Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1578/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs «xxxx» MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarından Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-i barəsində tərtib etdiyi ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə «xxxx» MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddələri ilə tərtib edilmiş ##.##.2026cı il tarixli, MN seriyalı ******* nömrəli “inzibati xəta haqqında” protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(*-***)-****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və «xxxx» MMC-i barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə məbləğinin tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində həyata keçirilmiş məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin əsassız olduğu üçün təmin olunmamasını və Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan bxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati icraat üzrə işin materiallarını tam və hərtərəfli araşdıraraq, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materillarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndən ##.##.2026-cı il tarixli, KY********* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə 13, 13A, 13B, 13C, 15, 23 ünvanında yerləşən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də ##.##.2026-##.##.2026-cı il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx" X1 tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında ##.##.2026-cı il tarixli, *-**-*/*-*-***/**** nömrəli qərardan görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə 13, 13A, 13B, 13C, 15, 23 ünvanında yerləşən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də ##.##.2026-##.##.2026-cı il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın aparılması qərara alınmışdır. ##.##.2026-cı il tarixli "X3 plandankənar (növbədənkar) yoxlama” aktından görünür ki, həkim X4 “plastik cərrah” işi üzrə sertifikatı olmadan plastik əməliyyatlar ilə məşğul olması faktı, yəni lisenziyadan kənar iş və fəaliyyət (plastik cərrahiyyə) aşkar edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, X4 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də həkim-ümumi cərrah vəzifəsinə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş “praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH №****** nömrəli “sertifikasiya şəhadətnaməsi”ndən görünür ki, X4 ümumi cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Təsvir olunanlara əsasən birinci instansiya məhkəməsi düzgün olaraq o nəticəyə gəlmişdir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə apellyasiya şikayətinin digər dəlilinə də qiymət verərək bildirir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-i barəsində ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokol ##.##.2026-cı il tarixində növbədənkənar yoxlanış zamanı X4 “plastik cərrah” işi üzrə sertifikatı olmadan plastik əməliyyatlar ilə məşğul olması faktı müəyyən edilməsinə görə tərtib olunmuşdur. Lakin, məhkəmə bu məqamda xüsusilə qeyd edir ki, cərrahi ixtisaslar üzrə peşə hazırlığı keçmiş mütəxəssislər tərəfindən icrasına icazə verilən plastik əməliyyatların “X10 IX buraxılışı üzrə siyahının” IV hissəsinə əsasən, ektopik süd vəzinin toxumasının kəsiklə çıxarılması, əlavə gilənin kəsiklə çıxarılması, İkitərəfli reduksiya mammoplastikası amputasion mammoplastikası, Reduksiya mammoplastikası (ginekomastiya səbəbindən), artırılma məqsədilə mammoplastikası, augmentasiya üçün süd vəzinə birtərəfli inyeksiya, artırılma məqsədilə döz vəzinə ikitərəfli inyeksiya, augmentasiya üçün süd vəzinə inyeksiya, süd vəzinə birtərəfli implant, süd vəzinə ikitərəfli implant, döş vəzinin implantı, süd vəzisinə piy qrefti (autoloji qreft üçün piyin ekstraksiyası autoloji piyin transplantasiyası və ya köçürülməsi,süd vəzinə piy qrefti, başqa cür müəyyən edilməyib süd vəzinə piyin qrefti, doldurulmuş qreftlə birlikdə və ya onsuz mikro-piy qreftin köçürülməsi), süd vəzinə parçalanmış dəri qreftinin qoyulması süd vəzinə eninə tam dəri qreftinin qoyulması, mastopeksiya, “transverse rectus abdominis” əzələ-dəri (TRAM) yamağı, ayaqcıqda, süd vəzinin digər total rekonstruksiya növləri, gilənin transpozisiyası, gilənin digər bərpa və ya rekonstruksiya növləri, digər yerlərdə qoyulan digər dəri qreftləri, ölçü kiçildilməsi üzrə plastik əməliyyat, Adipoz toxumasının reduksiyasıabdominoplastika: qarın divarı (pendulous) əllər (“batwing”) sağrı budlar (troxanterik lipomatoz) ümumi cərrahlar tərəfindən də icra edilə biləcək plastik cərrahiyyə üzrə əməliyyatlara daxil edilmişdir. X10 IX buraxılışı üzrə siyahının IV hissəsinin sonuncu bəndinin altında “xüsusi hazırlıq keçmiş cərrahlar tərəfindən icra edilə bilər” qeydindəki “xüsusi hazırlıq”-ın meyarları hal-hazırda Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunmayıb. Odur ki, məhkəmə meyarları müəyyən olunmamış xüsusi hazırlığa cəlb olunmamaları səbəbilə X4 “sertifikatsız tibb fəaliyyəti ilə məşğul olma”-sı əsası ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-i barəsində İXM 215.4-cü maddəsi ilə protokol tərtib olunmasını qanuni hesab etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsində Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertfikasiyasına dair qaydalar müəyyən edilmişdir. Qeyd olunan maddənin 3-cü bəndində “Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilməsi və 4-cü bəndində isə sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilməməsi təsbit edilmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” ## #### 1997-ci il 360-İQ saylı Qanuna əsasən Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Fasiləsiz olaraq ixtisasları üzrə beş İldən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda, xarici ölkələrdə hazırlıq keçmiş tibb və əczaçılıq işçiləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxıla bilərlər. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə olan şübhələr onun xeyrinə həll olunur; 53.2-ci maddəsinə əsasən inzibati haqqında başlanılmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, sadalanan qanunun tələbləri və işin bütün hallarının tədqiqi nəticəsinə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hüquqi şəxs «xxxx» MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1578/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1578/2026
05.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver