Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1632/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “«xxxx» MMC nümayəndəsi X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının IXMnin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan xarici valyuta dəyəri 4583,2 ABŞ dolları məbləğinin 30 (otuz) faizi, yəni 1.374,96 ABŞ dolları məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsxxxxverilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası IXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə ##.##.2025-ci il tarixli qərar və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara əsasən “xxxx”xxxx“X1. Və Tic. LTD ŞTI” ilə bağlanmış ##.##.2023-cü il tarixli, **/**** nömrəli alqı-satqı müqaviləsi əsasında ##.##.2023-cü il tarixli, ************** nömrəli 1 bəyənnamə üzrə ixrac olunan yüklərin müqabilində müvəkkil bank hesabına köçürülməli olan pul vəsaitinin 15000 ABŞ dolları ##.##.2023-cü il tarixdə avans şəklində əvvəlcədən, qalan vəsaitdən 57000 ABŞ dolları və 15000 ABŞ dolları məbləğində pul vəsaiti ##.##.2023-cü il tarixdə, ümumilikdə 87000 ABŞ dolları müvəkkil bank hesabına qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində köçürülmüşdür. ##.##.2023-cü il tarixli, ************** nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx”xxxxümumi invoys dəyəri 91.583,20 ABŞ dolları olan malların Türkiyə Respublikasında fəaliyyət göstərən "X1. Və Tic. LTD ŞTI” şirkətinə ixracı bəyan edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikasının IXM-nin 483cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və inzibati xətanın bilavasitə obyekti olan xarici valyuta dəyəri 4583,2 ABŞ dolları məbləğinin 30 (otuz) faizi, yəni 1.374,96 ABŞ dolları məbləğində cərimə edilmiş və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Məhkəmənin həmin qərarından narazı qalan hüquqi şəxs apellyasiya qaydasında şikayət verib Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “«xxxx» MMC nümayəndəsi X3 şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, səalhiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin ## #### 1997-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, “xxxx”xxxx“X1. Və Tic. LTD ŞTI” ilə bağlanmış ##.##.2023-cü il tarixli, **/**** nömrəli alqı-satqı müqaviləsi əsasında ##.##.2023-cü il tarixli, ************** nömrəli 1 bəyənnamə üzrə ixrac olunan yüklərin müqabilində müvəkkil bank hesabına köçürülməli olan pul vəsaitinin 15000 ABŞ dolları ##.##.2023-cü il tarixdə avans şəklində əvvəlcədən, qalan vəsaitdən 57000 ABŞ dolları və 15000 ABŞ dolları məbləğində pul vəsaiti ##.##.2023-cü il tarixdə, ümumilikdə 87000 ABŞ dolları müvəkkil bank hesabına qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində köçürülmüş, ##.##.2023-cü il tarixli, ************** nömrəli gömrük bəyannaməsi ilə "xxxx”xxxxümumi invoys dəyəri 91.583,20 ABŞ dolları olan malların Türkiyə Respublikasında fəaliyyət göstərən "X1. Və Tic. LTD ŞTI” şirkətinə ixracı bəyan edilmiş, bununla da “xxxx"xxxx“X2. vo Tic. LTD ŞTI* şirkəti ile bağlanmış ## ###### 2023-cü il tarixli, **/**** nömrəli alqı-satqı müqaviləsi əsasında ##.##.2023-cü il tarixli, ************** nömrəli gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş “maşınla və ya əllə toxunmuş trikotaj uşaq geyimi və uşaq geyimi üçün ləvazimatlar” növlü yükün deyəri olan xarici valyutada olan 91583,2 (doxsan bir min beş yüz seksən üç dollar, iyirmi sent) ABŞ dolları məbləğində pul vəsaitinin 87000 (seksən yeddi min) ABŞ dollarının ödənilmiş, 4583,2 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti müvəkkil edilmiş bank hesabına köçürülməmişdir. Işin qeyd olunan halı, raport, bəyannamələr, izahatlar və digər iş materialları ilə təsdiq olunur. Hüquqi şəxs ixrac etdikləri malların müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi onların iradəsindən asılı olmayan səbəblərə görə gec köçürülməsi ilə dair sübutlar təqdim edə bilməmişdir. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq Azərbaycan Respublikası IXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati cərimə tətbiq etmişdir. Inzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, hüquqi şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan növdə və həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır, təyin edilən inzibati tənbeh isə ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq Qərara aldım: Apellyasiya qaydasında şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının IXMnin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan xarici valyuta dəyəri 4583,2 ABŞ dolları məbləğinin 30 (otuz) faizi, yəni 1.374,96 ABŞ dolları məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1632/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1632/2026
11.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver