Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1601/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Şikayətçi – Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Təqdim edilmiş materiallardan görünür ki, Şikayət verən Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə göndərilmişdir. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, ## #### 2026-cı il tarixdə saat 12:39-da ona məxsus mobil telefon nömrəsinə 055-301-37-39 nömrəsindən zəng edilərək, özünü Bakı şəhər DYP-nin əməkdaşı, R Rasim Cəfərov kimi təqdim edən şəxs ona ##.##.2026-cı il tarixdə Bakı şəhərində Xocalı prospektində öz idarə etdiyi ** CJ *** nömrəli Şevrolet markalı avtomobillə guya avtobusların hərəkəti üçün nəzərdə tutulmuş zolağa daxil olaraq inzibati xəta törətdiyini, 200 azn və 6 balla cəzalanacağını bildirmiş, ardınca isə bu məsələni “həll etmək” üçün onun yanına getməli olduğunu demişdir. O, onun “gəl idarəyə, 109 (yaxud ***) nömrəli otağa, həll edək” deməsindən anlamışdır ki, ondan rüşvət alaraq, həmin cəriməni silmək üçün zəng ediblər. O, hansısa xəta törətmədiyini, həmin (telefon danışığı zamanı) vaxt rayonda olduğunu, bir neçə gün sonra Bakıya qayıdacağını və araşdırmaq üçün onun yanına gələcəyini deyərək, ondan gözləməsini xahiş etmişdir. Heç bir inzibati yaxud digər formada pozuntuya yol vermədiyi halda, həmin şəxsin onu açıq nömrədən yığmamsına, rahat formada “gəl həll edək” deməsinə görə onun həqiqəti dediyini, həmçinin pul almaq üçün istənilən qanunsuzluğu edə biləcək imkanında olduğunu düşünçüşdür. Təxminən 3 gün sonra Bakıya qayıtmış və ##.##.2026-cı il tarixdə Rasim Cəfərova zəng edib, Bakıda olduğumu və yanına gələcəyini bildirmişdir. Onun səsini də yazmışdır. Araşdırma olarsa təqdim edə bilər. Danışıq zamanı R.Cəfərov bildirmişdir ki, “gecikdin, artıq sənə protokol yazılıb, vaxtında gələrdin”. Ona düzgün hərəkət etmədiklərini, xəta törətmədiyi halda qanunsuz protokol yazdığını, onu DYP avtomobili saxlamadan, yaxud foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə hansısa inzibati xətaya yol verməyi aşkar edilmədən bu protokolun yazılmasının qanunsuz olduğunu, məhkəməyə verəcəyini demiş, o isə “get ver” deyib, danışığı bitirmişdir. Elə həmin gün də, ona müvafiq SMS gəlmiş, dünən – ## #### 2026-cı il tarixdə isə ona SMS Radar proqramı vasitəsilə bildiriş gəlmişdir. Bildirişə əsasən qeyd etdiyi qanunsuz İXP7907266 nömrəli protokol üzrə ##.##.2026-cı il tarixdə qərar qəbul edildiyi ona məlum olmuşdur. Bundan sonra, o, Binəqədi rayon məhkəməsinə müraciət edərək, Bakı şəhər Baş polis idarəsinin DYP idarəsi tərəfindən qəbul edilmiş TP******* nömrəli qərarın ləğv edilməsilə bağlı müraciət etmiş, məhkəmə icraatı dövründə də, DYP əməkdaşı proseslərdə iştirak etməmiş, öz qəbul etdiyi qərar barədə hansısa sübut, o cümlədən görüntü təqdim etməmişlər. Bununla da onu "yüklədiklərini" öz davranışları ilə etiraf etmişlər. Binəqədi məhkəməsi bu açıq-aşkar qanunsuzluğu və DYP-nin saymazyana mövqeyini gördüyü üçün qərarı ləğv etsə də, ədaləti tam bərqərar etməmişdir. Belə ki, DYP-nin onu "yüklədiyini" aydın şəkildə gördüyü halda, həmin məsələnin araşdırılmasını yenidən DYP-yə həvalə etmişdir. Onu "yükləyən" təşkilat, onun işimə obyektiv baxa bilər?! DYP-dən bu məsələdə obyektivlik, tərəfsizlik gözləmək yumşaq desək sadəlöhvlükdür. Odur ki, məhkəmədən öz üstün statusuna uyğun olaraq, ədaləti tam bərqərar etməyini və Binəqədi rayon məhkəməsinin qərarındakı "yenidən baxılma" hissəsi ləğv edilərək, nəticədə TP******* nömrəli qərarın ləğv edilməsinə, yəni şikayətinin tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. AsanPAY sistemindəki ona məxsus elektron kabinetdə bəhs etdiyi inzibati xəta barədə hansısa video görüntü və ya foto material mövcud olmadığı qeyd edilmişdir. İş üzrə inzibati xətatın törədilməsini təsdiq edən heç bir sübut, o cümlədən video görüntü, şahid izahatı və s. yoxdur. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkmə nümayəndənin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə apellyasiya şikayətini iş üzrə materiallar ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin olunmalı, inzibati iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli və Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 15:49-da Xocalı prospektində “Chevrolet Cobalt” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi” tələblərinin pozulması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, səlahiyyətli orqan tərəfindən inzibati xəta hadisəsi baş verən ərazi videomüşahidə nəzarəti altındadırsa inzibati xətanı əks etdirən video görüntüyə Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə birgə baxış keçirilməli, öz müdafiəsini hazırlayıb, sübutları olduğu halda təqdim etməsi üçün ona şərait yaradılmaqla inzibati xəta haqqında iş üzrə yenidən araşdırma aparılmalı, ancaq bundan sonra yekun qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti qismən təmin edərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarması ilə bağlı haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Belə ki, şəxsin təqsirini sübut edəcək video görüntü var idisə həmin görüntülər şəxs barəsində qərar qəbul edilən zaman onun iştirakı ilə baxış keçirilər, həmçinin səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilərdi. Lakin belə bir görüntülərin olması heç bir halla sübut edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) tərəfindən İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Odur ki, şikayətinin dəlilləri əsaslıdır. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İXM-nin normalarına əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə bir daha qeyd edir ki, İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərardan şikayətinin təmin edilməməsinə dair ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.2-ci maddəsinə əsasən onun inzibati xəta törədilməsinə aidiyyəti olmadığından xitam verilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.5-1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Şikayət təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.2-ci maddəsinə əsasən onun inzibati xəta törədilməsinə aidiyyəti olmadığından xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir Qərar qətidir, ondan şikayət verilə bilməz Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1601/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1601/2026
04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver