Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1574/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim olunmuş materiallardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində AR Dövlət Reklam Agentliyi Bakı Şəhər Reklam İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən ünvan 1 ünvanında ##.##.2026-cı il tarixdə saat 15:37-də “xxxx” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən AR İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin (VÖEN:**********) hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Şəhər Reklam İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli sözügedən qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi apellyasiya qaydasında şikayət verərək birinci instansiya məkəməsinin qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-ın 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-ın 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXM-nin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında ##.##.2026-cı il tarixdə saat 15:37-də “xxxx” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən AR İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt protokola əlavə edilmiş fotoşəkillərlə təsdiq edilir. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsinin izahat və imzadan imtina etməsi qeyd olunmuşdur. - Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair ##.##.2026-cı il tarixli aktdan müəyyən edilir ki, ünvan 1 ünvanında “xxxx” VÖEN (**********) adlı obyektin üzərində müvafiq icazə olmadan 2 ədəd 3.53 kvadrat metr ölçüdə reklam (reklam daşıyıcısı) aşkar edilmişdir. - İnzibati xətanın törədilməsini əks etdirən fotoşəkillərdən müəyyən edilir ki, qeyriyaşayış binasının üzərində ”xxxx yaşayış kompleksi” yazısı əks olunan reklam daşıyıcısı yerləşdirilmişdir. -AR DRA Bakı şəhər Reklam İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2026-cı il tarixdə ünvanlanan göstərişdən müəyyən edilir ki, ünvan 1 ünvanında Cəmiyyətə məxsus “xxxx yaşayış kompleksi” adlı obyektin üzərində “Reklam haqqında” AR Qanununun tələbləri pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyi aşkar edilmiş və bu barədə ##.##.2026-cı il tarixli açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair akt tərtib olunmuşdur və aktda qeyd olunan qanun pozuntularnın 5 gün ərzində aradan qaldırılması tələb edilmişdir. İnzibati xətanın törədildiyi pozuntuların aradan qaldırılması ilə bağlı müəyyən edilmiş müddətin başa çatdığı tarixdən 1 iş günü ərzində barələrində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir. -****** nömrəli poçt qəbzindən müəyyən edilir ki, AR DRA Bakı şəhər Reklam İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ə ##.##.2026-cı il tarixdə ünvanlanan göstəriş məktubu ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə çatdırılmışdır. -“ADRA icazələr sistemi”ndən çıxarışdan müəyyən edilir ki, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə həmin fasad reklamının yerləşdirilməsinə dair icazə verilmişdir. - AR Bakı şəhər İcra Hakimiyyətinin Başçısının *** nömrəli ##.##.2018-ci il tarixli sərəncamına əsasən, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində yaşayış binasının tikintisi üçün “xxxx” MMC-ə icazə verilmişdir. - Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ##.##.2026-cı il tarixdə elektron formada ərizə yerləşdirərək bildirmişdir ki, ADRA Bakı Şəhər Reklam İdarəsinin əməkdaşları cavabdeh hüquqi şəxsi düzgün müəyyən etmədən, həmçinin İXM-nin digər tələblərini təmin etmədən protokol tərtib etmişlər və həmin protokol aşağıdakı səbəblərdən etibarsız hesab edilməlidir. 1) xxxx yaşayış kompleksi “xxxx” MMC tərəfindən inşa edilmişdir və mülkiyyətçisi odur (VÖEN: 1602855941). 2) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC kommunal xidmət göstəricisidir və porokolda göstərilən reklama, onun quraşdırılmasına, sökülməsinə cavabdeh deyildir və ola da bilməz. Bütün bunları nəzərə alaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. - Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ##.##.2026-cı il tarixdə elektron formada etiraz yerləşdirərək bildirmişdir ki, ADRA Bakı Şəhər Reklam İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən inzibati xətanı törədən subyekt Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC deyildir və reklam daşıyıcılarının hansı tarixdə, hansı əsasla və kim tərəfindən quraşdırılması barədə həmin cəmiyyətin hər hansısa məlumatı yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC reklamın yerləşdirilməsi prosesində iştirak etməmiş, bu barədə qərar qəbul etməmiş və faktiki nəzarət həyata keçirməmişdir. Bu məsələ ilə bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hər hansı səlahiyyəti mövcud olmadığından həmin hüquqi şəxsin cavabdeh qismində göstərilməsi əsassız və qanunaziddir. xxxx yaşayış kompleksi “xxxx” MMC tərəfindən inşa edilmişdir və mülkiyyətçisi odur (VÖEN: 1602855941). Bu səbəbdən reklamın yerləşdirilməsi ilə bağlı qərarvermə və sərəncam səlahiyyəti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ə aid deyildir. Bu səbəbdən də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi protokolu imzalamaqdan əsaslı şəkildə imtina etmişdir. Etirazda əlavə olaraq bildirilmişdir ki, AR DRA Bakı şəhər Reklam İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ə ##.##.2026-cı il tarixdə ünvanlanan göstərişdə aktda qeyd olunan qanun pozuntularnın 5 gün ərzində aradan qaldırılması tələb edilmiş, aradan qaldırılması ilə bağlı müəyyən edilmiş müddətin başa çatdığı tarixdən 1 iş günü ərzində barələrində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir. Lakin inzibati xəta haqqında protokol müddətlə bağlı göstərişlər pozularaq ##.##.2026-cı il tarixdə tərtib edilmişdir. Həmçinin, inzibati xəta haqqında protokolda pozuntunun 2 ədəd fotoşəkillə təsdiq edildiyi göstərilsə də, xüsusi texniki vasitələrin göstəricilərinin göstərilməməsi protokolun tərtib edilməsi qaydalarını pozmuş, sübut kimi təqdim olunan fotoşəkillərin həqiqiliyi barədə əsaslı şübhələr doğurmuşdur. Bütün bunları nəzərə alaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. -Məhkəmənin sorğusuna əsasən Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə alınmış ##.##.2026-cı il tarixli cavab məktubunda göstərilmişdir ki, reyestrdə ##.##.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış “xxxx” MMC (VÖEN: 1602855941) müəyyən edilmişdir. Qoşmada əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında DVX Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən çıxarışa əsasən müəyyən edilir ki, “xxxx” MMC-nin VÖEN-i 1602855941-dir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, barəsində protokol tərtib edilən hüquqi şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamış, barəsində protokol tərtib edilən şəxsin inzibati xətanın subyekti olması, inzibati məsuliyyətə cəlb olunması məsələsi araşdırılmamışdır. Məhkəmə qeyd etmişdir ki, ADRA Bakı Şəhər Reklam İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən AR İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törədilməsi göstərilsə də, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən, Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanan sorğuya verilən cavabdan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etiraz və ərizələrindən, tərəflərin nümayəndələrinin izahatlarından müəyyən edildi ki, inzibati xəta hadisəsi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs tərəfindən törədilməmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və həmçinin qeyd edir ki, məhkəmə haqlı olaraq iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll etmişdir. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-in 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi «xxxx» MTK barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslı hesab edilməklə qüvvəsində saxlanılmalı, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İXM-nın 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1574/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1574/2026
04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver