Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1600/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X1 müraciəti əsasında aparılan araşdırma zamanı ##.##.2025- ci il tarixdən ##.##.2025-ci il tarixədək, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövrdə əmək müqaviləsi üzrə müəyən edilmiş həftəlik normal əmək və istirahət rejiminin pozulması müəyyən edilmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməmişdir. Qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin çıxışları: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə prosesinə gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə əvvəcədən məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində Qərardan şikayət verən orqan (şəxs) hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi IXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Işə baxan birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları qiymətləndirərək qeyd etmişdir ki, X1 ilə Qərardan şikayət verən orqan (şəxs) arasında ##.##.2025-ci il tarixdə 20 saat həftəlik norma ilə sərbəst qrafikdə işləməsi şərtilə əmək müqaviləsi bağlanmış, buna baxmayaraq işəgötürən tərəfindən əmək müqaviləsi üzrə istirahət hüququnun pozulması halı öz təsdiqini tapmışdır. Təqdim edilmiş iş vaxtı/növbə cədvəlinə dair portal çıxarışı həmin xüsusat təsdiq edir və müəyyən edilir ki, X1 ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövrdə istirahət günü aralığı 7 gündən çox olmuş, bu da öz növbəsində həftəlik iş saatı normasının da tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən halları araşdırmamış, hüquqi qiymət verməmişdir. Belə ki, X1 ilə ##.##.2025-ci il tarixində “xxxx” MMC arasında əmək müqaviləsi imzalanmışdır, eyni tarixdə “xxxx” MMC-nin "Mağazalar şəbəkəsi" bölməsində "Satış üzrə məsləhətçi" vəzifəsinə təyin edilmişdir. Daha sonra X1 ilə “xxxx” MMC arasında olan əmək münasibətlərinə ##.##.2025-ci il tarixli № MT-EO-069/25 Əmr ilə Əmək Məcəlləsinin 68.2-i maddəsi əsas götürülərək xitam verilmişdir. Işçinin ##.##.2025 tarixindən ##.##.2025 tarixinə qədər istifadə edilməmiş 6 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilmişdir. Məhkəmə qeyd edir ki, şəxs yalnız törətdiyi inzibati xətaya görə məsuliyyət daşıya bilər. Hazırki iş materiallarında olan subutlar əsasında onun inzibati xəta hadisəsini törətməsi sübuta yetirilmir. Məhkəmə qeyd edir ki, qeyd olunan xüsusatların araşdırılaraq qiymət verilməsi inzibati xəta haqqında iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb etmişdir, lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan xüsusatlar araşdırılmamışdır. Belə olan halda inzibati xəta hadisəsinin sübuta yetmədiyi məlum olur. Inzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildi. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. IXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin, qanunvericiliyin tələbindən aşkardır ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, hətta onun təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1600/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1600/2026
05.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver