilənlər İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcudluğunu istisna etmir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işin hallarını inzibati xətalar qanunvericiliyinin tələblərinə uyğun şəkildə tam, hərtərəfli və obyektiv araşdıraraq "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, “xxxx" MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru Elnur Əkbərov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar