Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1633/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 02 ay müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.1 və 334-1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 02 ay müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbs etmənin əvvəli ## ##### 2026-cı il tarixdən saat 20:10-dan hesablanmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə təyin olunmuş inzibati həbs müddəti başa çatdıqdan sonra o, hazırkı qərarla təyin olunmuş cəzanı çəkməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Məntəqəsinə köçürülməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6 və 332.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(5-98)-4008/2026 il tarixli *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməsini və barəsində tətbiq edilmiş həbs cəzasının cərimə cəzası ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikanın qanunlarına və dövlətçiliyimizə hörmətlə yanaşan bir vətəndaş kimi məhkəmənin qəbul etdiyi qərara da hörmətlə yanaşır. Onun şəxsiyyətinin ictimai təhlükəliliyi aradan qalxmışdır. Gələcəkdə bir daha qanun pozuntusuna yol verməyəcəyini dəfələrlə bildirmışdir. Bu da onun islah olunmasından xəbər verir. Onun yaşının gənc olmasını və əməlindən çox peşman olması nəzərə alınmalıdır. Bir daha qanun pozuntusuna yol verməyəcəyini qətiyyətlə bildimişdir. O, 34 gündür ki, həbsdədir və dəfələrlə peşmançılığını dilə gətirmişdir. Onun həbsi 85 yaşlı anasını dərindən sarsıtmışdır və o evdə tək köməksiz vəziyyətdə qalmışdır. Atası rəhmətə getmiş, yaşlı anası isə onun himayəmdədir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı iş üzrə ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsi ilə inzibati qaydada verilmiş həbs cəzasını cərimə cəzası ilə əvəz olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək əməlindən peşiman olduğunu nəzərə alaraq birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliyə uyğun məlumatlandırılmış polis idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsinin mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, 01 may2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixində **TN*** dövlət qeydiyyat nömrə nişanlı “Chevrolet Cruze” markalı avtomobili idarə etdiyi zaman dəfələrlə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində ucadan ünvansız nalayiq ifadələr işlətdiyi və narkotik vasitə istifadə etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş, həbsetmənin əvvəli ## ##### 2026-cı il, saat 20:10-dan hesablanmışdır. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, iş üzrə digər halları nəzərə alaraq hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixində **TN*** dövlət qeydiyyat nömrə nişanlı “Chevrolet Cruze” markalı avtomobili idarə etdiyi zaman dəfələrlə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində ucadan ünvansız nalayiq ifadələr işlətdiyinə və narkotik vasitə istifadə etdiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Abşeron Rayon Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.1 və 334-1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları Abşeron Rayon Məhkəməsində baxılan inzibati xətalarla eyni vaxtda törətdiyindən həmin işlərə eyni vaxtda baxılmalı idi. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bayran oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.1 və 334-1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol ## ### 2026-cı il tarixində tərtib edilmiş və ## ### 2026-cı il tarixində baxılması üçün Nəsimi Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı inzibati iş üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün əhəmiyyət kəsb edən halların araşdırılmaması iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Məhkəmə belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati təhbeh təyin edilərkən qanuni və ədalətli inzibati təhbeh təyin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Məcəllənin: 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 334-1.1-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutur. 334-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə – min manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh verilməsi haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilməklə tərtib edilərək qəbul edilmişdir, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı isə şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-ci maddələrini rəhbər tutaraq qərara a l ı r a m: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 02 ay müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1633/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1633/2026
02.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver