Məhkəmə qərarları › İş №3(3-6)-1610/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1610/2026

12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1610/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1, Protokol tərtib edən orqanlar nümayəndəsi nümayəndə1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından apellyasiya şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə verilmiş vəsatətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC vəsatətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-2292/2025 Ne-li, ##.##.2025-ci il tarixli qərarından apellyasiya şikayəti vermək üçün üzrlü səbəblər nəticəsində buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından apellyasiya şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə verilmiş vəsatətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndə2 apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Protokol tərtib edən orqanlar gəldiyi qənaətə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İXM-in 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində ## ### 2025-ci il tarixli, EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2 qəbul etdiyi 3(007)- ****/**** №-li ##.##.2025-ci il tarixli Qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati xətanın obyekti olmuş 12075.00 ABŞ dollarının 20%-i məbləğində, yəni 2415.00 ABŞ dolları (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilmişdir. Məhkəmənin qərarı ilə razı olmadıqları üçün, həmin qərardan apellyasiya şikayətini tərtib edib Bakı şəhəri Nizami Rayon Məhkəməsinə vermişlər. Lakin apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət tərəflərindən buraxıldığına görə, müddətin bərpa olunması barədə məhkəməyə vəsatət vermişlər. Vəsatətdə qeyd olunmuşdur ki, məhkəmə iclasının vaxtı və yeri, habelə həmin qərarın qəbul olunmasından xəbərləri olmamışdır və qərarın qəbul olunması haqqında 2026-cı ilin aprel ayının 1-də Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmurundan bilmişlər. Yalnız bundan sonra qərarı əldə etmişlər. Buna görə üzürlü səbəbdən qərardan şikayət vermə müddəti buraxılmışdır. Qərarda göstərilən inzibati xətanın tərəflərindən törədilməməsinə dəlalət edən kifayət qədər sübutlar vardır. Həmin sübutlar nəzərə alınsa, qərarın apellyasiya qaydasında ləgvi üçün kifayət qədər əsaslar olacaqdır. Lakin Məhkəmənin 3(007)-****/**** №-li, ##.##.2026-cı il tarixli qərardadına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-2292/2025 Ne-li ##.##.2025-ci il tarixli qərarından apellyasiya şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə verilmiş vəsatəti təmin edilmədir. Apellyasiya baxışı zamanı iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini və buraxılmış müddətin bərpa edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən Protokol tərtib edən orqanlar nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından apellyasiya şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə verilmiş vəsatətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AR İN yanında DVX-nin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iclaslarla bağlı bildirişləri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə çatdırılmışdır. AR İN yanında DVX-nin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qərarı ##.##.2025-ci il tarixdə saat 12:51-də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli icra vərəqəsindən müəyyən edilir ki, iş üzrə yekun məhkəmə aktı ##.##.2025-ci il tarixdə qanuni qüvvəyə minmiş və eyni tarixdə icra sənədi verilmişdir. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin vəsatətinə baxan birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- 2292/2025 Ne-li ##.##.2025-ci il tarixli qərarından apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəbləri aşkar edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC qərardan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Şikayət vermiş hüquqi şəxs vəsatətində şikayət vermə müddətinin məhkəmə iclaslarından məlumatlarının olmaması, qərarı yeni əldə etmələri səbəbindən buraxıldığını bildirsə də, şikayətə bu faktı təsdiq edən hər hansı sənəd əlavə etməmiş, bunun əksinə olaraq, məhkəmə tərəfindən iş materiallarının araşdırılması zamanı AR İN yanında DVX-nin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən çıxarışdan müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 3(007)- ****/**** nömrəli qərarı ##.##.2025-ci il tarixdə saat 12:51-də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. Qeyd olunanlara əsasən müddətin buraxılması səbəbləri üzrlü hesab ediləlməsi üçün əsaslar müəyyən edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 3(007)- ****/**** nömrəli qərarı ##.##.2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin elektron kabinetinə yerləşdirilməsi faktı öz təsdiqini tapmış, bununla belə xxxx” MMC Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün nəzərədə tutulmuş prosessual müddəti buraxmış və həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından apellyasiya şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə verilmiş vəsatətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından apellyasiya şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə verilmiş vəsatətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar