Məhkəmə qərarları › İş №3(3-6)-1596/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1596/2026

05.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1596/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Zeynalova Lalə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək tənbeh olunması haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından apellyasiya qaydasında verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ekoloji nəzarət bölüyü Yol-Patrul xidməti inspektoru, R X1 tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından (hakim Samir Nəsibov) görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini və ya inzibati tənbehin yüngülləşdirilməsini və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması hissəsinin ləğv edilməsini və ya daha yüngül tədbirlə əvəz edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Birinci instansiya məhkəməsi iş üzrə yalnız inzibati xəta haqqında protokola və inzibati orqan əməkdaşının izahatına istinad etmiş, digər halları isə lazımi qaydada araşdırmamışdır. Məhkəmə qərarında göstərilmişdir ki, guya o spirtli içki qəbul etdikdən sonra nəqliyyat vasitəsini idarə etmiş və tibbi müayinə ilə sərxoşluq vəziyyəti müəyyən edilmişdir. Lakin iş materiallarında sərxoşluğun hansı cihazla, hansı qaydada, hansı tibbi əsaslarla müəyyən edilməsi barədə tam və mötəbər sübutlar mövcud deyildir. Tibbi müayinənin keçirilməsi prosedurunun qanunvericiliyin tələblərinə uyğun olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Müayinənin aparılması zamanı müdafiə hüququnun təmin edilibedilmədiyi, şəxsə hüquqlarının izah olunub-olunmadığı, müayinənin nəticələri ilə bağlı etiraz imkanının verilib-verilmədiyi müəyyən edilməmişdir. Məhkəmə tərəfindən sübutlar birtərəfli qiymətləndirilmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsi özü-özlüyündə şəxsin sərxoş vəziyyətdə olması faktını təsdiq etmir. Hadisə geri hərəkət zamanı ehtiyatsızlıq nəticəsində baş verə bilərdi və bu hal ayrıca inzibati məsuliyyət yaratsa da, avtomatik olaraq sərxoş vəziyyətdə idarəetmə kimi qiymətləndirilə bilməz. Məhkəmə qərarında qeyd edilmişdir ki, zərərçəkmiş şəxsə 250 manat məbləğində ödəniş edilmiş və maddi zərər aradan qaldırılmışdır. Bu isə onu göstərir ki, hadisə nəticəsində yaranmış nəticələr könüllü şəkildə aradan qaldırılmış, peşmançılıq nümayiş etdirilmişdir. Lakin məhkəmə bu halları formal qeyd etsə də, faktiki olaraq cəzanın fərdiləşdirilməsi zamanı lazımi səviyyədə nəzərə almamışdır. Tətbiq edilmiş inzibati tənbeh ağır və qeyri-proporsionaldır. O əvvəllər inzibati məsuliyyətə cəlb olunmamışdır, daimi yaşayış yeri və iş yeri mövcuddur, ailə başçısıdır və sürücülük fəaliyyəti onun əsas gəlir mənbəyidir. Məhkəmə isə bu halları lazımi qaydada qiymətləndirməmiş, daha yüngül inzibati tədbirin tətbiqi imkanını araşdırmamışdır. Nəqliyyat vasitəsini idarə etmək hüququnun 2 il müddətinə məhdudlaşdırılması onun əmək fəaliyyətinə, ailə vəziyyətinə və sosial durumuna ciddi mənfi təsir göstərir. İnzibati tənbeh tətbiq edilərkən şəxsin şəxsiyyəti, sosial vəziyyəti və törədilmiş əmələ münasibəti nəzərə alınmalı olduğu halda, birinci instansiya məhkəməsi bu prinsipləri tam tətbiq etməmişdir. Məhkəmə qərarı formal xarakter daşıyır. Qərardan görünür ki, məhkəmə əsasən inzibati protokolun məzmununu təkrar etmiş, müdafiə tərəfinin mövqeyinə və işin xeyrimə olan hallara isə lazımi hüquqi qiymət verməmişdir. Halbuki inzibati icraat zamanı məhkəmə yalnız inzibati orqanın mövqeyi ilə kifayətlənməməli, bütün halları obyektiv araşdırmalıdır. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayətə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını nəzərə alaraq qeyd edir ki, inzibati iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Ekoloji nəzarət bölüyü Yol-Patrul xidməti inspektoru, R X1 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Malik oğlunun ##.##.2026-cı il tarixdə, saat 21:30-da “Yol hərəkəti haqqında” Qanunun müvafiq madədlərinin (36, 42, 37-İ-8, 37-İ-6) tələblərini pozması nəticəsində geriyə hərəkət edib arxada dayanan “Mercedes” markalı, **-BA-*** nömrəli avtomobilin sağ yan tərəfi ilə toqquşaraq maddi zərərlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Yoxlama zamanı məlum olmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Malik oğlu sərxoş vəziyyətdə avtomobil idarə etmişdir. Yol nəqliyyatı hadisəsi nəticəsində ##.##.1992-ci il təvəllüdlü Əzimov Alim İnqilab oğluna maddi zərər yetirilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə ##.##.2026-cı il tarixli */*** nömrəli aktdan görünür ki, həmin tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Malik oğlunda alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin sanksiyasından görünür ki, qanunverici birmənalı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun iki il müddətinə məhdudlaşdırılmalı olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, baxılan məsələ üzrə işin bütün faktiki hallarını araşdırmış birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirliliyi iş üzrə toplanmış mötəbər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən təhbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla barəsində 700 (yeddi yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğun, qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, təyin edilmiş inzibati tənbehin yüngülləşdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar