Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1580/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Zeynalova Lalə Allahverdi qızının katibliyi ilə, Şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili – Həsənova İlhamə Zakir qızının, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi – nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili Həsənova İlhamə Zakir qızı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ## #### 2026-cı il tarixdə qəbul edilmiş, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim Sahilə Bağırova) Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilmişdir. Qərardan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır, əməldə inzibati xəta tərkibi olsa da qanunsuz olaraq İdarənin qərarı ləğv edilmişdir. Ətraf mühitə zərərli fiziki təsir yaradan (yüksək səs-küy yaradan) Qərardan şikayət verən orqan (şəxs) qanunsuz fəaliyyətinə haqq qazandırmış və atmosfer havasına edilən zərərli fiziki təsiri, insanların həyat və sağlamlığına mənfi təsir göstərən yüksək səs-küy yaranmasını və vətəndaşların sağlam ətraf mühitdə yaşamaq hüququnun pozulmasını “qanun pozuntusu” hesab etməmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Çağrı mərkəzi”nə daxil olan ##.##.2025-ci il tarixli İD:***** nömrəli və ##.##.2025-ci il tarixli İD:***** nömrəli, vətəndaş Saqif Həsənov və Zümrüd Əhmədova tərəfindən, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Yusifzadə küçəsi, Sabah Rezidens MTKnın birinci mərtəbəsində yerləşən “Mağar” restoranın fəaliyyəti zamanı ətraf mühitə yayılan yüksək səs-küyün narahatlıq yaratması ilə bağlı eyni məzmunlu müraciətlərə əsasən, ##.##.2025-ci il tarixində restoranın nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs) iştirakı və ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə sözügedən ünvanda monitorinq keçirilmişdir. X4 və Zümrüd Əhmədova ilə göstərilən əlaqə nömrələri ((050) 215 40 44) və ((070) 978 17 23) vasitəsilə əlaqə saxlanılaraq onların monitorinq araşdırmasında iştirakının təmin edilməsi üçün dəvət edilmiş, lakin onlar iştirak edə bilməyəcəklərini bildirmişlər. Monitorinq zamanı ətraf mühitə yayılan səs-küy səviyyəsini təyin etmək məqsədilə restoranın ətraf ərazisində SVANTEK səyyar cihazları vasitəsilə ölçmə-analiz işləri aparılmışdır. Nəticələrə əsasən səs-küy çirklənməsinin səviyyəsi 79.3 dBA (norma 70 dBA) təşkil edərək, ətraf mühit üçün yol verilən norma daxilindən artıq qeydə alınmışdır. Vibrasiya göstəriciləri isə 87 dB təşkil etmişdir. Ölçmə işləri Azərbaycan Respublikasının Prezidentinin ## #### 2008-ci il tarixli *** nömrəli fərmanına əsasən götürülmüş və həmin fərmanda ətraf mühit üçün vibrasiya çirklənməsi haqqında norma nəzərdə tutulmamışdır. Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda xitam verilə bilər və məhkəmə qərarında göstərilən “aparılan monitorinq barəsində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə məlumat verilməməsi” şəxsin əməlində inzibati xəta tərkibinin və inzibati xəta hadisəsinin olmaması anlamına gəlmir, şəxsin əməlində inzibati xəta tərkibinin olmasını istisna etmir, sahibkarlıq subyektləri bundan (yoxlamaların dayandırılması) sui-istifadə edərək qanunvericiliyin tələblərini pozmamalı, eyni zamanda məhkəmələr tərəfindən işə baxılarkən yanlış olaraq qanunvericliyin həmin normasına aidiyyəti olmadığı halda istinad etməklə qanunvericiliyi pozmuş şəxsin əməlinə əsassız olaraq haqq qazandırmamalı və onların məsuliyyətdən kənar (cəzasız) qalmasına şərait yaratmamalıdılar. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili Həsənova İlhamə Zakir qızı şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi nümayəndə1 şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarını ləğv edilməsini və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Milli Hidrometeorologiya xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş ## ######## 2021-ci il tarixli monitorinq aktından görünür ki, vətəndaşın şikayəti əsasında Milli Hidrometeorologiya xidmətinin əməkdaşları tərəfindən ünvan 1 ünvanda yerləşən “Kontakt Home” mağazasının kondisioner və havalandırma sisteminin motorlarından çıxan səs-küyün ətraf mühitə təsiri tədqiq edilmiş, səs-küyün səviyyəsinin 62-62,4 DBA təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan ## ###### 2025-ci il tarixli, ****** nömrəli akta əsasən, Ekologiya və Təbii sərvətlər Nazirliyinin qaynar xəttinə daxil olan ##.##.2025-ci il tarixli İD33230, ##.##.2025-ci il tarixli İD***** nömrəli məktubların icrası ilə əlaqədar Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Sabah Residens MTK Ziya Hsüseynzadə küçəsində fəaliyyət göstərən “Mağar” restoranı ətraf ərazisində XKEMİ-nin aparıcı mühəndisi Natiq Rəsulov ** saylı RETSİ-nin məsləhətçi çüfəttişi nümayəndə1, “Mağar” iaşə obyektinin nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə sabit hava şəraitində ekoloji monitorinq keçirildi. X4 (050-215-40- 44), Zümrüd Əhmədova (070-978-17-23) ilə telefon əlaqəsi saxlanıldıqda monitorinqdə iştirak etməyəcəklərini bildirdilər. Monitorinq ölçmə işləri “Mağar” restoranı fəaliyyətdə olan zaman qarşısında PCE 322 A səyyar cihazı vasitəsi ilə aparıldı. Ölçmənin nəticələrinə görə həmin ərazidə səs-küy çirklənməsi 79,3 dBA (norma 70,0 dBA) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Səs-küy səviyyəsinin ölçmə işləri zamanı Azərbaycan Respublikasının Prezidentinin ## #### 2008-ci il *** nömrəli fərmanı əsas götürüldü. Qeyd etmək lazımdır ki, həmin fərmanda ətraf mühit üçün vibrasiya çirklənməsi haqqında norma nəzərdə tutulmamışdır. Akt 2 (iki) nüsxədən ibarət olmaqla tərtib olundu, monitorinq ölçmə işləri zamanı çəkilmiş fotoşəkillər əlavə olundu. “Mağar” iaşə obyektinin nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs) monitorinqdə iştirak etsədə aktın tərtibatında iştirak etmədiyi üçün imza atmamışdır. İş materiallarında olan ## ###### 2026-cı il tarixli, ****** nömrəli akta əsasən, 19 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən “Mağar” adlı iaşə obyektinin fəaliyyəti zamanı səs-küyün yaratdığı narahatlıq barədə daxil olmuş müraciət məktubları tərəfimizdən X2 Monitorinq İdarəsinin mütəxəssislərinin və iaşə obyektinin əməkdaşı kimi özünü təqdim edən Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə yerində araşdırılmışdır. Araşdırmada şikayətçilərin iştirakını təmin etmək məqsədilə müraciət məktublarında qeyd olunan telefon nömrələri ilə əlaqə saxlanılan zaman vətəndaşlar restoranın fəaliyyəti zamanı yaranan səsküydən narahat olduqlarını bildirərək araşdırmada iştirak etməkdən imtina etmişdirlər. X2 Monitorinq İdarəsinin mütəxəssisi tərəfindən iaşə obyektinin əməkdaşı Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə iaşə obyektinin fəaliyyəti zamanı ətraf mühitə yayılan səs-küyün müəyyənləşdirilməsi məqsədilə ölçmə analiz işləri zamanı ətraf mühitə yayılan səs-küyün səviyyəsi ətraf mühit üçün yol verilən həddən artıq olduğu müəyyən edilərək ##.##.2025-ci il tarixli ****** nömrəli monitorinq aktı tərtib olunmuşdur. Aşkar olunmuş faktla əlaqədar iaşə obyektinin əməkdaşına Azərbaycan Respublikasının “ətraf mühitin mühafizəsi haqqında” Qanununun 31-ci maddəsinin 1.1-ci bəndi, “ekolojitəhlükəsizlik” haqqında Qanununun 4-cü maddəsinin 1.7-ci maddələrinin tələbləri pozulmuş, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarına əməl olunmadığı, iaşə obyektinin əməkdaşına izah olunmuşdur. Araşdırma zamanı tərəfimizdən mövcud qanunvericiliyin tələblərini uyğun tədbirlərin görülməsi məqsədilə iaşə obyektinin əməkdaşı Qərardan şikayət verən orqan (şəxs) restoranın istifadəçisinə dair məlumatların təqdim olunması təklif edilsə də, hər hansı sənəd təqdim edilmədi. Qeyd olunanlar ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Operativ Nəzarəti və uçotun Təşkil Baş İdarəsindən sorğuya cavab olaraq sözügedən iaşə obyektinin fərdi sahibkarının Qərardan şikayət verən orqan (şəxs) olduğu bildirilmişdir. İş materiallarında olan ətraf mühitin sahəsində pozuntuların aradan qaldırılması barədə C-MG/****-*** nömrəli ##.##.2025-ci il tarixli tələbdən görünür ki, “Mağar” restoranının fəaliyyəti zamanı ətraf mühitə yayılan səs-küy səviyyəsi normadan artıqdır. “Mağar” restoranının fəaliyyəti zamanı yaranan səs-küyün ətraf mühit üçün yol verilən hədd daxilində olmasını təmin etmək üçün müvafiq tədbirlər görülərək ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verilsin. İş materiallarında olan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinə ünvanlanan məktubdan görünür ki, ** saylı RETSİ-dən X2 Monitorinq İdarəsinə daxil olan "ünvan 2 ünvanında fəaliyyət göstərən "Mağar" restoranının rəhbəri Qərardan şikayət verən orqan (şəxs) aşkar edilmiş nöqsanların aradan qaldırılması və ölçme analiz-işlərinin iştirakı ilə yenidən aparılması ilə əlaqədar" məktuba tərəfimizdən baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Çağrı mərkəzi"nə daxil olan ##.##.2025-ci il tarixli ID:***** nömrəli və ##.##.2025-ci il tarixli İD:***** nömrəli vətəndaş Saqif Həsənov və Zümrüd Əhmədova tərəfindən "Mağar" restoranın fəaliyyəti zamanı ətraf mühitə yayılan yüksək səs-küyün narahatlıq yaratması ilə bağlı eyni məzmunlu müraciətlərə əsasən ##.##.2025-ci il tarixində restoranın nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs) iştirakı və ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə tərəfimizdən həmin ünvanda monitorinq keçirilmişdir. Sözügedən iaşə obyektinin ətraf ərazisində SVANTEK səyyar cihazları vasitəsilə ölçməanaliz işləri aparılmış, nəticələrə əsasən səs-küy çirklənməsinin səviyyəsi 79.3 dBA (norma 70 dBA) təşkil edərək, ətraf mühit üçün yol verilən norma daxilindən artıq qeydə alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Qərarı qəbul edən orqan Azərbaycan Respublikası Ekologiya Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ## ###### 2026cı il tarixli, ****** nömrəli aktda monitorniqin Nazirliyin elektron poçt ünvanına daxil olan müraciət ilə əlaqədar keçirildiyi qeyd edilmiş, məhkəmə araşdırılması zamanı həmin monitorniqin yalnız Azərbaycan Respublikası Ekologiya Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq sərəncamına əsasən aparıldığı qeyd olunmuş və müvafiq icra hakimiyyəti orqanından çıxarış alınmadığı bildirilmişdir. Azərbaycan Respublikası İXM-in 275.2-ci maddəsinə əsasən, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları” təsdiq edilmişdir. Həmin Normaların 2.3-cü bəndinə əsasən, nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları Cədvəl 1-də verilmişdir. “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən Normaları” cədvəlinin 13-cü qrafasında yaşayış, poliklinika və ambulatoriya binalarına, dispanserlərə, istirahət evlərinə, pansionatlara, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinə, kitabxanalara bilavasitə bitişik ərazilərdə gündüz vaxtı maksimal səviyyə 70 DBA, gecə vaxtı 60 DBA müəyyən edilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşaraq bildirir ki, təqsirliliyinin sübuta yetirilməsində məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməməmiş, təqdim edilmiş sübutların mötəbərliyinə olan şübhələr isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və barəsində icraat aparılan şəxsin təqsirli bilinməsinə əsas ola bilməz. Məhkəmə qeyd edir ki, müasir dövrdə hər bir kəsdə video çəkiliş aparan mobil telefon olduğu halda, suallar və şübhələrin olmaması üçün yoxlamanın aparılmasını video müşahidə ilə aparılması mümkün olduğu halda, səlahiyyətli dövlət orqanı bunu etməmiş və yayılan səsin normadan artıq olmasını yalnız fotoşəkildə olan cihazın göstəricisi ilə sübuta yetirməyə çalışmış, tərtib edilmiş protokolda isə barəsində icraat aparılan şəxsin ən azından nümayəndəsinin iştirakını protokola imza etdirməklə təmin etməmişdir. Halbuki fotoşəkil özü-özlüyündə ölçmə cihazına kənar müdaxiləni istisna etmir, bu səbəbdən də bu sübut mötəbər sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-8.3-cü maddələrinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, Bakı Apellyasiya Məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1580/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1580/2026
05.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver