Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1608/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin nümayəndəsi X3 tərəfindən apellyasiya qaydasında verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Xəzər Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)- ****/**** saylı ## ### 2015-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilmişdir. Qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin nümayəndəsi X3 tərəfindən apellyasiya qaydasında şikayət verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdirmişdir ki, Bakı şəhər Xəzər Rayon Məhkməsinin *(***)-****/**** saylı, ## ### 2015-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X5 "xxxx" ASC-nin xeyrinə müştərək qaydada cəmi 57.178,86 ABŞ dolları məbləğində borc tutulmalı və tələb girov qoyulmuş "Chevrolet Camaro" markalı, ** TG *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Xəzər rayonu ərazisində yaşadığı üçün onun barəsində protokol tərtib edilmişdir. Həmin avtomobil borclu tərəfindən bu günə kimi təqdim edilməyərək diger gizlədilmiş, başqa şəxsə baş etibarnamə ilə verilmiş, avtomobilin yeri müəyyən edilmədiyindən axtarışa verilmiş ve bu günə kimi tapılmamışdır. İcra sənədinə əsasən tələb girov qoyulmuş "Chevrolet Camaro" markalı ** TG *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli olduğundan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə heç bir ödəniş etməmiş və izahatında qeyd olunan avtomobilin onda olmadığını və 2014-cü ilə etibarnamə ilə başqa şəxsə verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi tamamilə qanunsuzluq edərək və sadəcə icra məmurunun izahatını dinləyərək hər hansı əsaslandırma vermədən təqdimatı təmin etməklə həm də haqlı olmamışdır. İcra məmuru özü şəxsən bildirməyinə baxmayaraq ki, Xəzər Rayon Məhkməsinin *(***)-****/**** saylı, ## ### 2015-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X5 "xxxx" ASC-nin xeyrinə müştərək qaydada cəmi 57.178,86 ABŞ dolları məbləğində borc tutulmalı və tələb girov qoyulmuş "Chevrolet Camaro" markalı, ** TG *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməlidir və həmin avtomobilin artıq 2014-cü ildən etibarən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olmamağına və avtomobilin yerini bilməməyinə baxmayaraq icra məmuru bildirmişdir ki, guya Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs könüllü olaraq tutmanın yönəldildiyi avtonəqliyyat vasitəsi bu günə kimi təqdim təqdim edilməmişdir. Bu tamamilə yanlış mövqe olmaqla qanunsuz mövqedir. Xüsusilə, o hal nəzərə alınmalı idi ki, icra sənədi üzrə tutulmalı olan borc məbləğinin təminatı olan və yönəldilməsi nəzərdə tutulan avtonəqliyyat vasitəsinin axtarışının nəticəsini gözləmədən belə bir qanunsuz və əsassız təqdimatla müraciət etmək ümumiyyətlə yolverilməz haldır. Bu, birbaşa olaraq “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin kobud şəkildə pozulmasıdır. Məhkəmə obyektiv araşdırma aparsaydı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-nin 528-ci maddəsinin tələb etdiyi “məhkəmə qərarının qərəzli şəkildə icra etməkdən boyun qaçırma” halının olmadığını müəyyən edə bilər, icra sənədi üzrə borcun yönəldiyi əmlakın axtarışının nəticəsinə görə icra icraatının hansı səbəbdən dayandırılmadığını aydınlaşdırmalı və bu əsaslarla basanmış inzibatı icraata xitam verilməsi barədə qərar qəbul etməli idi. Göründüyü kimi, mənim İXM-nin 528.1-cü maddəsi ilə inzibati tənbeh verilməyimə dair aidiyyatı dövlət qurumunun protokolu qanunsuz və əsasız olduğundan hesab edirəm ki, onlar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərərçəkmiş şəxs və protokolu tərtib etmiş icra məmuruna məlumat verilsə də məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə, İXM-nin 133.2.4ci maddəsinə əsasən onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: MN 2485983 nörməli, ##.##.2026-cı il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ### 2015-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ### 2015-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X5 “xxxx” ASC-nin xeyrinə müştərək qaydada cəmi 57.178,86 ABŞ dolları məbləğində borc tutulmalı və tələb girov qoyulmuş “Chevrolet Camaro” markalı **-TG-*** qeydiyyat nişanlı nəqliyyat vasiətinə yönəldilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən Bakı şəhər Xəzər rayon İcra şöbəsinə göndərilən məktubdan görünür ki, “Chevrolet Camaro” markalı **-TG-*** qeydiyyat nişanlı avtomobil Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adında ##.##.2014-cü il tarixdən qeydiyyatdadır. Göründüyü kimi, qanunverici tərəfindən qeyd olunan normada borclunun icra məmurunun qanuni tələblərini yalnız üzrsüz səbəbdən yerinə yetirməməsi həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd olunan hal isə özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsi araşdırılmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Öyrənilmiş materiallarda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş 24 MN 2485983 nörməli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokolla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ##.##.2015-ci il il tarixdən, yəni icra sənədi üzrə icraata başlanma haqqında qərar qəbul olunduğu tarixdən ##.##.2026-cı il tarixədək (protokol tərtib olunduğu tarix) müddət keçməsinə baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və bununla da, üzürsüz səbəbdən Dövlət adında qəbul edilmiş qətnaməni icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” # #### 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar ## ###### 2007ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar). İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə vəzifəli şəxsə münasibətdə maddənin sanksiyasında nəzərdə tutulmuş yeganə tənbeh növü olan cəriməni tətbiq etmişdir ki, bu da öz növbəsində İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına səthi və etinasız yanaşması məhkəmə hakimiyyətini nüfuzdan salmaqla yanaşı, vətəndaşların məhkəmə sisteminə inamının azalmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından, verilmiş şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi X3 tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1608/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1608/2026
04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver