Məhkəmə qərarları › İş №3(3-6)-1605/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1605/2026

05.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1605/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, barəsində inzibati icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi - Bakı şəhəri «Alyans» Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, ##.##.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından iş üzrə tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Protokolu tərtib edən orqan tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/** nömrəli, ##.##.2018-ci il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən aliment artırılaraq 1.23 mislində ödənilməsi nəzərdə tutulmuşdur. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən iüəyyən edilmiş müddətdə icra etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması səbəbi ilə xitam verilməsi qərara alınmışdır. Həmin qərardan iş üzrə tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati həbs növündə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov rayon məhkəməsinin *(***)-****/**** saylı, 04.12..2018-ci il tarixli qətnaməsi ilə, keçmiş həyat yoldaşımdan övladımızın yetkinlik yaşına çatana kimi cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay hər 160 manat alimentin ödənilməsi qət edilmişdir. Həmin tarixdən 2025ci ilin oktyabr ayına kimi bircə dəfə olsun belə aliment ödəməmişdir. Dəfələrlə ona xahiş etsəm də, buna məhəl qoymamışdır. Həmin tarixdən 2025-ci ilin oktyabr ayına kimi 15000 (on beş min) manat məbləğində aliment borcu yığılmışdır. Daha sonra Nərimanov rayon məhkəməsinə müraciət etmiş və alimentin indeksasiyasın xahiş etmişəm və ərizəm təmin olunmuşdur. Aliment vəsaiti 492 manat məbləğində müəyyən edilmişdir. Daha sonra Protokolu tərtib edən orqan icra məmuru borelunun işlədiyi təşkilata alimentin tutulması üçün 70 % məbləğində alimentin tutulması barəədə qərarı göndərmişdir. Həmin tarixdən sonra cəmi 1160 manat (##.##.2025-ci ildə 420 manat, ##.##.2025-ci ildə 420 manat, ##.##.2026ci il tarixdə 160 m, ##.##.2026-ci il tarixdə isə 160 manat aliment) köçürülmüşdür. "xxxx"MMC-nin mühasibatlığından verilən məlumata əsasən borclu alimentin ona şəxsən verilməsin xahiş etmişdir, ona görə yanvar, fevral, aprel ayları üçün əmək haqqını tabel əsasında almışdır. Bütün bunlar borclunun qərəzli olmağını, öz övladının saxlanılmasında iştirak etməmək kimi niyətini göstərir. Lakin, Nərimanov Rayon Məhkəməsinin məlum qərarı ilə, borclu barəsində tərtib edilmiş İXM-nin 528-ci maddəsi ilə inzibati icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və vəkili Vəkil tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduğunu, ona görə də şikayətin təmin olunmamasını və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının dəyişdirilmədən, qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə tələbkar Zərərçəkmiş şəxs və Bakı şəhəri Protokolu tərtib edən orqan icra məmuru X3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. İşin faktiki halları: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2018-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ######## 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” ##.##.2018-ci il tarixli qərarın surətindən və həmin tarixli bildirişdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli icra vərəqi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. Bakı şəhəri Protokolu tərtib edən orqan tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmək haqqından icra sənədi üzrə yaranmış borc bitənədək hər ay 70 %, borc bitdikdən sonra isə hər ay 160 manat miqdarında aliment tutularaq tələbkarın məktuba əlavə edilmiş bank hesabına köçürülməsi təklif olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli ##.##.2018-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment məbləğinin indeksasiya edilməsi, ##.##.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan ## ######## 2017ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.23 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, “Elektron icra” informasiya sistemindən əldə edilmiş məlumata əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs işlədiyi müəyyən olunmuş və tələb ##.##.2025-ci il tarixdə əmək haqqına yönəldilmişdir. “Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” Bakı şəhəri Protokolu tərtib edən orqan ##.##.2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mülkiyyətində olan “Ford Courier yük” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. EMİS-dən əldə olunan məlumatlardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2017-ci il təvəllüdlü X1 və ##.##.2023-cü il təvəllüdlü X2 adlı övladları var. Apellyasiya məhkəməsində məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilibtörədilməməsi faktı birinci instansiya məhkəməsinin hakimi tərəfindən tam araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə birinci instansiya məhkəməsinni qərarı ilə razılaşmayaraq qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, icra sənədi üzrə “İcraata başlamaq haqqında” ##.##.2018-ci il tarixli qərar qəbul edilmiş, həmin qərar və həmin tarixli bildiriş borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. Lakin, keçən 08 (səkkiz) ilə yaxın müddət ərzində borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra sənədi üzrə tələb icra edilməmiş, nəticədə hazırki dövrə kimi 14.404 manat aliment borcu yaranmışdır. Digər tərəfdən iş materiallarından görünür ki, icra məmuru tərəfindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus daşınar əmlaklar (avtomobillər) müəyyən edilsə də, icra üzrə tələblərin yerinə yetirilməsi üçün nə borclunun özü, nə d əki icra məmuru tərəfindən hər hansı bir icra hərəkətləri yerinə yetirilməmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati iş üzrə məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin inzibati xətanı törədib-törətməməsinə dai sübutlar qərarda göstərilməklə, yenidən əsaslı qərar qəbul edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərar ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlədirilməsinə dair inzibati iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar