Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1572/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1i Idarəsinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati məsuliyyətdən azad olunmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə Buzovna qəsəbəsi, Abşeron küçəsi, Albalılıq yolu ilə hərəkət edərkən idarə etdiyi **PC*** dövlət nömrə nişanlı, “Skoda Kamiq” markalı avtomobil "HYUNDAI/GETZ" markalı, ** CP *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən yol hərəkəti qaydalarının kobud pozulması ilə vurulmuşdur. Hadisə yerinə gələn Bakı şəhər DYP-nin inspektorunun tərtib etdiyi IXP******* saylı protokola əsasən onun IXM-nin 327.1-ci maddəsinə əsasən hadisədə təqsirli bilinərək ##.##.2026-cı il tarixli qərara əsasən 40 manat cərimə olunmuşdur. Dəfələrlə müraciət etməyinə baxmayaraq, qərar ona rəsmi qaydada verilməmişdir. "xxxx" ASCnin ## ###### 2026-cı il tarixli məktubunu aldıqdan sonra məlum olmuşdur ki, DYP hadisə üzrə zəruri araşdırma aparmadan iş üzrə qanunsuz və əsassız qərar vermiş, qərarın təsviri hissəsində guya onun etibarnamə olmadığını göstərmişdir. Halbuki, bu həqiqətə uyğun deyil. Nəticədə "xxxx" ASC ona qarşı reqress iddiası vermişdir. Bundan başqa hadisəni törədən barəsində qanuna müvafiq tədbir görülməmiş, əksinə onun təqsirli olduğu məktubda qeyd olunmuşdur. Halbuki, təqsirkar "HYUNDAI/GETZ" markalı, ** CP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olmuşdur. Bunu hadisənin video görüntüsü və hadisənin sxemindən də aydın görmək mümkündür. Beləki, Albalılıq yolu ilə Buzovna istiqamətində “Albalı” marketin qarısında "U" dönüşü edərkən qarşıdan yüskək sürətlə hərəkət edən "HYUNDAI/GETZ" markalı, ** CP *** dövlət qeydiyyat nişanlı avtomobil qarşıdakı avtomobili sağdan keçərək onun artıq yolun hərəkət hissəsində olan avtomobilini sağ hissəsindən vurmuşdur. Buna baxmayaraq, sonradan inspektorun qanunsuz hərəkətləri nəticəsində o, təqsirkar çıxarılmışdır. Hazırda Bakı DYPI-nə qərarın surətinin ona rəsmi qaydada təqdim edilməsi barədə müracətiə cavab verilməmişdir. IXP******* saylı protokola əsasən verilmiş ##.##.2026-cı il tarixli qərarın ləğv edilərək onun inzbati məsuliyyətdən azad edilməyinə dar qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*- ***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1i Idarəsinin nümayəndəsi X2 şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə vaxtında və lazımı qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi, məhkəmə iclasının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfi dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPI tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) oğlu ## #### 2025-ci il tarixdə Abşeron küçəsi, Albalılıq yolu, albalı marketin qarşısında “Skoda Kamiq” minik markalı ** PC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğuna görə IXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmuşdur. Şikayət müəllifi apellyasiya şikayətində onun heç bir təqsirinin olmadığını, onun hərəkətini davam etdirməsinin sağdan gələn nəqliyyat vasitəsinin hərəkətinə heç bir maneçilik törətmədiyini qeyd etsə də, bu əsaslı görünməmişdir. Çünki, “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin VI bəndinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Həmin Qanununun 42-ci maddəsinin XIII bəndinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Iş materiallarında olan videogörüntüdən görünür ki, sürücü idarə etdiyi nəqliyyat vasitəsi ilə geriyə dönmə edərkən digər nəqliyyat vasitələrini gözləmədən birbaşa üçüncü hərəkət zolağına çıxmış və nəticədə öz hərəkət zolağında düzünə hərəkətdə olan nəqliyyat vasitəsini vurmuşdur. Yəni sürücü qanunvericilikdə nəzərdə tutulan manevrin təhlükəsiz olması və digər hərəkət iştirakçıları üçün maneə yaratmamasına dair tələblərinə əməl etməmişdir Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 327.1-ci maddəsinin tələbinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1572/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1572/2026
04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver