Məhkəmə qərarları › İş №3(3-6)-1586/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1586/2026

12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1586/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi nümayəndə3, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin «xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair ##.##.2026-cı il tarixli qərarından «xxxx” MMC tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Protokol tərtib edən orqanlar “xxxx” MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Inzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx' MMC tərəfindən 100040.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ###### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 17600.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ###### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə «xxxx” MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 17600.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 3520 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx” MMC şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Protokol tərtib edən orqanlar tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə istinad edilməklə əsassız inzibati protokol tərtib edilmişdir. Nəzərə alınmamışdır ki, “xxxx” MMC tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklərin icrası təmin olunmuş, lakin şirkətin iradəsindən asılı olmayaraq gömrük bəyannaməsində tərəflər arasında rəsmiləşdirilmiş ilkin müqavilənin nömrəsi deyil, gömrük bəyannaməsində müqaviləyə * nömrəli əlavənin nömrəsi qeyd olunduğu üçün Bank orqanı qeyd olunan məbləğin, yəni 17600 ABŞ dollarının idxal olunmaması kimi düzhün olmayan nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən də işin faktiki halları tam araşdırılmadan, təqdim olunmalı əlavə sübutların toplanması və qiymətləndirilməsi təmin edilməmişdir. ##.##.2024-cü il tarixli ASBJLL****** saylı müqavilə əsasında, ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə 100040 ABŞ dolları məbləğində vəsait həqiqətən ölkə xaricinə köçürülmüş və bu hal məhkəmə qərarında da öz əksini tapmışdır. ##.##.2024-cü il tarixli ASBJLL****** saylı * nömrəli əlavəyə əsasən müqavilə üzrə tərəflər arasında aşağıdakı məzmunda razılıq əldə olunmuşdur: “Biz aşağıda imza edənlər bir tərəfdən “X2 X4 Co., LTD”, digər tərəfdən “xxxx” MMC bu əlavəni imzalayırıq ki, ##.##.2024 tarixli ASBJLL****** saylı müqaviləyə əlavə olunur, bu müqavilə üzrə avans ödənilən 100040 (bir yüz qırx min) dollar vəsaitin dəyərində ##.##.2024 tarixli ASBJLL****** saylı müqaviləyə əlavə olunur və bu avans üzrə BYD QIN PLUS avtomobili gətiriləcək”. Tərəflər arasında rəsmiləşdirilmiş ilkin müqavilə və sonradan edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq, məhkəmə qərarında ##.##.2026- cı il tarixinin inzibati xətanın törədildiyi vaxt kimi göstərilməsinin əsası, 17600 ABŞ dolları məbləğində vəsaitin və ya həmin məbləğdə malların (xidmətlərin) ölkəyə idxal edilməməsi, yaxud eyni məbləğdə valyuta vəsaitinin geri qaytarılmaması olmuşdur. Lakin qeyd olunmalıdır ki, məhkəmə qərarında göstərilən 17600 ABŞ dolları məbləğində mal faktiki olaraq ##.##.2024-cü il tarixli gömrük bəyannaməsi əsasında ölkə ərazisinə idxal edilmişdir. ##.##.2024-cü il tarixli ************** saylı gömrük bəyannaməsində yuxarıda qeyd olunan müqaviləyə istinad edilməsinə baxmayaraq, bəyannamədə müqavilənin nömrəsi “ASBJLL240217” kimi göstərilmişdir. Nəzərə alınmalıdır ki, gömrük bəyannaməsində tərəflər arasında bağlanmış ilkin müqavilənin nömrəsi, yəni “ASBJLL240215” qeyd edilməli olduğu halda, gömrük orqanının texniki səhvi nəticəsində ilkin müqavilənin nömrəsi deyil, müqavilənin tərkib hissəsi * nömrəli əlavənin nömrəsi olan “ASBJLL240217” qeyd olunmuşdur. Məhz həmin texniki səhvə görə bank orqanı 17600 ABŞ dolları məbləğində vəsaitin ölkəyə daxil olmamasını əsas götürərək qeyd olunan hərəkətləri həyata keçirmişdir. Halbuki, hüquqi məsuliyyət yalnız o halda yarana bilərdi ki, həqiqətən də 17600 ABŞ dolları məbləğində mal və ya vəsait ölkəyə idxal edilməmiş olsun. Hazırkı halda isə inzibati xəta hadisəsi baş verməmişdir. Belə ki, gömrük orqanı tərəfindən ##.##.2024-cü il tarixdə tərtib olunmuş ************** nömrəli gömrük bəyannaməsində ilkin müqavilənin nömrəsi əvəzinə həmin müqavilənin * nömrəli əlavəsinin nömrəsinin qeyd edilməsi nəticəsində formal olaraq 17600 ABŞ dolları məbləğində vəsaitin guya ölkəyə idxal olunmaması görüntüsü yaranmışdır. Əslində isə, gömrük orqanının texniki səhvi nəticəsində tərəflər arasında rəsmiləşdirilmiş ilkin müqavilənin nömrəsinə deyil, müqavilənin tərkib hissəsi olan * nömrəli əlavənin nömrəsinə istinad edilmişdir. Bununla yanaşı, qeyd olunan məbləğdə malın faktiki olaraq ölkəyə idxal edilməsi təsdiq olunduğundan, inzibati xəta hadisəsinin baş vermədiyi açıq şəkildə müəyyən edilir. Gömrük orqanı təəfindən yol verilmiş texniki səhvi aradan qaldırmaq məqsədilə xxxx MMC tərəfindən ##.##.2026-cı il tarixdə Aksiz Mallar üzrə BaşGömrük Idarəsinə aşağıdakı məzmunda müraciət təqdimedilmişdir: “xxxx MMC tərəfindən ##.##.2024-cü il tarixində X2 PARALLEL AVTOMOBILE SALES Co LTD ilə bağlanmış ASBJLL****** saylı (kod 240207080) müqaviləyə əlavəni portalda qeydiyyata alınmışdır. Lakin gömrük bəyannamələrinin tərtibi “xxxx” şirkətinin əməkdaşı tərəfindən həyata keçirilmişdir. Həmin bəyannamə daha sonra Gömrük Xidmətinin əməkdaşı tərəfindən yoxlanılmış və təsdiq edilmişdir. Yoxlama aparan əməkdaş mexaniki səhvi aşkar etməli idi. Bu halda, şirkətin etdiyi mexaniki səhvə və gömrük əməkdaşının həmin bəyannaməni təsdiqləməsinə görə bu gün məsuliyyətin tam şəkildə bizim üzərimizə qoyulması əsaslı hesab edilə bilməz (Bu hal texniki səhv ilə əlaqədar olmaqla yanaşı, qeyd olunan məbləğ həcmində mal ölkəyə idxal edilib). Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi X1 verilmiş şikayətin məzmununa uyğun izahat verərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi nümayəndə3 şikayətin təmin edilməməsini xahiş etdi. Işin halları və hüquqi məsələlər: Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, nümayəndələrin izahatını dinləyərək hesab edir ki, «xxxx” MMCnin şikayəti təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin «xxxx” MMC-nin Azərbaycan Respublikası IXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq edilməsinə dair ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” ASC-nin ## ###### 2026-cı il tarixli, KB-***/*-**/**** saylı Protokol tərtib edən orqanlar ünvanlanmış məktubundan görünür ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) sənədləri və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında “xxxx“ MMC göstərilmişdir. ## ###### 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx“ MMC tərəfindən ##.##.2024-cü il tarixli müqavilə üzrə 100040.00 ABŞ dolları məbləğində vəsait ölkə xaricinə köçürülmüşdür. Azərbaycan Respublikası Mərkəzi X3 ##.##.2016-cı il tarixli, **/* saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi «xxxx” MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmışdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi həmin hüquqi şəxsi Azərbaycan Respublikası IXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati cərimə tətbiq etmişdir. Məhkəmə qeyd edir ki, idxal müqavilələri ilə avans müqaviləsində göstərilənlər eynilik təşkil etmir. Inzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, «xxxx” MMC törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan növdə və həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq Qərara aldım: Barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs «xxxx” MMC tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin «xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar