Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1591/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X1i Şöbəsi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə ## ##### 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Məhkəmənin qərarından narazı qalan “xxxx” Açıq Səhmdar Cəmiyyəti apellyasiya qaydasında şikayət verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” ASC-nin nümayəndəsi və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gələməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati icraat üzrə işin materiallarını tam və hərtərəfli araşdıraraq, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsi inzibati məsuliyyət yaradır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X1i Şöbəsinin sorğu məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X1i Şöbəsi tərəfindən “Hyundaı Verna minik” markalı, **AK*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC-dən xahiş olunmuşdur. DİN-in DYP Web portaldan çıxarışından görünür ki, “Hyundaı Verna minik” markalı, **AK*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki vasitələrin köməyi ilə inzibati xəta törətməsi görüntüsü əlavə edilmişdir. DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən verilən etibarnamə qeydiyyatı olan hissədə etibarnamələrə dair məlumat hissəsindən görünür ki, həmin hissədə istifadəsi həvalə olunan şəxsin soyadı, istifadəsi həvalə olunan şəxsin adı, istifadəsi həvalə olunan şəxsin ata adı, sürücülük vəsiqəsi, S.V üzrə kateqoriyası, mobil nömrə, sənədin nömrəsi, sənədin daxil olması (ESD-də Qeydiyyatı), qeyd, sənədin verilmə tarixi, sənədin bitmə tarixi hissələri boş buraxılmışdır. SX*********AZ nömrəli xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X1i Şöbəsinin sorğu məktubu ##.##.2026-cı il tarixdə “Məmmədov” soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X1i Şöbəsinin R X2 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC-nin istifadəsində olan “Hyundai Verna” markalı, **AK*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ##.##.2026cı ildə İXM-nin 328.1-ci maddəsi ilə inzibati xəta törədilmişdir. Hüquqi şəxsin ünvanına sorğu göndərilmiş, lakin hüquqi şəxs qanunda nəzərdə tutulmuş müddətdə sorğuya cavab verməmişdir. Məhkəmə tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı müraciətə baxılmasının nəticəsi barədə məktubdan görünür ki, sistem üzərindən araşdırma və F-8 çatdırma vərəqinə baxış zamanı məlum olmuşdur ki, ##.##.2026-cı il tarixdə AZ**** saylı poçt şöbəsi vasitəsilə X1 idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC-yə ünvanlanan SX076946434AZ ştrix kodlu məktub, ##.##.2026-cı il tarixdə AZ**** saylı poçt şöbəsi tərəfindən qəbul olunmuş və həmin tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASCnin əməkdaşı Vidadi Məmmədova təhvil verilmişdir. Sözügedən məktubun xəbərnaməsi isə ##.##.2026-cı il tarixdə AZ**** saylı poçt şöbəsi tərəfindən X1 İdarəsinin əməkdaşı N.Abbasova təqdim edilmişdir. Beləliklə, “xxxx” ASC-nin İXM-nin 347-ci maddəsində təsbit olunmuş inzibati xətanı törətməsi tam, hərtərəfli və obyektiv araşdırma nəticəsində sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi “xxxx” ASC-yə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyası hüdudlarında inzibati xətanın xarakterini, əmlak vəziyyətini və əməlində ağırlaşdırıcı halların olmadığını əsas götürməklə maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətində qeyd olunan dəlilləri təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, sadalanan qanunun tələbləri və işin bütün hallarının tədqiqi nəticəsinə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI : “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hüquqi şəxs “xxxx” ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tədbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1591/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1591/2026
05.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver