Məhkəmə qərarları › İş №3(3-6)-1576/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1576/2026

01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1576/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi X3, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilmədən Bakı şəhər X1 İdarəsinin ## ##### 2026-cı il tarixli EQ 35719301 inzibati tənbehvermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər X1 İdarəsinin ## ##### 2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbehvermə barədə elektron qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırımışdır ki, ## ##### 2026-ci il tarixdə xüsusi mülkiyyətində olan "Changan uni-v"markalı ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilimi Bakı Apellyasiya Məhkəməsinin qarşısında park etmiş və vəkillik fəaliyyəti ilə bağlı məhkəmə iclasında iştirak etmişdir. Daha sonra məlum cərimə qərarı gəlmişdir, nəzərinizə çatdırır ki, həmin yolun yuxarı hissəsində durma dayanma nişanı mövcuddur və növbəti yol ayrıçılığına kimi qüvvədədir, lakin avtomobilini həmin yol nişanın təsiri bitən ərazidə park etmişdir. Buna baxmayaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin ) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri üzrə rayon məhkəməsinə verilir. Azərbaycan Respublikasının İnzibati prosessual Məcəlləsinin 31-ci maddəsinə əsasən, 31.1. İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə və ya səlahiyyətli nümayəndə ilə təmsil olunmaq hüququ vardır. 31.2. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən, Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati icraat haqqında qanunun 2.0.6-ci maddəsinə əsasən, inzibati icraat -fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 21-ci maddəyə əsasən, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 22-ci maddəyə əsasən, İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Yol Patrul xidmətinin ## ### 2017-ci il tarixli təlimatın 4.3. Patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır. Yuxarıda yazılanlara əsasən DİN BDYPİ-nin mərkəzi informasiya sistemi tərəfindən qəbul edilmiş Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında EQ seriyalı ******** saylı ## ##### 2026ci il tarixli qərar üzrə inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmədən Bakı şəhər X1 İdarəsinin ## ##### 2026-cı il tarixli EQ 35719301 inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanmışdır. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verilmiş şikayətin məzmununa uyğun çıxış edərək maşınını dayandırdığı hissədnin nişanın əhatə dairəsinə aid olmadığını nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdiriləmədən saxlanmasını xahiş etdi. İşin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilmədən Bakı şəhər X1 İdarəsinin ## ##### 2026-cı il tarixli EQ 35719301 inzibati tənbehvermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - iş materiallarında olan ## ##### 2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarixdə saat 10:34-də Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi 20A ərazisində “Changan Uni-v Plugin hibrid minik” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 346.2-346.9-cu maddələrində nəzərdə hallar istisna olmaqla, dayanma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 20 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. -iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəəzrdə tutulan inzibati xəta törədilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, barəsində qərar çıxarılmış Qərardan şikayət verən orqan (şəxs) avtomobili ## ##### 2026-cı il tarixdə saat 10:34-də Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi 20A ərazisində “Changan Uni-v Plugin hibrid minik” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 346.2-346.9-cu maddələrində nəzərdə hallar istisna olmaqla, dayanma qaydalarını pozmuşdur. Ona görə də Bakı şəhər X1 İdarəsinin ## ##### 2026cı il tarixli EQ ******** nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Həmin Qanununun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Həmin Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin: 346.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, xətanın törədilməsini istisna edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Əksinə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati xətanın törədilməsi iş materiallarında olan foto şəkillər ilə tam sübuta yetirilir. Birinci instansiya məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilmədən Bakı şəhər X1 İdarəsinin ## ##### 2026-cı il tarixli EQ 35719301 inzibati tənbehvermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına barədə qənaəti əsaslıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### ****-ci nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilmədən Bakı şəhər X1 İdarəsinin ## ##### 2026-cı il tarixli EQ 35719301 inzibati tənbehvermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar