Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1629/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlu, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Materialdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə vəsatətlə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün ötürülmüş prosessual müddətinin bərpa edilməsinə dair Qərardan şikayət verən orqan (şəxs) vəsatəti rədd edilmişdir. Həmin qərardaddan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verib Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasında çıxış edərək şikayətin təmin edilməsini, sözügedən qərardadın ləğv edilməsi, inzibati xəta haqqında cəzadan şikayət vermə müddətinin bərpa edilməsi və şikayətinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verdiyi şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin şikayət verilməsi üçün müddətin bərpa edilməməsinə dair ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-in: 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, şikayətçi məhkəmə iclasında verdiyi izahatla inzibati tənbeh vermə haqqında qərardan ##.##.2026-cı il tarixdə mobil telefonuna göndərilmiş SMS məlumat vasitəsilə xəbərdar olduğunu təsdiq etmişdir. Bu halda qanunvericiliyin imperativ tələblərinə uyğun olaraq şikayət vermək üçün nəzərdə tutulmuş 20 günlük prosessual müddətin son günü ##.##.2026-cı il tarixə təsadüf etmişdir. Lakin iş materiallarından görünür ki, şikayət ərizəsi yalnız ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim edilmiş, yəni qanunla müəyyən edilmiş müddət 3 gün gecikdirilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərardan ##.##.2026-cı il tarixdə mobil telefonuna göndərilmiş SMS məlumat vasitəsilə xəbərdar olmuş, 20 günlük prosessual müddət ##.##.2026-cı ildə tamam olmuş və sözügedən sənədlər məhkəməyə 3 gün sonra, yəni ##.##.2026-cı il tarixdə daxil olmuşdur. Göründüyü kimi, barəsində qərar qəbul edilmiş şəxs tərəfindən qərardan şikayət verilməsi müddəti üzrsüz səbəbdən ötürülmüş və onu bu müddət ərzində şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qərardan uzun müddət keçdikdən sonra şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnər. Belə ki, Avropa Məhkəməsi “Ryabıx Rusiyaya və Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərardadı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin şikayət verilməsi üçün müddətin bərpa edilməməsinə dair ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1629/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1629/2026
04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver