Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1617/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Protokol tərtib edən orqanlar etibarnamə üzrə nümayəndəsi X7 oğlunun, Barəsində inzibati xəta haqqınd aprotokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi və vəkili Həsənova İlhamə Zakir qızının iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1- ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq Müəyyən etdim: Məhkəmənin icraatına vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1- ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin rəisi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Protokol tərtib edən orqanlar Bakı şəhər İdarəsi tərəfindən “xxxx” MMC-nin vəzifəli şəxsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş ## #### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il *(*-***)-***/**** nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, X4 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən “xxxx” MMC-nin vəzifəli şəxsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməlidir. ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən "Səfərov Abil Səməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1000 manat inzibati cərimə tətbiq edilmişdir və həmin qərar qüvvəyə minmişdir. İnzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi halda könüllü ödənilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsi ilə müəyyən edilmiş tədbirlərin görülməsi məhz qərarı qəbul edən səlahiyyətli orqanın üzərinə düşür. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx” MMC-də rəsmi işləməsi və əmək haqqı alması ilə əlaqədar X4 Xidmətinin Bakı Şəhər İdarəsi İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinin tələblərinə əsasən ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə 1000 manat məbləğində cərimənin ödənilməsinin təmin edilməsi məqsədi ilə “xxxx” MMC-yə ## ###### 2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli xəbərdarlıq məktub ünvanlamışdır. Sözügedən cərimənin əmək haqqından tutulması ilə bağlı “xxxx” MMC-nin rəhbərliyi tərəfindən hər hansı tədbir görülmədiyindən İnzibati Xətalar Məcəlləsinin 529.1-1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Sadalanan tədbirlərə baxmayaraq “xxxx” MMC tərəfindən Xidmətin qanuni göstərişinə əsasən 1000 manat cərimənin ödənilməsi ilə əlaqədar hər hansı vəsaitin köçürülməsi təmin edilməmişdir. Bu səbəbdən həm hüquqi şəxs, həm də vəzifəli şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir.X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb inzibati məsuliyyətə cəlb edilmiş şəxsin cəriməsinin tutulması üçün işəgötürənin İnzibati Xətalar Məcəlləsinin 150.1 -ci maddəsinin tələblərini saymayaraq heç bir tədbir görməməsi olmuşdur. Həmçinin, işəgötürənlərin bu kimi hərəkətləri şəxsin törətdiyi əmələ görə məsuliyyət daşıması və qanunlara əməl etmək ruhunda tərbiyələndirilməsi yolunda maneələr törədir, habelə heç bir lüzum olmadan İcra orqanlarının işinin əsassız artmasına gətirib çıxarır. Beləliklə, “xxxx” MMC tərəfindən ## ###### 2025-ci ii tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə 1000 manat cərimənin ödənilməsi ilə bağlı heç bir tədbir görülməmiş və qanunvericiliyin tələbləri pozulmuşdur. Belə olan halda X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən MMC-nin vəzifəli şəxsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mütəilim oğlu barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol qanuni və əsasladır. Apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən inzibati orqanın nümayəndəsi şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi və vəkili Həsənova İlhamə Zakir qızı apellyasiya şikayətini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. İşin halları və hüquqi məslələr: Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqadar DƏMX-nin Bakı şəhər İdarəsinin ## ###### 2025-ci il tarixli *-**- */*-******/**** nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. -## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Səfərov Abil Səməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat inzibati cərimə edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin ## ###### 2025-ci il tarixli 3-17-5/2- ******/**** nömrəli məktubundan görünür ki, “xxxx” MMC-nin direktoru Səfərov Abil Səməd oğluna ünvanlanan məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.5-ci maddəsinin tələbinə əsasən icra edilməsi məqsədilə “xxxx” MMC-yə göndərilmişdir. - Elektron sistemindən əldə edilmiş çıxarışdan görünür ki, “xxxx” MMC bölməsində "Direktor" vazifəsində işləyən Abil Səfərov Səməd oğlu ilə bağlanılmış *JZWZJ******* nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2."a"tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən ## ####### 2025-ci il tarixindən xitam verilmişdir. -Elektron sistemindən əldə edilmiş çıxarışdan görünür ki, “İdarə Heyəti" bölməsində "Direktor" vazifəsində işləyən X2 ilə bağlanılmış *JBSVZJ****** nömrəli əmək müqaviləsinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2."a" - tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən ## ###### 2026-cı il tarixindən xitam verilmişdir. -“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında bağlanmış ## ###### 2026-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, həmin müqavilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında ## ###### 2026 tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanılmışdır. Birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin əmək müfəttişi X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqadar DƏMX-nin Bakı şəhər İdarəsinin ## ###### 2025-ci il tarixli 3-17-5/2- ******/**** nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Səfərov Abil Səməd oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi Həsənova İlhamə Zakir qızı tərəfindən məhkəməyə təqdim edilmiş elektron sistemindən əldə edilmiş çıxarışdan görünür ki, “xxxx mmc” bölməsində "Direktor" vazifəsində işləyən Abil Səfərov Səməd oğlu ilə bağlanılmış *JZWZJ******* nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2."a"- tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən ## ####### 2025-ci il tarixindən xitam verilmiş, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında bağlanmış ## ###### 2026cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, həmin müqavilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında ## ###### 2026 tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanılmışdır. Belə olan halda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi təkzib edilir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşaraq qeyd edir ki, iş materiallarına ilə “xxxx” MMC-nin vəzifəli şəxsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə sübuta yetirilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemindən əldə edilmiş çıxarışdan görünür ki, məktub ## ###### 2025-ci il tarixdə şəxsi kabinetə yerləşdirilmişdir. Belə olan halda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bildiyindən, ## ##### 2026-cı il tarixdə həmin müddət başa çatmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir 150.5-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: 150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Qanunvericiliyin tələbindən aydın olur ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələri rəhbər tutularaq, Qərara alıram: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1- ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1617/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1617/2026
08.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver