Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1592/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 may 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin barəsində Bakı şəhəri Yasamal Rayon Dövlət X3 daxil olmuş İXP ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol baxılması üçün birinci insansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət X2 tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərardan narazı qalan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin öhdəliyindədir. Belə ki, Nəqliyyat İdarəsinin tabeliyində olan avtomobillər Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeli struktur qurumlarının əməkdaşları tərəfindən idarə olunsa da, həmin nəqliyyat vasitələrinin sürücülərinə yol vərəqələri Nəqliyyat İdarəsi tərəfindən verilir, həmçinin nəqliyyat vasitələri və sürücülər haqqında bütün məlumatlar yalnız həmin İdarədə olur. Lakin buna baxmayaraq Yasamal rayon Polis İdarəsinin DYP şöbəsi yol hərəkəti əleyhinə inzibati xəta törədildikdə nəqliyyat vasitəsinin sürücüsü haqqında məlumatları əldə etmək üçün sorğunu aidiyyəti üzrə Nəqliyyat İdarəsinə göndərməli olduğu halda Meşələrin İnkişafı Xidmətinə göndərmişdir. Qeyd edilən məlumatlar Meşələrin İnkişafı Xidmətində olmadığı üçün DYP şöbəsi tərəfindən ünvanlanan sorğular cavablandırılması üçün tərəfimizdən aidiyyəti üzrə həmin İdarəyə göndərilmişdir. Nəqliyyat İdarəsi tərəfindən Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış ## ###### 2025-ci il tarixli *-**-**/*-***/**** nömrəli məktubdan görünür ki, Nazirliyin müvafiq struktur bölmələri, o cümlədən tabeli qurumların balansında olan nəqliyyat vasitələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ## ###### 2019-cu il tarixli 97/Ü, ## ###### 2019cu il tarixli 265/ü, ## ### 2019-cu il tarixli 378/ü və ## #### 2020-ci il tarixli ***/ü nömrəli əmrləri ilə Nəqliyyat İdarəsinin balansına verilmişdir. Belə ki, avtonəqliyyat vasitələrinə təyin olunan sürücülər Nəqliyyat İdarəsinin işçiləridir. Odur ki, nəqliyyat vasitələri haqqında bildirişlərin Nəqliyyat İdarəsinə göndərilməsi xahiş olunmuşdur. Meşələrin İnkişafı Xidməti ## ##### 2026-cı il tarixli *-**-**/*-***/**** nömrəli məktubla Yasamal rayon Polis İdarəsinə məktub göndərərək nəqliyyat vasitələrinin sürücüsü haqqında məlumatlar Meşələrin İnkişafı Xidmətində olmadığından sorğuların aidiyyəti üzrə Nəqliyyat İdarəsinə göndərilməsi xahiş olunmuşdur. Meşələrin İnkişafı Xidməti ## ### 2026-cı il tarixli **/***/d nömrəli məktubla Nəqliyyat İdarəsinə müraciət edərək qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əmrlərinin icrasının təmin edilməsi, Meşələrin İnkişafı Xidmətinə əsassız olaraq tətbiq olunmuş cərimələrin təqsirkarlarlar hesabına ödətdirilməsi, sözügedən nəqliyyat vasitələrinin ən qısa müddətdə dövlət qeydiyyatına alınması və bu barədə Yasamal rayon Polis İdarəsinin DYP şöbəsininə məlumat verilməsi xahiş olunmuşdur. Nəqliyyat İdarəsinin DYP şöbəsinin sorğularına göndərdiyi cavab məktublarından da görünür ki, avtomaşınlar və sürücülər haqqında məlumatlar həmin İdarədə olur (məktubların surətləri qoşmaya əlavə edilir). Lakin Yasamal rayon Polis İdarəsinin DYP şöbəsi inzibati xəta törətmiş sürücülər barəsində məlumatları əldə etmək üçün sorğunu aidiyyəti üzrə düzgün göndərməmiş və buna görə də, qanunsuz olaraq barəmizdə ## #### 2026-cı il tarixli İXP ******* saylı əsassiz protokol tərtib etmişdir. Beləliklə də, yuxarıda göstərilən hallardan aydın olur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında iştirak etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi X1 apellyaisya şikayətinin müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış polis idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşin halları və hüquqi məslələr: Təqdim olunmuş materialı nəzərdən keçirib, şikayətin dəlillərini araşdırıb hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət X3 sorğu məktubundan görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət X3 tərəfindən “Qazel Next C41A23 yük” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən xahiş olunmuşdur. -İnzibati xəta haqqında ## #### 2026-cı il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin istifadəsində olan “Qazel Next C41A23” markalı, **JH*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ## ###### 2026-cı ildə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati xəta törədilmişdir. Hüquqi şəxsin ünvanına sorğu göndərilmiş, lakin hüquqi şəxs qanunda nəzərdə tutulmuş müddətdə sorğuya cavab verməmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrinin tələblərini pozmuş, nəticədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. - DYP Web portaldan çıxarışdan görünür ki, “Qazel Next C41A23 yük” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki vasitələrin köməyi ilə inzibati xəta törətməsi görüntüsü əlavə edilmişdir. - DYP Web portaldan çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən verilən etibarnamə qeydiyyatı olan hissədə etibarnamələrə dair məlumat hissəsindən görünür ki, həmin hissədə istifadəsi həvalə olunan şəxsin soyadı, istifadəsi həvalə olunan şəxsin adı, istifadəsi həvalə olunan şəxsin ata adı, sürücülük vəsiqəsi, S.V üzrə kateqoriyası, mobil nömrəsi, sənədin nömrəsi, sənədin daxil olması (ESD-də qeydiyyatı), qeyd, sənədin verilmə tarixi, sənədin bitmə tarixi hissələri boş buraxılmışdır. -SX*********AZ nömrəli xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət X3 sorğu məktubu ## #### 2026-cı il tarixdə “Mustafayev.S” adlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. -Məhkəmə tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ## ##### 2026-cı il tarixli, 3(5-104)- ****/**** saylı müraciətə baxılmasının nəticəsi barədə məktubdan görünür ki, sistem üzərindən araşdırma və F-8 çatdırma vərəqinə baxış zamanı məlum olmuşdur ki, ## ###### 2026-cı il tarixdə AZ**** saylı poçt şöbəsi vasitəsilə Dövlət Yol Polis İdarəsi tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə ünvanlanmış SX077038427AZ ştrix kodlu məktub, ## #### 2026-cı il tarixdə AZ**** saylı poçt şöbəsi tərəfindən qəbul olunmuş və həmin tarixdə Meşələrin İnkişafı Xidmətinin əməkdaşı S.Mustafayevə F-8 çatdırma vərəqinə imza edilməklə təhvil verilmişdir. Sözügedən məktubun xəbərnaməsi isə ## #### 2026-cı il tarixdə AZ**** saylı poçt şöbəsi tərəfindən Dövlət Yol Polis İdarəsinin Abbasov soyadlı əməkdaşına təqdim edilmişdir. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Lakin, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata münasibətdə isə xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərdə müəyyən edilmişdir ki, səlahiyyətli orqan Bakı şəhəri Yasamal rayon DYPŞ tərəfindən barəsində inzibati icraat aparılan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə istifadəsində olan nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi barədə sorğu göndərilmiş, sorğu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən qəbul olunmuş, lakin səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində tələb olunan məlumat verilməmişdir. Bununla da, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə inzibati qaydada məsuliyyət nəzərdə tutur. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qedy edir ki, iş materialları ilə Bakı şəhəri Yasamal rayon Dövlət X2 tərəfindən barəsində inzibati icraat aparılan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə istifadəsində olan nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi barədə sorğu göndərilmiş, sorğu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən qəbul olunmuş, lakin səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində tələb olunan məlumat verilməməsi sübuta yetirilmişdir. Apellyasiya şikayətinin dəlillərində isə inizbati xətanı istisna edən heç bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 339.1-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. 27-ci maddəsinin VI-İ hissəsinə əsasən Bu Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər (dövlət qurumları) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. 27-ci maddəsinin XIII hissəsinə əsasən Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan bu Məcəllənin 124.4-cü maddəsi ilə müəyyən olunmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Məhkəmə hesab edir ki, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə qeyd edilən inzibati xətanı törətməsi inzibati iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilməsi barədə qanuni və düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi göstərilənləri və işin hallarını hərtərəfli nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilməklə qüvvəsində saxlanılmalı, şikayətin dəliləri əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136cı maddələrini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1592/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1592/2026
01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver