Məhkəmə qərarları › İş №3(3-6)-1626/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1626/2026

11.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1626/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməsi, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin rəisi, R Ilqar Məmmədov tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, ## ###### 2025-ci il tarixində Binəqədi yolunda etibarnamə əsasında idarə etdiyi **-XJ-*** dövlət qeydiyyat nişanlı “IVECO” markalı avtomobillə hərəkət edərkən, Binəqədi rayon DYPI-nin əməkdaşı tərəfindən adına cərimənin olması əsası ilə saxlanılmışdır. O, cəriməni yerində ödəmiş, lakin, sonra da guya ki, nömrənin standartlara uyğun olmaması əsası ilə avtomobili cərimə meydançasına aparılmışdır. O, qanunsuzluqla bağlı Binəqədi rayon DYPI-yə müraciət etmiş, orada onu ikinci otağa göndərmişlər və maşını götürməsini bildirmişlər. Maşını götürəndən 1-2 saat sonra guya etibarnamənin olmaması əsası ilə (IXM-nin 332.1-ci maddəsi) ona cərimə yazılmışdır. Hesab edir ki, tərəfindən həmin maddə ilə hər hansı xəta törədilməmişdir. Belə ki, **-XJ-*** dövlət qeydiyyat nişanlı “IVECO” markalı avtomobilin idarə edilməsi üçün ona verilmiş etibarnamənin müddəti ##.##.2025-ci il tarixdə saat 23:59-da bitir. Lakin tərtib edilmiş protokoldan görünür ki, qərarın vurulma tarixi ##.##.2025-ci il saat 12:30-dur. Göründüyü kimi, ##.##.2025-ci il günün sonuna qədər mənə verilmiş etibarnamənin müddəti olduğu halda, Bakı şəhəri Binəqədi rayon DYPI-nin əməkdaşı tərəfindən qanunsuz olaraq protokol tərtib edilmiş, o, qanunsuz və əsassız olaraq 40 manat cərimə olunmuşdur. Inzibati qanunvericilik bu növ işlərdə birmənalı olaraq ilk öncə xətanın baş verməsi ilə bağlı mütləq sübutun təqdim edilməsini və sübut təqdim edildiyi halda onunla bağlı işin araşdırılmasını və xətanın olubolmamasına qiymət verilməli olmasını göstərir. Bundan başqa inzibati qanunvericilikdə xəta ilə bağlı sübut olmadığı və ya sübutla bağlı şübhələr yarandıqda işin nəticəsinin vətəndaşın xeyrinə həll edilməli olması qeyd edilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə şikayət təmin edilmiş, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli sözügedən qərarından narazı qalan Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin rəisi, R Ilqar Məmmədov apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayətində qeyd edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində IXM-nin 332.1-ci və 342.1.3-cü maddəsinin tərkib əlamətləri mövcuddur. Belə ki, DIN-nin MIS-də X1 adıan verilmiş etibarnamə ##.##.2025-ci il tarixədək qeyd edilib. X1 da saxlanılan zaman üzərində etibarnaməsi olmayıb, bu səbəbdən onun barəsində IXM-nin 332.1-ci maddəsi ilə protokol açılıb. Bundan başqa Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı pozulduğuna və standartlara uyğun olmadığına görə barəsində IXM-nin 342.1.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarixdə saat 12:30- da Binəqədi rayonu, Binəqədi yolu 59 ünvanında mövcud standartlara uyğun olmayan **XJ*** dövlət qeydiyyat nişanlı “IVECO xüsusi təyinatlı” nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyinə görə IXM-in 332.1 və 342.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. ##.##.2025-ci il tarixli, ƏN-VII №****** nömrəli etibarnamədən görünür ki, **XJ*** dövlət qeydiyyat nişanlı “IVECO xüsusi təyinatlı” nəqliyyat vasitəsini idarə etməklə bağlı Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il saat 23:59-dək qüvvədə olan etibarnamə verilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin ; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, **XJ*** dövlət qeydiyyat nişanlı “IVECO xüsusi təyinatlı” nəqliyyat vasitəsini idarə etməklə bağlı Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il saat 23:59-dək qüvvədə olan etibarnamə verilməsinə baxmayaraq sonuncu barəsində qeyd edilən nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsi ilə bağlı ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Mübahisələndirilən inzibati xətanın sonun tərəfindən törədilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) təqsirinin Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməməsini, onun təqsirli olmasının müəyyən edilməməsini, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqanın isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməməsini nəzərə alaraq iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldım: Apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməsi, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar