Məhkəmə qərarları › İş №3(3-6)-1620/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1620/2026

04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1620/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) Vaqif oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilərək Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 323.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair VIII X1 xidməti inspketoru, R X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilərək iş üzrə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinə üzrlü səbəblər olması ilə bağlı qabaqcadan məhkəməyə məlumat verməmişdir. Məhkəmə sözügedən tərəfin iştirakı olmadan inzibati xəta haqqında iş üzrə icraata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətini iş üzrə materiallar ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəməə tətdiq edilmiş: VIII X1 xidməti inspketoru, R X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 09:22-də Bakı-Qazax yolu 281-ci km alayın *** saylı postu istiqamətində “İsuzu NPR 75LD yük” markalı, **JH*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əmtəə təyinatlı yüklərin əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 323.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. “xxxx” ASC tərəfindən verilmiş yol vərəqəsindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) 01-## ##### 2026-cı il tarixləri ərzində İsuzu NPR 75LD yük markalı, 77-JH794 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün yol vərəqi verilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 323.2-ci maddəsinə əsasən əmtəə təyinatlı yüklərin elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına görə - qırx manat məbləğində cərimə edilir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, ##.##.2026-cı il tarixdə, saat 09:22-də Bakı-Qazax yolu 281-ci km alayın *** saylı postu istiqamətində “İsuzu NPR 75LD yük” markalı, **JH*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi zamanı əmtəə təyinatlı yüklərin əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınması iş materialları ilə müəyyən edilmir, bunu səlahiyyətli orqan sübut etməlidir. Beləliklə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) apelyasiya qaydasında verilmiş şikayətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etsə də, işin hallarından göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası İXM-nin 323.2-ci maddəsinin tərkibi mövcudluğunun müəyyən edilib-edilməməsi səbəbindən birinci instansiya məhkəməsi şikayəti qismən təmin edərək işin yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir, apelyasiya qaydasında verilmiş şikayətdən qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Hesab edirəm ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsinə əsas ola biləcək hər hansı hal müəyyən edilmədiyindən, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir,ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar