Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1623/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştrakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsi ilə inzibati xətalara dair iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası DİN BDYPİ-i tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN BDYPİ-nin ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ## #### 2026-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi ilə ona məxsus “Opel Mokka” markalı, **-ED-*** nömrəli avtomobillə hərəkətdə olarkən ümumi istifadədə olan nəqliyyat vasitələrinə məxsus zolaq (avtobus zolağı) ilə hərəkət etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 2 cərimə balı tətbiq edilməklə barəmdə 100 manat məbləğində inzibati cərimə tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd edir ki, adıçəkilən Qərar düzgün tərtib edilməmişdir. Belə ki, Afiyəddin Cəlilov küçəsi ilə Yusif Səfərov küçəsinin kəsişməsində sıxlıq yarandığından, kəsişmə üzrə hərəkətin tənzimlənməsi yol-patrul xidməti əməkdaşı tərəfindən həyata keçirilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələrinə məxsus zolağa yol-patrul xidməti əməkdaşının işarəsi ilə keçmişdir. Sonradan hərəkət sıxlığı nisbətən azalmış, digər nəqliyyat vasitələrinin bir çoxu zolaqdan çıxmışdır. O isə zolaqdan Üzeyin Hacıbəyov küçəsinin Puşkin küçəsi ilə kəsişməsində çıxmışdır. Ona görə də qərar əsassız olduğundan ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə şikayətin təmin edilməsi, Azərbaycan Respublikası DİN BDYPİ-nin ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası DİN BDYPİ-i apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) və inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin ##.##.2026- cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı “Opel Mokka” minik markalı avtomobillə ##.##.2026-cı il tarixdə, saat 23:25-də Üzeyir Hacıbəyov və Rixard Zorge küçələrinin kəsişməsi ərazisində 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 100 manat (2 cərimə balı) məbləğində cərimə tətbiq olunmuşdur. İş materiallarında əlavə edilmiş hadisənin fotoşəkillərinə məhkəmə iclasında baxış keçirilən zaman yolda avtomobillərin sıx olduğu müşahidə olunur. İnzibati orqanın nümayəndəsi müvafiq sübutların (video və fotogörüntülərin) təqdim edilməsi məqsədilə birinci instansiya məhkəmə iclasına dəvət olunmuş, bu məqsədlə məhkəmə iclası təxirə salınmışdır. Lakin, orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin IV hissəsinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin, belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı, “Opel Mokka” minik markalı avtomobillə ##.##.2026-cı il tarixdə saat 23:25-də Üzeyir Hacıbəyov və Rixard Zorge küçələrinin kəsişməsi ərazisində 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etdiyinə görə Azərbaycan Respublikası İXMnin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 100 manat (2 cərimə balı) məbləğində cərimə tətbiq olunmuşdur. Qərardan şikayət verən orqan (şəxs) şikayətində iddia etmişdir ki, həmin vaxt qeyd edilən yolda tıxac yarandığından yol polisinin əməkdaşı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış yola daxil olmaq barədə göstəriş vermişdir. Hazırki şikayət üzrə məhkəmə tərəfindən işə baxılan zaman inzibati orqanın nümayəndəsi məhkəmə iclaslarına dəvət olunsa da iştirak etməmiş və şikayətdə qeyd edilən faktları təkzib edəcək hər hansı mötəbər sübutu (videogörüntünü) məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərar ləğv edilməli və əməldə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. İş üzrə toplanmış sübutları, işdə iştirak edən şəxslərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini birlikdə qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış, qanuni və əsaslı olaraq Qərardan şikayət verən orqan (şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərarı ləğv etmiş və əməldə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam vermişdir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Azərbaycan Respublikası DİN BDYPİ-i tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1623/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1623/2026
08.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver