Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1598/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İsayev Emil Alim oğlunun iştirakları ilə, İsayev Emil Alim oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, İsayev Emil Alim oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2020-ci il tarixli icra sənədinə əsasən borclu İsayev Emil Alim oğlundan 5522,75 manat pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Borclu bu günə qədər borcunu ödəməmişdir. Borclu icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə İsayev Emil Alim oğlu İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 09 (doqquz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmiş, inzibati həbsin başlanğıcı ## ### 2026-cı il, saat 15:00-dan hesablanmışdır. Qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs apellyasiya qaydasında şikayət verərək, borclu tələbkar Zərərçəkmiş şəxs olan borcun icrası ilə əlaqədar heç bir vaxt qərəzli şəkildə icra sənədinin icrasından yayınmadığını, əksinə, imkanları daxilində icra sənədi üzrə öhdəliyinin yerinə yetirilməsi və borcun ödənilməsi üçün daim səy göstərdiyini, lakin işsiz olması və son dövrlərdə maddi vəziyyətinin ağırlaşması səbəbindən üzrlü hallara görə tələbkara vaxtında ödəniş edə bilmədiyini, bu barədə həm tələbkara, həm də icra məmuruna məlumat verdiyini, vəsait əldə edərək borcunu tam şəkildə ödəyə bilməsi üçün ona müəyyən müddət verilməsini xahiş etdiyini, tələbkara olan qalıq borc məbləğini hazırda tərəfindən toplanıldığını və həmin məbləğin istənilən vaxt tələbkara ödənilə biləcəyini, bu hal da göstərir ki, məqsədi icra sənədinin icrasından yayınmaq deyil, üzərinə düşən öhdəliyi yerinə yetirmək olduğunu qeyd edib birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs İsayev Emil Alim oğlu tərəfindən verilmiş şikayəti müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-ci maddəsinə əsasən onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin İsayev Emil Alim oğlunun İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada tənbeh edilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, borclunun mülkiyyətində hər hansı daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və hər hansı əmlakı və digər növ gəlirləri aşkar edilməmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli “borclunun axtarışı haqqında” qərardan görünür ki, borclu İsayev Emil Alim oğlu barəsində icra məmurunun qərarı ilə axtarış elan edilmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunverici tərəfindən qeyd olunan normada borclunun icra məmurunun qanuni tələblərini yalnız üzrsüz səbəbdən yerinə yetirməməsi həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qeyd olunan hal isə özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsi araşdırılmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Öyrənilmiş materiallarda İsayev Emil Alim oğluna istinad edilən inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ## #### 2021-ci il tarixdən, yəni icra sənədi üzrə icraata başlanma haqqında qərar qəbul olunduğu tarixdən ## ### 2026-cı il tarixədək (protokol tərtib olunduğu tarix) İsayev Emil Alim oğlu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və bununla da, üzürsüz səbəbdən Dövlət adında qəbul edilmiş qətnaməni icra etməmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, İsayev Emil Alim oğlu icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına səthi və etinasız yanaşması məhkəmə hakimiyyətini nüfuzdan salmaqla yanaşı, vətəndaşların məhkəmə sisteminə inamının azalmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Beləliklə məhkəmə hazırkı işin faktiki hallarını və iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi İsayev Emil Alim oğlu barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilmişdir. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi İsayev Emil Alim oğlu barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, İsayev Emil Alim oğlunun məsuliyyətini yüngülləşdirən hal kimi evli və bir övladının olmasını və ağırlaşdıran halların olmamasını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş tənbeh növü olan inzibati həbsi tətbiq etmişdir ki, bu da öz növbəsində İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından, verilmiş şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. İsayev Emil Alim oğlunun İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1598/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1598/2026
26.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver