Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1590/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsinin rəisi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərarından narazı qalan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsinin rəisi apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və Xidmət tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN 2465473 inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-104)- ****/**** nömrəli qərarı ləğv edilməli və Xidmətin Bakı Şəhər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli tarixli inzibati xəta haqqında protokolu əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Bildirmişdirlər ki, bədbəxt hadisə ## ######## 2025-ci il tarixdə saat 17:45 radələrində vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus ünvan 1 ünvanında yerləşən "X1" restoranında işləyən dönər ustası X5 dönər aparatının içində olan işləməyən lampanı dəmir masanın üzərinə çıxıb dəyişmək istəyən zaman elektrik cərəyanın təsirinə məruz qalaraq yer səthinə yıxılması nəticəsində baş vermişdir. Belə ki, X7 Xidməti tərəfindən həmin bədbəxt hadisənin təhqiqatı aparılmışdır. Təhqiqat nəticəsində qəbul edilən təhqiqat aktına əsasən müəyyən edilmişdir ki, baş vermiş bədbəxt hadisə istehsalatla əlaqəli olmuş və bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1 -ci bəndinə əsasən vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VOEN: **********) cavabdehliyi müəyyən edilmişdir. Sözügedən təhqiqat aktı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda təhqiqat aktı qüvvədə olduğu üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən təhqiqat aktında cavabdehliyi müəyyən edilmiş vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli olmaması əsası ilə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Eskpertiza və Patoloji Anatomiya Birliyi" PHŞ-nin ## ###### 2026-cı il tarixli, 21 nömərli ekspert rəyinə əsasən X5 müayinə zamanı bel-oma nahiyəsinin əzələ- bağ aparatının gərilməsi və sağ kürək sümüyünün yerdəyişən sınığı təyin edilmişdir. Qeyd olunan xəsarətlər küt yaranma mexanizminə malik olub, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni ## ######## 2025-ci il tarixdə hündürlükdən yıxılması nəticəsində əmələ gələ bilmələri mümkün hesab edilmiş və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid hesab edilmişdir. Göründüyü kimi, məhkəmədə tədqiq edilən sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyəti müəyyən edilməsinə baxmayaraq, məhkəmə tərəfindən sübutlara düzgün hüquqi qiymət verilməmiş və əsassız olaraq iş üzrə icraata xitam verilmişdir. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun təqsiri iş materiallarında mövcud olan və yuxarıda qeyd olunmuş mötəbər, qanuni və etibarlı sübutların birlikdə qiymətləndirilməsi nəticəsində sübut olunmuşdur. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliyə uyğun şəkildə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirak etmədiyindən sədrlik edən məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsini mümkün hesab etdi. İşin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sabiq işçisi X5 ## ######## 2025-ci il tarixdə əmək funksiyalarının icra edilməsi zamanı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı işəgötürən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən əməyin mühafizəsi norma və qaydalarına riayət edilməməsi səbəbindən az ağır xəsarət almışdır. -## ###### 2026-cı il tarixli məlumatdan (məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə) görünür ki, vətəndaş X5 ##.##.2025- ci il tarixdə işlədiyi “Köz Xalil usta” iaşə obyektində yıxılıb xəsarət alması faktına dair araşdırma materialı üzrə ## ###### 2026-cı il tarixli qərarla məhkəmə təhlükəsizlik texnikası ekspertizası təyin edilmiş və ekspert qarşısında baş vermiş hadisənin texniki səbəbinin, hadisə ilə əlaqədar təhlükəsizlik texnikası qaydalarının pozulub-pozulmamasının müəyyən edilməsinə dair suallar qoyulmuşdur. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü və 7-ci maddələrinə görə, məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. Təqdim edilmiş qərarda olan məlumata əsasən, X5 ## ######## 2025-ci il tarixdə işlədiyi “Köz Xalil usta” iaşə obyektində otaqda olan diodlu işığı düzəltmək məqsədi ilə taxta taburetin üstünə çıxaraq işıq yanılı vəziyyətdə olan halda dioda müdaxilə etmək istəyərkən elektrik cərəyanı vurması nəticəsində yerə yıxılması hadisəsi ilə bağlı əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə həlli xüsusi bilik tələb edən hər hansı bir sübut əhəmiyyətli faktın olması müəyyən edilmir. Belə ki, baş vermiş hadisə hər hansı texniki səbəblə deyil, subyektiv faktorlarla (ehtiyatsızlıq, səhlənkarlıq, diqqətsizlik və s.) bağlı olmaqla hüquqi xarakter daşıyır. Baş vermiş bu hadisənin şəraiti təhlükəsizlik texnikasına dair xüsusi norma və təlimatlarla tənzimlənmir və elmi-təcrübi əsaslar üzrə tədqiqat aparılmasını tələb etmir. Qeyd edilən səbəblərə görə, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırkı məhkəmə təhlükəsizlik texnikası ekspertizanın aparılmasından imtina edilir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 canlı şəxsin ekspertizasının ## ###### 2026-cı il tarixli, ** nömrəli rəyindən görünür ki, X5 ## ######## 2025-ci il tarixdə aldığı xəsarətdən sonra ## ######## 2025-ci il tarixdə “X4” X3ə müraciət etmiş və ona travmatoloqun baxışı zamanı, eləcə də rentgenoloji müayinədə beloma nahiyəsinin əzələbağ aparatının gərilməsi və sağ kürək sümüyünün yerdəyişən sınığı təyin edilmişdir. Qeyd olunan xəsarətlər küt yaranma mexanizminə malik olub, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni ## ######## 2025-ci il tarixdə hündürlükdən yıxılması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış bildirişdən görünür ki, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində protokolun tərtib edilməsində iştirak məqsədi ilə ## #### 2026-cı il tarixdə saat 10:00-da * saylı Bakı DOST Mərkəzinə dəvət edilmişdir. -Çıxarışdan görünür ki, X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış məktub elektron qaydada ## #### 2026-cı il tarixdə şəxsi kabinetə yerləşdirilmişdir. -X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş təhqiqat aktının 6-cı bəndindən (əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi) görünür ki, 6.1. Bədbəxt hadisənin baş vermasində təhqiqat aktının 4.1-ci bəndinə əsasən fiziki şəxs (VÖEN: **********) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cavabdehliyi müəyyən edilsin. 6.2. Bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.2-ci bəndinə əsasən fiziki şəxs (VÖEN: **********) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sabiq dönər ustası X5 cavabdehliyi müəyyən edilsin. 6.3. X5 ilə baş vermiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli ** №-li Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən ”İZ” formalı aktla rəsmiləşdirilsin və fiziki şəxs (VÖEN: **********) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən uçota alınsın. 6.4. İZ formalı aktın bir nüsxəsinin zərərçəkənə verilməsi Fiziki şəxs (VOEN **********) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təmin edilsin. 6.5. Komissiya sədri zərərçəkənlə görüşərək bədbəxt hadisə ilə əlaqədar qüvvədə olan qanunvericiliyə müvafiq onun hüquqlarını izah etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarının tədqiqi nətiəcəsində müəyyən edilmişdir ki, ## ###### 2026cı il tarixli qərarla təyin edilmiş məhkəmə təhlükəsizlik texnikası ekspertizasının aparılmasından ## ###### 2026-cı il tarixdə imtina olunmuş, imtina barədə rəsmi məlumatda hadisənin texniki səbəblərlə deyil, subyektiv faktorlarla — ehtiyatsızlıq, diqqətsizlik və şəxsi davranışla bağlı olduğu göstərilmişdir. Həmin sənəddə açıq şəkildə qeyd olunmuşdur ki, baş vermiş hadisə üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində xüsusi bilik tələb edən sübut əhəmiyyətli hallar müəyyən edilməmişdir. Başqa sözlə, ixtisaslaşmış ekspertiza belə nəticəyə gəlmişdir ki, hadisə texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində deyil, zərərçəkmiş şəxsin öz davranışı ilə bağlı baş vermişdir. Bu isə birbaşa olaraq İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan “texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində sağlamlığa zərər vurma” elementinin mövcudluğunu şübhə altına alır. Belə olan halda, xüsusi ekspertiza tərəfindən texniki təhlükəsizlik pozuntusunun təsdiq edilmədiyi şəraitdə şəxsin həmin maddə ilə məsuliyyətə cəlb edilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Bundan əlavə, X5 izahatında göstərilmişdir ki, ona hər hansı vəzifəli şəxs tərəfindən lampanı dəyişmək və ya elektrik avadanlığına müdaxilə etmək barədə göstəriş verilməmiş, o, bu hərəkəti öz təşəbbüsü ilə etmişdir. Bu hal onu göstərir ki, hadisə zərərçəkmişin birbaşa əmək funksiyası çərçivəsində işəgötürənin tapşırığı əsasında deyil, şəxsi təşəbbüsü nəticəsində baş vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 198.2.-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsinin rəisi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1590/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1590/2026
01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver