Məhkəmə qərarları › İş №3(3-6)-1630/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1630/2026

08.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1630/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 350 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i apellyasiya şikayətində qeyd etmişdir ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMbCarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsiilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati orqan tərəfindən irəli sürülən iddianın mahiyyəti ondan ibarətdir ki, guya müəssisə rəhbərliyi tərəfindən yanğın texniki müayinəsinin keçirilməsinə şərait yaradılmamışdır. Lakin, işin faktiki halları və tətbiq edilməli olan hüquq normaları müqayisəli şəkildə təhlil edildikdə aydın olur ki, inzibati orqan tərəfindən həyata keçirilmiş tədbirlər qanunvericiliyin imperativ tələblərinin ciddi və kobud şəkildə pozulması ilə müşayiət olunmuş, nəticədə isə hüquqi müəyyənlik, qanunçuluq, proporsionallıq və sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi prinsipləri pozulmuşdur. Hazırkı iş üzrə isə inzibati orqan tərəfindən müəssisəyə yoxlamanın keçirilməsi ilə bağlı əvvəlcədən hər hansı yazılı bildiriş təqdim edilməmiş, yoxlamanın hüquqi əsası və predmeti barədə məlumat verilməmiş, yoxlamanın planlı və ya plandankənar keçirilməsini əsaslandıran hallar açıqlanmamışdır. Eyni zamanda müəssisəyə yoxlamaya hazırlıq görmək, məsul şəxslərin iştirakını təmin etmək, sənədləri toplamaq və müdafiə hüququndan istifadə etmək imkanı yaradılmamışdır. Bundan əlavə, nəzərə alınmalıdır ki, qanunsuz əsaslarla həyata keçirilən yoxlamaya münasibətdə sahibkarlıq subyektinin ehtiyatlı davranışı və hüquqi əsasların təqdim edilməsini tələb etməsi inzibati xəta kimi qiymətləndirilə bilməz. Əks yanaşma hüquqi dövlət anlayışının mahiyyətinə zidd olmaqla yanaşı, dövlət orqanlarının qeyri-məhdud və nəzarətsiz müdaxilə imkanlarının legitimləşdirilməsi ilə nəticələnərdi. Beləliklə, iş üzrə həm inzibati icraat mərhələsində, həm də birinci instansiya məhkəməsində maddi və prosessual hüquq normalarının ciddi şəkildə pozulduğu müəyyən edilir. Göstərilən hallar isə qəbul edilmiş qətnamənin qanunsuz və əsassız olmasını təsdiq edir və həmin qərarın ləğv edilməsini zəruri edir. Qətnamə tamvə hər tərəfli araşdırılmadan çıxarılmışdır. İzahatlar: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi məhkəmənin iclasında apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları və hüquqi məsələlər: Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan KY********* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də plan üzrə ##.##.2026-##.##.2026-cı il tarixdə müayinənin aparılmasına icazə verilir. İş materiallarında olan ##.##.2026-cı il tarixli, Q-**** saylı “Yanğın-texniki müayinə Aktı”dan görünür ki, ünvan 1 ünvanında yerləşən obyektdə müayinə zamanı yoxlama prosesində yoxlama keçirilməsinə şərait yaradılmamışdır. Apellyasiya məhkəməsində məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilib-törədilməməsi faktı birinci instansiya məhkəməsinin hakimi tərəfindən tam araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, protokol ona görə tərtib olunmuşdur ki, mağazada yoxlama zamanı obyektin rəhbərliyi tərəfindən yoxlama keçirilməsinə şərait yaradılmamışdır. Göründüyü kimi protokolun məzmunu ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 518.1-ci maddəsinin tərkib əlamətlər arasında ziddiyyətlər mövcuddur. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun: 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək, yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək, yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək, yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək, yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq yanğın təhlükəsizliyi sahəsində müəssisələrin vəzifəsidir; Yanğın təhlükəsizliyi haqqında” Qanunun 36-cı maddəsinə əsasən bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i barəsində olan inzibati iş üzrə məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin inzibati xətanı törədib-törətməməsinə dair sübutlar qərarda göstərilməklə, yenidən əsaslı qərar qəbul edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərar ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 350 manat məbləğində cərimə edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlədirilməsinə dair inzibati iş yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar