Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1575/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikaısnın İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsi tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İnzibati həbsdə saxlama müddətinin əvvəli Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs faktiki tutulduğu andan, yəni ## ### 2026-cı il tarixdən saat 21:30-dan hesablanmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil məhkəmə icalasında ərizə təqdim edərək şikayətdən imtina etdiklərini və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxılır. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində şikayətdən imtina edilərkən, hakim tərəfindən hansı prosessual hərəkətlər etməsini tənzimləyən norma olmadığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair ## ###### 2016-cı il tarixli Qərarını əsas götürərək hazırkı məsələdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normalarına istinad edilməsini düzgün hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair ## ###### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, cinayət prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 396-cı maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikaısnın İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından verilmiş şikayətdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi imtina etdiyi üçün şikayətin baxılmasına xitam verilməlidir. Şərh olunanları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikaısnın İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən imtina ərizəsi qəbul olunsun və şikayətə baxılmasına xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1575/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1575/2026
26.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver