Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1611/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X9 iştirakları ilə, “Əsgəroğlu A İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından “Əsgəroğlu A İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: “Əsgəroğlu A İnşaat” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə “Əsgəroğlu A İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan “Əsgəroğlu A İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026-cı il tarixli, 3(5-99)-977/2026 qərarı ilə “ Əsgəroğlu A İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 manat məbləğində inzibati cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, “Əsgəroğlu A İnşaat” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, Mehdi Abbasov küçəsi və Nəsimi küçəsinin kəsişməsində 2400-cü məhəllənin əhatə etdiyi ərazidə yerləşən tikinti obyektində ## ###### 2025-ci il tarixdə, saat 11:15-də keçirilən səyyar yoxlama zamanı X2 və digər 2 nəfər şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən “Əsgəroğlu A İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Həmin qərarla razı deyilik, qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. “Əsgəroğlu A İnşaat” MMC tərəfindən bildirilir ki, protokolda qeyd olunan həmin iki şəxs cəmiyyət tərəfindən işə qəbul edilməmişdir. Həmin şəxslərlə əmək müqaviləsi bağlanmamış, onlara hər hansı vəzifə verilməmiş, əmək haqqı müəyyən edilməmiş və onlar müəssisənin daimi işçiləri olmamışlar. Qeyd edilən şəxslər sadəcə tikinti sahəsində iş prosesi ilə tanış olmaq və gələcəkdə işləmək imkanlarını dəyərləndirmək məqsədilə təcrübə xarakterli olaraq obyektə gəlmişlər. Onların obyekt ərazisində olması əmək münasibətlərinin yaranması kimi qiymətləndirilə bilməz. Bu baxımdan, “Əsgəroğlu A İnşaat” MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Əməldə heç bir inzibati xəta tərkibi yoxdur. Göstərilənlər doğru deyil, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddələri ilə inzibati xəta tərkibi yaradan əmələ yol verməmişik. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X9 apellyasiya şikayətin dəlillərini əsassız hesab edərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında “Əsgəroğlu A İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iştirak etmədiyindən məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin halları və hüquqi məslələr: Şikayətdə göstərilənlərlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, tərəfin çıxışını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Tikinti obyektində həyata keçirilmiş səyyar monitorinqin nəticələrinə dair arayışdan görünür ki, “Əsgəroğlu A İnşaat” MMC-yə məxsus tikinti obyektində keçirilən yoxlama zamanı ümumi 6 nəfər şəxs yoxlanılmış, onlardan 3 nəfər şəxsin “Əsgəroğlu A İnşaat” MMC tərəfindən əmək müqaviləsi bağlanılmadan işə cəlb olunduğu müəyyən edilmişdir. -Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X7 X15 Tikinti obyektində yoxlanılan şəxslərin siyahısından görünür ki, Babaşov Kamil Mehti oğlu, Zamanov Qeys İlqar oğlu və X3 əmək müqaviləsi olmadan “Əsgəroğlu A İnşaat” MMC-də əmək fəaliyyətinə cəlb edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əsgəroğlu A İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materialları ilə Babaşov Kamil Mehti oğlu, Zamanov Qeys İlqar oğlu və X3 əmək müqaviləsi olmadan “Əsgəroğlu A İnşaat” MMC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, Mehdi Abbasov küçəsi və Nəsimi küçəsinin kəsişməsində 2400-cü məhəllədə yerləşən tikinti obyektində əmək fəaliyyətinə cəlb edilməsi öz təsdiqini tapmışdır. Bununla da səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarın əsaslılığını sübuta yetirmişdir. Belə olan halda ““Əsgəroğlu A İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməklə təqsirli bilinərək cərimə edilməsi barədə birinci instansiya məhkəməsi qanuni və düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması əsaslarından biri də inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərarın qəbul edilməsidir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur “Əsgəroğlu A İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-ci maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: “Əsgəroğlu A İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. “Əsgəroğlu A İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1611/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1611/2026
08.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver