Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1625/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında nömrəli protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ailəlidir 4 azyaşlı övladı var. Mustafayev Ramazanın qaraçı tayfasından olduğunu, nəşə və içki düşkünü olduğunu bilmədən onunla ailə həyatı qurmuşdur. Ramazanın orta təhsili belə yoxdur, tüfeylidir. Uşaqlarına da öz ata-anasının köməyi ilə baxır. 4 uşağım orta məktəbə atası sənədlərini hazırlayıb, göndərib. Ramazan işləmək istəmir. Bizə deyir ki, mən kiminsə əlinin altında işləyə bilmərəm. Bizim tayfada avadlar gedib dilənib, evə pul gətirirlər. Kişilər işləmir. Məcbur edir ki, o uşaqları aparıb şəhərin küçələrində dilənsin. O gündən bu günə qədər işləmir. Məndən pul istəyir. Axşamdan səhər 11-ə qədər yatır. Durub gedir axşam saat 5 radələrin evə nəşəli, içkili gəlir və deyir ki, dilənməyə getməlisiniz. Onu vəhşicəsinə döyür. Bıçaqla üstünə hücum çəkib deyir ki, hamınızı öldürüb gedib türmədə yatacam. Ramazan 3 dəfə türmədə yatıb. Bir neçə dəfə ona bıçaq xəsarəti yetirib. Uşaqlar ona kömək etmək istəyəndə onları da vurur, döyür. Bəzi hallarda canını qurtarmaq üçün çölə qaçır, qışın soyuğunda, qarında, yağışında, ətrafdakı binaların küncünə-bucağına sığınaraq gecələməli olur. Uşaqların məktəb yaşlarından sonra atam-anam rayona gediblər. Təsərrüfatla məşğul olurlar. Polisə şikayət ərizəsi yazıram, 102-yə zəng vurur, şikayət edir, izahat verir. 40-cı bölmənin polisi tərəfindən Ramazan barəsində heç bir tədbir görülmür. Onun 15 illiki ailə həyatı Ramazan tərəfindən verilən işgəncələr içərisində keçib. Dəfələrlə onun içkili, nəşəli vəziyyətində onları polis maşınında bölməyə aparıblar. Bəzən heç bir izahatda almayıblar, “xxxx” deyiblər. O, təkbaşına 4 uşağa zibil qablarından metal, bizon toplayaraq satıb, uşaqları dolandır. Ramazan tüfeylidir. Polis bölməsində tüfeylinin ailəsinə pis baxırlar. Heç bir şikayətinə baxmırlar. 40-cı bölmənin polis rəisi ona deyir ki, siz bizi bezdirmisiniz. Bütün şikayətlərin birinə baxmayan 40-cı bölmənin rəisi planlı surətdə döyəni yox, döyüləni cəzalandırmağa əl atıb, ## ### 2026-cı il tarixli qərarda yazılanlar hamısı şər böhtandır. Rəisin göstərişi ilə verilən qərarda adı çəkilən X2 da məhkəmədə başının üstündə duraraq hədə-qorxu gəlib, elə yazmağını əmr edib. O Ramazanı vurmayıb, əksinə daima döyülüb, xəsarətləri olub, şikayətinə də baxmayıblar. Hətta Ramazana cəza verilməsi üçün ondan polis bölməsində pul da istəyiblər. Ramazanın barəsində 40-cı bölmənin rəisinin göstərişi ilə heç bir əsası olmadan ## ###### 2026-cı il tarixdə polis evimə basqın edib, onu aldadıb, Ramazanla barışıq ərizəsi yaz deyib, aparıb bir sutqa qaranlıq otaqda saxlayıb, səhərisi gün təcili tibb maşınında Maştağa dəlixanasına aparıb salıblar. Üç gün orada qalıb. Uşaqları ac-susuz ağlayaraq, anamız hara getdi, niyə gəlmir deyərək ağlaşıblar. Onu müşayət edən Hüseyn adlı polis olub. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış zərəçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşin halları və hüquqi məslələr: Təqdim olunmuş materialı nəzərdən keçirib, şikayətin dəlillərini araşdırıb hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - ## ##### 2026-cı il tarixli qərardan görünür ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsinin baş təhqiqatçısı, R Hüseynağa Abdullayev tərəfindən araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati araşdırma aparılması üçün qərarın surəti Binəqədi rayon Polis İdarəsinin 40cı Polis Şöbəsinə göndərilmişdir. Həmin qərardan görünür ki, məhkəmə-tibb ekspertizasının ## ##### 2026-cı il tarixli *** saylı rəyinə əsasən Mustafayev Ramazan İbrahimxəlil oğlunda aşkar edilmiş xəsarətlər –alın nahiyəsinin şişkinli qançırı bərk küt əşya təsirindən törənmişlər, qərarda göstərilən tarixdə və şəraitdə, yəni ## ##### 2026-cı il tarixdə kənar şəxs tərəfindən yetirilmə nəticəsində əmələ gələ bilərdirlər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. -## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixdə Binəqədi rayonu, Hökməli qəsəbəsində yerləşən, yaşadığı fərdi yaşayış evində Mustafayev Ramazan İbrahimxəlil oğlunu döyərək İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində 3 azyaşlı uşağı var Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmiş və sonuncu tərəfindən törədilmiş inzibati xəta məhkəmədə öz təsdiqini tapmışdır. Məhkəmə birinci instnaisya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materialları ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olması öz təsdiqini tapır. Apellyasiya şikayətinin dəlillərinə isə inizbati xətanı istisna edən heç bir sübut əlavə edilməmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində onun şəxsiyyətini, əmlak vəziyyətini və xətanın xarakteri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanskiyası çərçivəsində ədalətli tənbeh tədbrii tətbiq edilmişdir.Ona görə də, iş üzrə icraata xitam verilməsinə və ya Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş tənbeh tədirinin dəyişdirilməsinə əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi göstərilənləri və işin hallarını hərtərəfli nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilməklə qüvvəsində saxlanılmalı, şikayətin dəliləri əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136cı maddələrini rəhbər tutaraq qərara alıram: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1625/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1625/2026
08.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver