Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1579/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil tərəfindən apellyasiya qaydasında verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Səbail Rayon Polis Idarəsinin 8-ci Polis Şöbəsinin baş təhqiqatçısı, R Mahir Feyzullayev tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs DINnin 102 xidmətinə verdiyi məlumat, Şahid Lütvəli qızının və X1 ərizələri əsasında toplanmış HK*/*** saylı material üzrə Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş və hadisə törətmiş X1 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti PŞ-nin aidiyyəti əməkdaşına həvalə edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bakı şəhəri Səbail Rayon Polis Idarəsinin 8-ci Polis Şöbəsinin sahə inspektoru Sarxan Əkbərli tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş ## ### 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim S.H.Bağırova) ## ### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya qaydasında şikayət verərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Qərardan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil apellyasiya qaydasında şikayət verərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətlərin dəlilləri və tərəflərin çıxışları: zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə şikayəti onunla əsaslandırmışdır ki, əgər Ağayev Mehdi layiqli cəza almazsa bu cür hərəkətlər cəmiyyətdə çox pis presedentin formalaşmasına, yəni istədiyin şəxsi vur, ona qarşı aqqressiv davran, cəriməni ödə, məsuliyyətdən sıyrıl düşüncəsinə yol açacaqdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla, qanunsuz və əsasszıdır. Məhkəmə sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış və onlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə Mehdi Ağayevi təqsirli bilərkən və onun əməlinin sübuta yetirilməsi qənaətinə gələrkən əsasən zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsi olan atası Qanuni nümayəndə və şahid-anası Şahid izahatlarına və ekspert rəyinə istinad etmişdir. Zərərçəkmiş və onun valideynlərinin göstərdikləri həqiqiətə uyğun deyil və onların bu göstərdikləri işin hallarına və hər hansı sübuta əsaslanmayan onların subyektiv mülahizələrindən ibarətdir. Məhkəmənin gəldiyi nəticə əsassızdır, işin faktiki hallarına uyğun deyil, ona görə də, əsaslı sayıla bilməz. Məhkəmə iclasında, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, tərəfindən verilmiş şikayəti müdafiə edərək, təmin olunmasını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayətin isə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil, tərəfindən verilmiş şikayətin təmin olunmasını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş şikayətin isə təmin olunmamasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi, verilmiş şikayətləri inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayətlər təmin edilməməli və iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə, işin faktiki hallarına uyğun qərar qəbul edilmişdir. Belə ki, inzibati iş üzrə toplanmış icraat materiallarının və ## #### 2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarın, tərəflərin apellyasiya qaydasında verdiyi şikayətin dəlilləri ilə müqayisəli təhlilindən məlum olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsi inzibati iş üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə və toplanmış snədlərə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı tərəflərin və nümayəndələrin izahatları dinlənilmiş, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Birinci instansiya məhkəməsi, iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərkən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair düzgün qərar qəbul etmişdir ki, bu məsələyə dair məhkəmənin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur və müdafiə tərəfin şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə araşdırmasının nəticələrinə əsasən, iş üzrə toplanmış sübutların məcmusu ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli olması barədə şübhələrin onun xeyrinə həll edilməsi ilə bağlı hallar müəyyən edilməmiş və onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmişdir. Tərəflərin şikayətinin dəlillərinə münasibətdə, inzibati icraat zamanı maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı hallara yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, bu xüsusda məhkəmə qərarının mübahisəsinə əsas yoxdur. Eyni zamanda, birinci instansiya məhkəməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsi məsələsini müzakirə edərkən, inzibati tənbeh tətbiq etmənin ümumi prinsipləri haqqında qanunun tələblərini, inzibati tənbehin növünü və həddini, xətanın xarakterini, törədilmə vəziyyətini və şəxsiyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları düzgün nəzərə almışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasına görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələbləri nəzərə almışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Tərəflərin şikayətinin dəlillərinə münasibətdə, iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas ola biləcək hallar yoxdur. Qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli şəkildə təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, tərəflərin şikayəti təmin edilməməli və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134.1.1ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Tərəflərin apellyasiya qaydasında verdiyi şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1579/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1579/2026
04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver