Məhkəmə qərarları › İş №3(3-6)-1606/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1606/2026

27.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1606/2026 27.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Piriyev Fəzahim İman oğlunun iştirakları ilə, ## ####### 1993-cü il tarixdə Neftçala rayonunun Qaraqaşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “xxxx” MMC-də sürücü işləyən, Neftçala rayonu, Cəngan ərazi dairəsi, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Kristal Abşeron” ev 4, mənzil 23-də yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1. və 535.1-ci maddələri ilə təqsirli bilinərək tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından müdafiəçisi Piriyev Fəzahim İman oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin sahə rəisi, R X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 510.1 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisələrini törətməsinə dair ## ### 2026cı il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Samir Nəsibov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, ona 10 (on) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmiş, həbs etmənin əvvəli ##.##.2026-cı il tarixdən hesablanmışdır. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi şikayət verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şəxs Bakı şəhəri, Binəqədi Rayon 6-cı Polis şöbəsində barəsində inzibati protokol tərtib edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati xəta haqqında *(*-**)-****/**** nömrəli iş üzrə icraat aparılan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1 -ci maddələri ilə təqsirləndirilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir cinayət və ya inzibati xəta törətməyib. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vicdanlı alıcı kimi öz şəxsi maliyyəsi hesabına tanıdığı şəxsin satdığı VAZ 2107 markalı avtomobili alqısatqı etmişdir. Həbs edilən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üçüncü şəxsin qanuni əsaslarla satdığı VAZ 2107 markalı avtomobili vicdanlı alıcı kimi öz şəxsi maliyyəsi hesabına almışdır. Avtomobillə yol ilə hərəkət zamanı avtomobili satan şəxsin atasının etdiyi şikayətə əsasən avtomobilə saxla əmri verilmiş, həbs edilən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs avtomobilin saxlanması əmrinə tabe olmuş avtomobili dərhal saxlamış, nə hadisə baş verdiyini soruşarkən avtomobilə saxla işarəsi verən yol patrul xidməti işçisinin silahlı hücumuna rast gəlmiş, onu kəmərindən tutaraq kobud surətdə, təhqir olunmuş formada YPX-nın maşınına atmışdır. Şəxs bir sutka Binəqədi RPİ-nin 6-cı PŞ-də saxlanıldıqdan sonra məhkəməyə çıxarılmışdır, təqsirləndirilən şəxs tək olmamışdır, maşını satanla bir yerdə olmuşlar. Polisin hərəkətləri barədə öz mənfi rəylərini, polislərin onları təhqir etmələrini bildirmişlər. Nə olsun ki, əsassız və qanusuz şikayət olunmuşdur, axı, həbs edilən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nə təqsiri olmuşdur ki, onunla kobud hərəkətlər edilsin, yaxud hörmətli Məhkəmə öz qanunsuz qərarı ilə Bakı şəhəri, Binəqədi Rayon 6-cı Polis şöbəsində barəsində inzibati protokol tərtib edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati xəta haqqında *(*-**)-****/**** nömrəli iş üzrə icraat aparılan qərarı ilə təqsirləndirilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində 10 (on) gün müddətinə inzibati qaydada həbs qərarı müəyyən etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Piriyev Fəzahim İman oğlu şikayətin məzmununa uyğun çıxış edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayətə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə, iş materiallarını araşdırıb, proses iştirakçısının çıxışını dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, iş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünun inspektorları R X2 və R X3 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli raportda qeyd olunmuşdur ki, “1-ci maşında xidmətdə olarkən zirvə tərəfindən yaxalanması vacib olan VAZ 2107 markalı ** CC *** D.Q.N nəqliyyat vasitəsi tərəfimizdən saxlanıldı və bizə qarşı tabesizlik göstərdilər. Onları idarə etdikləri VAZ 2107 markalı avtomobildən düşürdük. Tabesizlik göstərdikləri və uca səslə qışqırdıqları üçün əl qol attıqları üçün onları DYPX avtomobilinə əyləşdirərək 6-cı polis şöbəsinə gətirdik. Polis şöbəsində məlum oldu ki, həmin şəxslər sürücü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və yanında əyləşən sərnişin X4r. Sizdən xahiş edirəm ki, hər iki şəxs barəsində qanuni tədbir görəsiniz”. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 6-cı Polis Şöbəsində verdiyi izahatda bildirmişdir ki, “##.##.2026-cı il tarixdə saat təxminən 18:30 radələrində Biləcəri qəsəbəsi Daş bazarı deyilən yerdə dövlət yol polisinin əməkdaşları mənim idarə etdiyim VAZ 2107 markalı avtomobilə saxla verdi və mən avtomobili saxladım. Polis əməkdaşları bizə tərəf yaxınlaşdılar, biz avtomobildən düşdük, polis əməkdaşları ilə aramızda anlaşılmazlıq oldu və bizi yol polisi xidməti avtomobilinə əyləşdirərək apardılar bizi ekologiya postuna, orada yoxlama apardıqdan sonra bizi 6-cı polis şöbəsinə gətirdilər. Polis şöbəsində şəxsiyyətimizi müəyyən etdilər, əl-barmaq izlərimizi çıxartdılar və izahatımızı aldılar”. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026- cı il tarixdə, saat 20:05də tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsində etdiyi çıxışda və verilmiş apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən inzibati xətaların törədilməsi mübahisələndirilməklə tamamilə təkzib edilsə də, iş materiallarında olan onun izahatından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən bu inzibati xətaların törədilməsi etiraf edilmiş və işin hallarına uyğun olaraq izah verilmişdir. Birinci instansiya məhkəməsində etdiyi çıxışında da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən bu inzibati xətaların törədilməsi təkzib edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş material əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün araşdırma aparmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilmişdir. Həmin Məcəllənin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddələrin sanksiyasından da göründüyü kimi, həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə həm cərimə, həm də inzibati həbs növündə tənbeh tədbirləri nəzərdə tutulmuş, inzibati həbs növündə tənbehin tətbiq edilməsi əsası kimi cərimə növündə tənbeh tədbirinin tətbiqinin inzibati tənbehin məqsədlərini təmin etmək baxımından kifayət sayılmaması və xətanı törədənin şəxsiyyətinin nəzərə alınmalı olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh növünü və həddini seçərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edən tənbeh tətbiq etmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə almışdır. Şikayətin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinin tələbləri ilə bağlı dəlilləri, qanunvericilik və inzibati xəta haqqında iş üzrə icraat materialları ilə müqayisədə əsassızdır. Şikayətin dəlillərinə münasibətdə, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli şəkildə təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarının tələblərinə əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar