Məhkəmə qərarları › İş №3(3-6)-1618/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1618/2026

04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1618/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Mustafayev İsmayıl Fərail oğlunun, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” PHŞ-nin nümayəndəsi nümayəndə2 iştirakı ilə, Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” PHŞ apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində həyata keçirilmiş məhkəmə icraatı zamanı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” PHŞ-nin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində həyata keçirilmiş məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs xxxx” MMC-nin nümayəndəsi Mustafayev İsmayıl Fərail oğlu apellyasiya şikayətinin əsassız olduğu üçün təmin olunmamasını və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayətlə əlaqədar inzibati icraat üzrə işin materiallarını tam və hərtərəfli araşdıraraq, məhkəmə hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-nin 452.1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza X1 Şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCyə məxsus aptekdə plandankənar (növbədənkənar) yoxlama zamanı resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması faktı aşkarlanmışdır. ## ##### 2026-cı il tarixli, KY********* saylı Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən « xxxx » MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən aptekdə aparılacaq plandankənar (növbədənkənar) yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, şəxsin xəstəliyinə uyğun resept yazılaraq vətəndaşa təqdim edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında ##.##.2026-cı il tarixli *- **-*/*-*-***/**** saylı Qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən aptektin fəaliyyətinin yoxlanılması məqsədilə, ##.##.2026-cı il tarixdə AEM-in əməkdaşları tərəfindən həmin müəssisədə plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-nin 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları, şahidlərin ifadələri və digər sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsirliliyi təkzib olunur. İnzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan, inzibati xəta haqqında protokol tərtib etmişdir və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin olmaması qənaətinə gəlməkdə və bu əsasla inzibati xəta haqqında işə xitam verməkdə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Belə ki, apellyator şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının ## ###### 2018-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”na * nömrəli əlavədə “Elektron resept” forması göstərilmişdir. Yəni qanunvericilik reseptin konkret formasını müəyyən etmişdir və bu formadan kənar istənilən resept qanunsuz hesab edilir. Həmçinin həmin dərman vasitəsi AR Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin reseptsiz buraxılan dərman vasitələrinin siyahısına daxil deyildir. Məhkəmə apellyatorun şikayətində qeyd etmiş olduğu fikirlər ilə razılaşaraq qeyd edir ki, iş materiallarına fotosu əlavə edilmiş “Zoloft” adlı dərman preparatı antidepressantlar qrupuna (Xüsusi Serotonin Geri Tutulması İnhibitorları - SSRİ) aiddir. Beyində mood (əhvalruhiyyə) balansını tənzimləyən serotonin maddəsinin miqdarını artırmaqla təsir göstərir. Əsas istifadə məqsədi psixoloji və nevroloji vəziyyətlərin müalicəsi üçün və həkim tərəfindən təyin edilir, reseptsiz satılmır. Lakin iş materialında olan protokol və digər sənədlərlə həmin dərman vasitəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən reseptsiz satıldığı müəyyən edilir ki, bu hal özlüyündə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsirliliyini sübut edir. Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında" Qanununun 1.0.36-cı maddəsində əsasən, resept - təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün tibb müəssisələrində çalışan, həmçinin özəl tibb fəaliyyəti ilə məşğul olan resept yazmaq hüququna malik tibb işçiləri (həkim və tibb məntəqələrinin feldşerləri) tərəfindən dərman vasitəsinin istifadəsi üzrə klinik protokollar əsasında yazılan, elektron sənəd formasında tərtib edilən və pasiyentin istəyi ilə kağız daşıyıcıda ona təqdim edilməli olan tibbi sənəddir. Maddədə qeyd olunduğu kimi resept elektron sənəd formasında tərtib edilməlidir. Vətəndaş istəyərsə xüsusi formada tərtib olunmuş elektron resept çap edilərək kağız daşıyıcıda ona təqdim oluna bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının ## ###### 2018-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş * nömrəli Əlavənin 1.8-ci bəndinə əsasən, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən resept əsasında buraxılan dərman vasitələrinin on dörd yaşı tamam olmamış şəxslərə buraxılması, digər şəxslərə isə reseptsiz buraxılması qadağandır. Sözügedən Qanuna əsasən yalnız elektron sənəd formasında tərtib edilən resept (yaxud xüsusi formada tərtib olunmuş elektron reseptin kağız forması) təqdim edilərək dərman vasitələrinin əldə oluna bilməsi qeyd olunsa da, iş materiallarında elektron resept mövcud deyildir. Yuxarıda da göstərildiyi kimi “Dərman vasitələri haqqında” AR Qanunun 1.0.36-cı maddəsində reseptin elektron sənəd formasında tərtib edilən və vətəndaşın istəyi ilə kağız daşıyıcıda ona təqdim edilməli olan tibbi sənəd olduğu göstərilmişdir. Həmin Qanunun 12-1.2-ci maddəsinə əsasən, reseptin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının ## ###### 2018-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarf’na * nömrəli əlavədə “Elektron resept” forması göstərilmişdir. Yəni qanunvericilik reseptin konkret formasını müəyyən etmişdir və bu formadan kənar istənilən resept qanunsuz hesab edilir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən sadalanan hallara və sübutlara düzgün qiymət verilmədən qanunsuz və əsassız olaraq qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 452.1-ci maddəsinə əsasən apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən, hesab edirəm ki, birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmaması əsası ilə işin icraatına xitam verilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, göstərilənlərə əsasən hesab edirəm ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə təqsirli bilinərək sanksiyada nəzərdə tutulmuş cərimə növünün minimum həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2 və 135.1.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 150 (yüz əlli) manat cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar