Məhkəmə qərarları › İş №3(3-6)-1581/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1581/2026

03.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1581/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 227-ci maddəsi ilə təqsirli bilinərək ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə ## ##### 2026-cı il tarixli MN ******* saylı protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan xətanın törədilməsində təqsirli bilinərək barəsində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi, üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulması, inzibati tənbehin müddətinin əvvəlinin onun çəkilməsinə cəlb olunduğu vaxtdan hesablanması, qərarın icrasının Bakı şəhər Probasiya idarəsinə həvalə olunması qərara alınmışdır. Həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək həmin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərərçəkmiş şəxslə arasında şifahi alqısatqı müqaviləsi olmuş və 570 manat məbləğində ona borcu yaranmışdır. Həmin borc məbləği sonradan tərəfindən tam şəkildə ödənilmişdir. Borcun ödənilməsi faktını məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs özü də etiraf etmişdir. Lakin sahə inspektoru Hüseynov Həmid tərəfindən həmin məbləğ qəsdən dəyişdirilərək 500 manatdan aşağı - 490 manat olaraq qeyd edilmiş və bu yolla İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati icraat başlanılması üçün formal əsas yaradılmışdır. Göründüyü kimi, tərəflər arasında yaranmış münasibət tam olaraq mülki hüquq münasibəti olmuşdur. Mövcud vəziyyətdə hər hansı aldatma, özgə əmlakını ələ keçirmə və ya inzibati xəta tərkibi yaradan qanunsuz əməl mövcud olmamışdır. Buna baxmayaraq, əvvəlcə mülki mübahisə predmeti olan məsələ üzrə cinayət işinin başlanmasına cəhd edilmiş, sonradan isə imtina qərarı verilərək məbləğ azaldılmış və inzibati icraat başlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən hallar, xüsusilə tərəflər arasında mülki hüquq münasibətlərinin mövcudluğu, borcun tam ödənilməsi və qarşı tərəfin bunu etiraf etməsi nəzərə alınmamış, iş üzrə sübutlar tam, obyektiv və hərtərəfli araşdırılmadan barəmdə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, şəxs yalnız təqsiri tam sübuta yetirildiyi halda inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin onun əməlində inzibati xəta tərkibi mövcud olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və onunla barışdığını, əməlindən peşman olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs bilavasitə ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə barışdığını qeyd edərək apellyasiya şikayətinin təmin edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*- **)-****/**** saylı qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı ödədiyindən, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında ## ##### 2026-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi və hadisəni törədən şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixdə saat 22:00-da tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İlk olaraq qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün hüquqi qiymət verərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilmiş, sonuncu barəsində şəxsiyyəti nəzərə alınmaqla inzibati tənbeh olaraq 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq etmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən səmimi peşmanlıq çəkməsini və vurulmuş zərərin ödənilməsini İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə uyğun olaraq onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirmiş, məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin apellyasiya şikayətinin dəlilləri əməlində inzibati xəta tərkibi olmaması ilə bağlıdır. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə, inzibati xəta hadisəsi olmadıqda,inzibati xəta tərkibi olmadıqda, şəxs son zərurət vəziyyətində hərəkət etdikdə, şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə, inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsini xahiş etsə də, apellyasiya instansiya məhkəməsi hesab edir ki, icraata həmin Məcəllənin 39.2-ci və 53.1.10-cu maddələrinə əsasən xitam verilməlidir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad olunan inzibati xətanı törətdiyini bildirərək, əməlindən peşman olduğunu, ziyanı ödədiyini qeyd etmiş və barəsində inzibati həbsə münasibətdə daha yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmiş, məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs isə ona dəymiş ziyanın ödənildiyini, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bağışlamadığını qeyd edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilsə də, barışıq əldə edilmədiyindən həmin mərhələdə iş üzrə icraata xitam verməmişdir. Qeyd edilməlidir ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarından və birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmənin həmin vaxt gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Lakin hazırkı mərhələdə iş üzrə yeni hallar çıxmış və həmin hallar zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam şəkildə ödənilməsindən və bunun əsasında da tərəflər arasında barışığın əldə edilməsindən ibarətdir. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən yazılaraq imzalanmış ## #### 2026-cı il tarixli ərizənin məzmunundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ona dəymiş ziyan tam həcmdə ödənildiyini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir şikayət və tələbinin olmadığını, onu bağışladığını və barışdığını bildirmişdir. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məbləğin əslində 570 manat təşkil etdiyini, inzibati xəta tərkibi yaratması və 500 manatdan aşağı olması üçün təhqiqatçı tərəfindən qəsdən məbləğin aşağı yazıldığını bildirmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, apellyasiya baxışı zamanı İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Zərərçəkmiş şəxs isə malın maya dəyərinin 490 manat təşkil etdiyini bildirmişdir. Seymur İsmayılov göstərilən hala istinad etməklə öz əleyhinə dəlillər irəli sürsə də, məhkəmə qeyd edir ki, həmin hal təsdiqini tapdığı halda, şəxs barəsində cinayət təqibinə səbəb ola bilərdi. Lakin hazırda bu xüsusatla bağlı hər hansı əsaslar müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi kifayət qədər sübut olunsa da, hazırda işin apellyasiya baxışı ərəfəsində onun zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödəməklə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin bununla bağlı müvafiq ərizəsi nəzərə alınmalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 39.2 və 53.1.10-cu maddələri tətbiq edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 39.2, 53.1.10, 114.2.1 və 134.1.3cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı ödədiyindən, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar