Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1624/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin sədri Əkbərov Mübariz Dosməmməd oğlu, aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar mübahisəni həll etmək məqsədilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsi tərəfindən ## ###### 2026-cı il tarixli, IXP ******* nömrəli protokol əsasında qəbul edilmiş ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDIM: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsi tərəfindən ## ###### 2026-cı il tarixli, IXP ******* nömrəli protokol əsasında qəbul edilmiş ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə şikayətin inzibati tənbeh vermə haqqında elektron qərardan verilməsi və şikayətçinin yaşayış yerinin Bakı şəhəri Səbail rayonu ərazisində olması əsas gətirilərək materialın baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə inzibati xətanın avtomatlaşdırılmış elektron nəzarət vasitələri ilə deyil, səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar olunması, habelə inzibati xətanın Bakı şəhəri Xətai rayonu ərazisində törədilməsi nəzərə alınaraq məhkəmələr arasında yaranmış aidiyyətlə bağlı fikir ayrılığının həll edilməsi üçün materialın Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Materialı nəzərdən keçirib hesab edirəm ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə qərardan verdiyi şikayətə dair material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunmalıdır ki, IXM-in 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş aidiyyət qaydası yalnız həmin Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrinə uyğun olaraq çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarlardan verilən şikayətlərə münasibətdə tətbiq edilir. Iş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində qərar IXM-in 327.1-1-ci maddəsi ilə qəbul edilmişdir. Həmin maddə IXM-in 122.1-ci maddəsində sadalanan inzibati xətalar sırasında göstərilsə də, bu hal özlüyündə şikayətə yaşayış yeri üzrə baxılması üçün əsas yaratmır. Belə ki, IXM-in 129.1.3-1-ci maddəsinin tətbiqi üçün inzibati xətanın yalnız IXM-in 122.1-ci maddəsində göstərilməsi deyil, eyni zamanda həmin maddədə nəzərdə tutulmuş qaydada, yəni foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi və bunun əsasında inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılması tələb olunur. Lakin iş materiallarından görünür ki, hazırkı inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə deyil, səlahiyyətli vəzifəli şəxs tərəfindən birbaşa aşkar edilmiş və bunun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Belə olan halda şikayətin məhkəmə aidiyyəti IXM-in 129.1.3-cü maddəsinə əsasən müəyyən edilməli və şikayətə inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsində baxılmalıdır. Iş materialları və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati xətanın törədildiyi yer “8 Noyabr prospekti” kimi göstərilmişdir ki, həmin ünvan Bakı şəhəri Xətai rayonunun inzibati ərazisinə daxildir. Eyni zamanda qeyd olunmalıdır ki, barəsində inzibati icraat aparılan şəxs inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə müvafiq rayon məhkəməsində baxılması üçün vəsatət təqdim etməmişdir. Belə olan halda törədilməsi ehtimal olunan inzibati xəta hadisəsi Bakı şəhərinin Xətai rayonu ərazisində baş verdiyindən hazırkı materiala məhz Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. IXM-də məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 77.1-ci maddəsinə istinad olunmalıdır. CPM-in 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Şərh edilənlərə əsasən və CPM-in 77-ci mаddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsi tərəfindən ## ###### 2026-cı il tarixli, IXP ******* nömrəli protokol əsasında qəbul edilmiş ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №3(3-6)-1624/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1624/2026
03.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver