Məhkəmə qərarları › İş №3(3-6)-1593/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1593/2026

04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1593/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), vəkili və etibarnamə üzrə nümayəndəsi “Fides” Vəkil Bürosunun vəkili nümayəndə2, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin vəkili və etibarnamə üzrə nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş materiallardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) vəkili və etibarnamə üzrə nümayəndəsi “Fides” Vəkil Bürosunun vəkili nümayəndə2 Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) vəkili və etibarnamə üzrə nümayəndəsi “Fides” Vəkil Bürosunun vəkili nümayəndə2 Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməmişdir. Məhkəmənin həmin qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin vəkili və etibarnamə üzrə nümayəndəsi nümayəndə2 apellyasiya qaydasında şikayət verərək, qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində həyata keçirilmiş məhkəmə icraatı zamanı barəsində Qərardan şikayət verən orqan (şəxs) və onun vəkili və etibarnamə üzrə nümayəndəsi nümayəndə2 məhkəmə iclasında verilmiş şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsində həyata keçirilmiş məhkəmə icraatı zamanı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, ##.##.2026-cı il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən “xxxx” məxsus müəssisədə Qərardan şikayət verən orqan (şəxs) tibb ixtisasına uyğun olmayan tibb xidmətləri göstərməsi faktı aşkar edilmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 215.1ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2026- cı il tarixli, *(***)-****/**** nömrəli qərarından görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 215.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, məhkəmədə müəyyən olunmuşdur ki, hüquqi şəxs "xxxx" MMC" tərəfindən Qərardan şikayət verən orqan (şəxs) "Anesteziologiyareanimaatologiya” ixtisası üzrə tibbi əczaçılıq fəaliyyəti ilə məşğul olmaq barədə sertifikatı olduğu halda, anqoloq kimi fəaliyyət göstərmişdir. Həmin fəaliyyətlə məşğul olmaq üçün sertifikasiyadan keçmədiyi halda 2026- cı ilin yanvar ayınadək praktik tibbi fəaliyyətə buraxılmış bununla da, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması inzibati xətasını törətmişdir. EMİS-dən əldə edilmiş məlumatlardan görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini almışdır. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq Qərardan şikayət verən orqan (şəxs) İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməklə onun şikayətini təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsinə, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsinə, yaxud tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin vəkili və etibarnamə üzrə nümayəndəsi nümayəndə2 şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin vəkili və etibarnamə üzrə nümayəndəsi nümayəndə2 şikayətinin təmin edilməməsinə dair ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar