Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1589/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Zeynalova Lalə Allahverdi qızının katibliyi ilə, “X2 Kredit Təşkilatı” ASC Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Bakı şəhəri Yasamal Rayon ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından “X2 Kredit Təşkilatı” ASC-nin direktoru Turan İsmayılov tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “X2 Kredit Təşkilatı” ASC-nin Azərbaycan Respublikası İXM-nin 347- ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim Rauf Daşdəmirov) “X2 Kredit Təşkilatı” ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “X2 Kredit Təşkilatı” ASC-nin direktoru Turan İsmayılov apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Yasamal Rayon ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayətdə göstərilmişdir ki, məhkəməyə ##.##.2026-cı il tarixində ərizə ilə müraciət olunaraq işin faktiki hallarına dair ətraflı məlumat verilmişdir. Ərizədə qeyd edilmişdir ki, hüquqi şəxsin baş ofisi ##.##.2026-cı il tarixindən digər ünvana, yəni Globus Plazanın 16-cı mərtəbəsinə köçmüşdür. İnzibati orqan tərəfindən isə həmin məktub şirkətin köhnə ünvanına göndərilmişdir. Bundan başqa, inzibati orqan tərəfindən təqdim edilmiş iş materiallarından görünür ki həmin məktub Məmmədov soyadlı şəxs tərəfindən qəbul edilmişdir, həmçinin qeyd edilmişdir ki, həmin şəxs şirkətin rəhbər şəxsidir, şirkətin isə o soyadda rəhbər şəxsi yoxdur. Hazırda şirkətin direktoru və qanuni nümayəndəsi Turan İsmayılovdur. Bundan sonra məhkəmə tərəfindən xxxx MMC-yə ##.##.2026-cı il tarixində müvafiq sorğu göndərilərək məktubun kim tərəfindən qəbul edilməsinə dair ətraflı məlumat verilməsi xahiş edilmişdir. ##.##.2026-cı il tarixində xxxx MMC tərəfindən sorğuya cavab verilmiş, məktubun Məmmədov soyadlı şəxs tərəfindən qəbul edildiyi bildirilmişdir. Məhkəməyə ünvanlanan ərizədə onsuz da həmin soyadlı şəxsin onların əməkdaşı olmadığını, məktub qəbul edilən zaman şirkətin ofisinin digər ünvanda olmasını qeyd etmişlər. Məhkəmə xxxx MMC-nin sorğuya cavabına əsaslanaraq qərar qəbul etmişdir. Halbuki, xxxx MMC tərəfindən həmin şəxsin məhz hüquqi şəxsin əməkdaşı olmasına dair sübutu və ya faktı mövcud deyildir. Məhkəmə qərarda qeyd etmişdir ki, həmin şəxsin şirkətin əməkdaşı olmamasına dair mötəbər sübut təqdim etməmişdir. Məktubu qəbul edən şəxsin hüquqi şəxsin əməkdaşının olmamasına dair məhkəməyə müvafiq ərizə ilə müraciət olunmuşdur, həmin məktub elektron məhkəmə sisteminə ##.##.2026-cı il tarixində sistemə vurulmuşdur. Bundan mötəbər sübut məhkəməyə təqdim oluna bilməz, rəsmi kabinetdən hüquqi şəxs tərəfindən lazımi məlumatlar məhkəməyə verilmişdir. Bundan başqa hüquqi şəxs olaraq inzibati orqanın sorğularına cavab verməməyə görə müvafiq inzibati məsuliyyətin yaranmasını bilə-bilə həmin sorğulara cavab verməməsi absurd məsələdir. Eyni inzibati orqan tərəfindən eyni tərkibli digər inzibati xətanın törədilməsinə görə Yasamal Rayon Məhkəməsində hakim Sevinc Quliyevanın icraatında *(*-***)-****/**** saylı iş, hakim Rauf Daşdəmirovun icraatında 3(5-104)-2643/2026 və *(*-***)-****/**** saylı işlər, hakim Rəşad Cavadzadənin icraatında 3(5-104)-2743/2026 və *(*-***)-****/**** saylı işlər olmuşdur. Yasamal Rayon Məhkəməsinin qərarlarına əsasən hüquqi şəxsin əməllərində inzibati xəta tərkibi olmadığına görə icraata xitam verilmişdir Həmin qərarlardan inzibati orqan tərəfindən şikayət verilməmiş, qərarlar qanuni qüvvəsini almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə, verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin “X2 kredit təşkilatı” ASC-yə ünvanladığı sorğudan görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “Jeep Wrangler” markalı, **-AX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ## ###### 2026-cı il tarixdə saat 07:01-da Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Yasamal RPİ-nə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Poçt göndərişinin verilməsi haqqında “SX077032849AZ” nömrəli ştrix kodlu xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin yuxarıda qeyd olunan sorğusu ##.##.2026-cı il tarixdə “X2 kredit təşkilatı” ASC-yə çatdırılmış və xəbərnamə “V.Məmmədov” adlı şəxsə imza etdirilməklə qəbul edilmişdir. İş materiallarında olan “xxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş ## ##### 2026-cı il tarixli cavab məktubundan müəyyən edilir ki, Sistem üzərindən araşdırma zamanı məlum olmuşdur ki, ##.##.2026-cı il tarixdə AZ**** saylı poçt şöbəsi vasitəsilə X1 İdarəsi tərəfindən “FİNOKO" BOKT ASCyə ünvanlanan SX077032849AZ ştrix kodlu məktub, ##.##.2026-cı il tarixində AZ**** saylı Poçt şöbəsi tərəfindən qəbul olunmuş və ##.##.2026-cı il tarixində "FİNOKO” BOKT ASC-nin rəhbəri Məmmədov Vidadi adlı şəxsə təhvil verilmişdir. Sözügedən məktubun xəbərnaməsi ##.##.2026-ci il tarixində AZ**** saylı poçt şöbəsi tərəfindən qəbul olunmuş və həmin tarixdə Dövlət Yol Polisi idarəsinin Abbasov soyadlı əməkdaşına təhvil verilmişdir. Şikayətin yeganə dəlili ondan ibarətdir ki, səlahiyyətli orqan tərəfindən sorğu məktubu hüquqi şəxsin keçmiş, hal-hazırda işləməyən ünvanına göndərilmişdir. Məhkəmə şikayətin həmin dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyətini nəzərdə tutulmuşdur. Normanın mənasından da göründüyü kimi, qeyd edilən maddə üzrə inzibati məsuliyyətin yaranması üçün əsas şərt hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsidir. Başqa sözlə, qeyd edilən şəxslər tərəfindən səlahiyyətli orqanın (vəzifəli şəxsin) sözügedən sorğusuna 5 gün müddətində cavab verilmədikdə, artıq hüquqi şəxsin əməlində İXMin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yaranmış olur. Hazırkı işin hallarından müəyyən edilir ki, səlahiyyətli orqan tərəfindən göndərilmiş sorğu ##.##.2026-cı il tarixdə “X2 Kredit Təşkilatı” ASC-yə çatdırıldığına görə, hüquqi şəxs 5 gün müddətində sorğuya cavab verməklə mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə məlumatı səlahiyyətli orqana verməli idi. Lakin, “X2 Kredit Təşkilatı” ASC bu barədə məlumatı 5 gün müddətində səlahiyyətli orqana təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, sadalanan qanunvericilik normalarının tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1589/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1589/2026
05.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver