Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1603/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) oğlunun iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ ******** nömrəli, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin rəisi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polis İdarəsi tərəfindən barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ ******** nömrəli, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edililərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin rəisi tərəfindən apellyasiya şikayəti verilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən xüsusi texniki vasitə ilə qəbul edilmiş 20 mart 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarət olmuşdur ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixində saat 15:53radələrində Bakı şəhəri Nizami rayonu, Naxçıvani küçəsi, Məlhəm hospitalın yanında idarə etdiyi “MERCEDES-BENZ C220 CDİ” minikmarkalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobillə 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozmuşdur. Ərazidə olan xüsusi texniki vasitə ilə qayda pozuntusu qeydə alınaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən EQ 34795454 elektron qərar qəbul edilmişdir. Nəqliyyat vasitəsi üzrə istifadə hüququ və etibarnamə Qərardan şikayət verən orqan (şəxs) adına olmuşdur. Hakim tərəfindən təqdim edilmiş arayış və yol vərəqələri sübut kimi qəbul edilsə də, həmin sənədlər şəxsin konkret olaraq inzibati xəta törədilən anda həmin nəqliyyat vasitəsini idarə etməməsini tam və birmənalı şəkildə təsdiq etmir. Eyni zamanda nəqliyyat vasitəsini faktiki idarə etmiş şəxsin müəyyən edilməsi üçün əlavə araşdırma aparılmamış, foto və video qeydlərin müqayisəli təhlili həyata keçirilməmiş, inzibati xəta anında nəqliyyat vasitəsinin istifadəsi ilə bağlı digər mümkün sübutlar araşdırılmamışdır. Bundan əlavə, iş materiallarında olan xüsusi texniki vasitələrin göstəriciləri inzibati xətanın baş verməsini təsdiq edir və həmin sübutlara lazımi hüquqi qiymət verilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 aprel 2026-cı il tarixli iş *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən xüsusi texniki vasitə ilə qəbul edilmiş ## #### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə apellyaisya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyaisya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Qərardan şikayət verən orqan (şəxs) oğlu birinci instansiya məhkəməsinin qərarını əsaslı hesab edərək apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə materiallar yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İş materiallarında olan və birinci instaniya məhkəmə iclasında tədqiq edilmiş : - ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdə saat 15:53-də Nizami rayonu, Naxçıvani küçəsi, Məlhəm hospitalın yanında “MERCEDES C220CDİ” MİNİK markalı, ** HC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “giriş qadağandır” yol nişanının tələblərinin pozulmuş və nəticədə İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qərarın əlavəsi olan fotoşəkillərdə “MERCEDES C220CDİ” MİNİK markalı, ** HC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “giriş qadağandır” yol nişanının tələbləri pozularaq idarə edildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyatı olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlisi qənaətinə gəlmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən lazımı qaydada araşdırma aparılmadan iş üçün mühüm əhəmiyyət kəsb edən hallara düzgün qiymət verilməyərək qərar qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “MERCEDES C220CDİ” MİNİK markalı, ** HC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi inzibati xətanın törədilən tarixdə, yəni ## #### 2026-cı il tarixdə saat 15:53-də Nizami rayonu, Naxçıvani küçəsi, Məlhəm hospitalın yanında Qərardan şikayət verən orqan (şəxs) tərəfindən idarə edilməmişdir. Belə ki, təqdim edilmiş “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının arayışından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) həqiqətən ## #### 2022-ci il tarixdən hal-hazıra kimi “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının avtomobil nəqliyyatı sexində avtomobil sürücüsü peşəsində işləmiş və ## #### 2026-cı il tarixində saat 15:53 radələrində Filialın inzibati binasında olmuşdur. Həmçinin təqdim edilmiş “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının minik avtomobili üçün ****** nömrəli, 02 mart .2026-cı il tarixdən ## #### 2026-cı il tarixədək dövrü əhatə edən yol vərəqəsindən görünür ki, sürücü Qərardan şikayət verən orqan (şəxs) verilmiş “Toyota Camry” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ## #### 2026-cı il tarixdə qarajdan çıxmış, ## #### 2026-cı il tarixdə saat 17:00-da qaraja qayıtmışdır. Həmçinin **-YL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin GPS məlumatlarında həmin nəqliyyat vasitəsinin ## #### 2026-cı il tarixdə saat 15:53-də hərəkətdə olmadığı görünür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdə saat 15:53-də “MERCEDES C220CDİ” MİNİK markalı, ** HC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməsi faktı özü təsdiqini tapmışdır. Eyni zamanda ## #### 2026-cı il tarixdə saat 15:53-də Nizami rayonu, Naxçıvani küçəsi, Məlhəm hospitalın yanında “MERCEDES C220CDİ” MİNİK markalı, ** HC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin “giriş qadağandır” yol nişanının tələbləri pozaraq İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi faktı da öz təsdiqini tapmışdır. Ona görə də göstərilənlərə əsasən hesab edirəm ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ ******** nömrəli, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı və Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ ******** nömrəli, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar apellyasiya şikayətinə münasibətdə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə materialları tam, hərtərəfli araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3, 135 və 136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin rəisi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ ******** nömrəli, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı və Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ ******** nömrəli, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar apellyasiya şikayətinə münasibətdə ləğv edilsin və inzibati xəta haqqında iş üzrə materiallar yenidən tam, hərtərəfli araşdırılıb baxılması üçün səlahiyyətli orqana göndərilsin. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1603/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1603/2026
01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver