Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1621/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Boroyev Əli Əhməd oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Dövlət X1 daxil olmuş İXP ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin istifadəsində olan “Mitsubishi L200” markalı, **YG*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ##.##.2026-cı ildə İXM-nin 328.1-ci maddəsi ilə inzibati xəta törədilmişdir. Hüquqi şəxsin ünvanına sorğu göndərilmiş, lakin hüquqi şəxs qanunda nəzərdə tutulmuş müddətdə sorğuya cavab verməmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrinin tələblərini pozmuş, nəticədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim Mirsadiq Seyidov) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Yasamal Rayon ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin öhdəliyindədir. Belə ki, Nəqliyyat İdarəsinin tabeliyində olan avtomobillər Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeli struktur qurumlarının əməkdaşları tərəfindən idarə olunsa da, həmin nəqliyyat vasitələrinin sürücülərinə yol vərəqələri Nəqliyyat İdarəsi tərəfindən verilir, həmçinin nəqliyyat vasitələri və sürücülər haqqında bütün məlumatlar yalnız həmin İdarədə olur. Lakin buna baxmayaraq Yasamal RPİ-nin DYP şöbəsi yol hərəkəti əleyhinə inzibati xəta törədildikdə nəqliyyat vasitəsinin sürücüsü haqqında məlumatları əldə etmək üçün sorğunu aidiyyəti üzrə Nəqliyyat İdarəsinə göndərməli olduğu halda Meşələrin İnkişafı Xidmətinə göndərmişdir. Qeyd edilən məlumatlar Meşələrin İnkişafı Xidmətində olmadığı üçün DYP şöbəsi tərəfindən ünvanlanan sorğular cavablandırılması üçün tərəfimizdən aidiyyəti üzrə həmin İdarəyə göndərilmişdir. Nəqliyyat İdarəsi tərəfindən Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-**/*-***/**** nömrəli məktubdan görünür ki, Nazirliyin müvafiq struktur bölmələri, o cümlədən tabeli qurumların balansında olan nəqliyyat vasitələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ## ###### 2019-cu il tarixli 97/Ü, ## ###### 2019-cu il tarixli 265/ü, ## ### 2019-cu il tarixli 378/ü və ## #### 2020-ci il tarixli ***/ü nömrəli əmrləri ilə Nəqliyyat İdarəsinin balansına verilmişdir. Belə ki, avtonəqliyyat vasitələrinə təyin olunan sürücülər Nəqliyyat İdarəsinin işçiləridir. Odur ki, nəqliyyat vasitələri haqqında bildirişlərin Nəqliyyat İdarəsinə göndərilməsi xahiş olunmuşdur. Meşələrin İnkişafı Xidməti ##.##.2026-cı il tarixli *-**-**/*- ***/**** nömrəli məktubla Yasamal Rayon Polis İdarəsinə məktub göndərərək nəqliyyat vasitələrinin sürücüsü haqqında məlumatlar Meşələrin İnkişafı Xidmətində olmadığından sorğuların aidiyyəti üzrə Nəqliyyat İdarəsinə göndərilməsi xahiş olunmuşdur. Meşələrin İnkişafı Xidməti ##.##.2026-cı il tarixli **/***/d nömrəli məktubla Nəqliyyat İdarəsinə müraciət edərək qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əmrlərinin icrasının təmin edilməsi, Meşələrin İnkişafı Xidmətinə əsassız olaraq tətbiq olunmuş cərimələrin təqsirkarlarlar hesabına ödətdirilməsi, sözügedən nəqliyyat vasitələrinin ən qısa müddətdə dövlət qeydiyyatına alınması və bu barədə Yasamal RPİ-nin DYP şöbəsininə məlumat verilməsi xahiş olunmuşdur. Nəqliyyat İdarəsinin DYP şöbəsinin sorğularına göndərdiyi cavab məktublarından da görünür ki, avtomaşınlar və sürücülər haqqında məlumatlar həmin İdarədə olur (məktubların surətləri qoşmaya əlavə edilir). Lakin Yasamal RPİ-nin DYP şöbəsi inzibati xəta törətmiş sürücülər barəsində məlumatları əldə etmək üçün sorğunu aidiyyəti üzrə düzgün göndərməmiş və buna görə də, qanunsuz olaraq barəmizdə ## #### 2026-cı il tarixli İXP ******* saylı əsassiz protokol tərtib etmişdir. Beləliklə də, yuxarıda göstərilən hallardan aydın olur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə, verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən “Mitsubishi L200 minik” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən xahiş olunmuşdur. İş materiallarında olan İnzibati xəta haqqında ## ##### 2026-cı il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin istifadəsində olan “Mitsubishi L200” markalı, **YG*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ##.##.2026-cı ildə İXM-nin 328.1-ci maddəsi ilə inzibati xəta törədilmişdir. Hüquqi şəxsin ünvanına sorğu göndərilmiş, lakin hüquqi şəxs qanunda nəzərdə tutulmuş müddətdə sorğuya cavab verməmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrinin tələblərini pozmuş, nəticədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. İş materiallarında olan DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, “Mitsubishi L200 minik” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki vasitələrin köməyi ilə inzibati xəta törətməsi görüntüsü əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in DYP “Web” portalından çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən verilən etibarnamə qeydiyyatı olan hissədə etibarnamələrə dair məlumat hissəsindən görünür ki, həmin hissədə istifadəsi həvalə olunan şəxsin soyadı, istifadəsi həvalə olunan şəxsin adı, istifadəsi həvalə olunan şəxsin ata adı, sürücülük vəsiqəsi, S.V üzrə kateqoriyası, mobil nömrəsi, sənədin nömrəsi, sənədin daxil olması (ESD-də Qeydiyyatı), qeyd, sənədin verilmə tarixi, sənədin bitmə tarixi hissələri boş buraxılmışdır. İş materiallarında olan SX*********AZ nömrəli xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubu ##.##.2026-cı il tarixdə “Mustafayev” soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan Məhkəmə tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı müraciətə baxılmasının nəticəsi barədə məktubdan görünür ki, sistem üzərindən araşdırma və F-8 çatdırma vərəqinə baxış zamanı məlum olmuşdur ki, ##.##.2026-cı il tarixdə AZ**** saylı poçt şöbəsi vasitəsilə Dövlət Yol Polis İdarəsi tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə ünvanlanmış SX072228217AZ ştrix kodlu məktub, ##.##.2026-cı il tarixdə AZ**** saylı poçt şöbəsi tərəfindən qəbul olunmuş və ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı S.Mustafayevə F-8 çatdırma vərəqinə imza edilməklə təhvil verilmişdir. Sözügedən məktubun xəbərnaməsi isə ##.##.2026-cı il tarixdə AZ**** saylı poçt şöbəsi tərəfindən Dövlət Yol Polis İdarəsinin Abbasov soyadlı əməkdaşına təqdim edilmişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin öhdəliyindədir. Məhkəmə şikayətin həmin dəlilini əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin qərarında da qeyd edildiyi kimi səlahiyyətli orqan Bakı şəhəri Yasamal rayon DYPŞ tərəfindən barəsində inzibati icraat aparılan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə istifadəsində olan nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi barədə sorğu göndərilmiş, sorğu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən qəbul olunmuş, lakin səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində tələb olunan məlumat verilməmişdir. Bununla da, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin apellyasiya şikayətində göstərdiyi dəlilini, yəni Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə aid olmasını əsassız hesab edərək qeyd edir ki, nazirlik daxilində qurumlar arasında iş əlaqə mövcud olduğunda qeyd olunan məsələnin işçi qaydasında həll edilməsinin və dövlət qurumundan daxil olmuş sorğunun vaxtında cavablandırılmasının mümkünlüyü istisna olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyətini nəzərdə tutulmuşdur. Normanın mənasından da göründüyü kimi, qeyd edilən maddə üzrə inzibati məsuliyyətin yaranması üçün əsas şərt hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsidir. Başqa sözlə, qeyd edilən şəxslər tərəfindən səlahiyyətli orqanın (vəzifəli şəxsin) sözügedən sorğusuna 5 gün müddətində cavab verilmədikdə, artıq hüquqi şəxsin əməlində İXMin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yaranmış olur. Hazırkı işin hallarından müəyyən edilir ki, səlahiyyətli orqan tərəfindən göndərilmiş sorğu ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə çatdırıldığına görə, hüquqi şəxs 5 gün müddətində sorğuya cavab verməklə mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə məlumatı səlahiyyətli orqana verməli idi. Lakin, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti bu barədə məlumatı 5 gün müddətində səlahiyyətli orqana təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Eyni Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, sadalanan qanunvericilik normalarının tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1621/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1621/2026
12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver