Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1634/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) və Azərbaycan Respubliası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi X1 iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından səlahiyyətli orqanın verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqanın ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXMin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 2000 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərar sonuncu barəsində səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikası IXM-in 253.2-ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin təmin edilməsi, sonuncu barəsində səlahiyyətli orqanın qəbul etdiyi ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Səlahiyyətli orqan həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Polis Idarəsindən daxil olmuş ünvan 1 ünvanında kəsilmiş ağaclara görə təbiətə dəymiş ziyanın müəyyəndirilməsi məzmunlu ##.##.2026-cı il tarixli məktubla əlaqədar yerində baxış keçirilmiş baxış zamanı ünvan 2 ünvanında yerləşən X3 məxsus fərdi yaşayış evinin qarşısında köküstə yaş bioloji inkişafda olan 2 (iki) ədəd yapon əzgili ağacının (d=15 sm) DEEA-nın müsbət rəyi olmadan qanunsuz götürüldüyü müəyyən edilmişdir. Araşdırma zamanı özünü X3 oğlu kimi təqdim edən Qərardan şikayət verən orqan (şəxs) sözügedən ağacların yenilərinin əkilməsi məqsədilə götürüldüyünü bildirmişdir. Həmçinin ağacların kəsildiyi hissədə mövcud olan köküstə yaş bioloji inkişafda olan 1 (bir) ədəd ayland (d=0-4 sm) ağacı və 9 ədəd qızılgül kolu qeydiyyata alınmışdır. Bakı şəhəri Nizami RPI tərəfindən hərtərəfli araşdırılma aparılması üçün səlahiyyətli orqana məktub ünvanlanmış, araşdırılması üçün aidiyyəti üzrə göndərilmişdir. Iş materiallarına əlavə edilmiş fotoşəkillərdən ehtimal olunan inzibati xəta hadisəsinin törədildiyi yerin görünütləri əks olunmuşdur. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən bu halı nəzərə almamışdır. Buna görə də həmin qərar qanunsuz və əsassızdır. Apellyasiya məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X1 şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) verdiyi izahatında göstərmişdir ki, ekologiyaya, təbiətə zərər vurmaq niyyətində olmamışdır. Həyət qapısının kənarında özünün əkdiyi, bar verməyən və artıq yararsız vəziyyətə düşmüş 2 ədəd yapon əzgili kollarını kökündən çıxarmış, daha sonra kəsmiş və yerində yenilərini əkmək niyyətində olmuşdur. Həmin bitkilər kənd təsərrüfatı bitkiləri hesab edilir, bu kollar ona məxsus həyətyanı sahənin qapısının önündə onun tərəfindən əkilmiş və abadlaşdırma işləri aparmaq məqsədilə kəsmişdir. Buna görə də səlahiyyətli orqanın verdiyi şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlilinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası IXM-in 253.2-ci maddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir Iş üzrə səlahiyyətli orqanın qəbul etdiyi ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından və ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında köküstə yaş bioloji inkişafda olan 2 (iki) ədəd yapon əzgili ağacının DEEA-nın müsbət rəyi olmadan qanunsuz götürülməsi nəticəsində Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası IXM-nin 253.2-ci maddəsi ilə 2.000 (iki min) manat məbləğində cərimə edilmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il ## ####### tarixli *** nömrəli qərarına uyğun olaraq fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla ağacların və kolların götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyanın miqdarı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında yaşıllıqların məhv edilməsi barədə tərtib olunmuş cədvələ əsasən, cəmi 900 manat müəyyən edilmişdir. - Aktdan müəyyən edilir ki, Nizami RPI-dən daxil olmuş ünvan 1 ünvanında kəsilmiş ağaclara görə təbiətə dəymiş ziyanın müəyyəndirilməsi məzmunlu ##.##.2026-cı il tarixli məktubla əlaqədar yerində baxış keçirilmiş, baxış zamanı ünvan 2 ünvanında yerləşən X3 məxsus yerləşən fərdi yaşayış evinin qarşısında köküstə yaş bioloji inkişafda olan 2 (iki) ədəd yapon əzgili ağacının (d=15 sm) DEEA-nın müsbət rəyi olmadan qanunsuz götürüldüyü müəyyən edilmişdir. Araşdırma zamanı özünü X3 oğlu kimi təqdim edən Qərardan şikayət verən orqan (şəxs) sözügedən ağacların yenilərinin əkilməsi məqsədilə götürüldüyün bildirmişdir. Həmçinin ağacların kəsildiyi hissədə mövcud olan köküstə yaş bioloji inkişafda olan 1 (bir) ədəd ayland (d=0-4 sm) ağacı və 9 ədəd qızılgül kolu qeydiyyata alınmışdır. Iş üzrə birinci instansiya məhkəməsi isə müvafiq nəticəyə gələrkən, səlahiyyətli orqanın Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası IXM-in 253.2-ci maddəsində nəzərdə tutulmuş, ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında köküstə yaş bioloji inkişafda olan 2 (iki) ədəd yapon əzgili ağacının DEEA-nın müsbət rəyi olmadan qanunsuz götürməsini və kəsilən 2 ədəd ağacın (kolların) ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar) məhdud istifadəli yaşıllıqlara (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar) daxil olduğunu sübut edə bilməməsinə əsaslanmışdır. Azərbaycan Respublikası IXM-in: - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar, həmçinin maddi sübutlarla müəyyən edilir. - 77.1-ci maddəsinə əsasən üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Məhkəmə səlahiyyətli orqanın ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında köküstə yaş bioloji inkişafda olan 2 (iki) ədəd yapon əzgili ağacı DEEA-nın müsbət rəyi olmadan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qanunsuz götürülmüşdür. Beləliklə, səlahiyyətli orqan fotoşəkillərlə də iş üzrə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası IXM-in 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini sübut edə bilmişdir. Iş üzrə sonuncunun əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yuxarıda müəyyən edildiyi göstərilmiş məzmunda mövcuddur. Azərbaycan Respublikası IXM-in: - 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə səlahiyyətli orqanın verdiyi şikayət əsaslı, Qərardan şikayət verən orqan (şəxs) verdiyi ilkin şikayət isə əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Səlahiyyətli orqanın qəbul etdiyi ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Buna görə də səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) verdiyi ilkin şikayət təmin edilməməli, səlahiyyətli orqanın qəbul etdiyi ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası IXM-in 131, 133, 134.1.2, 135.1.2, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respubliası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) verdiyi ilkin şikayət təmin edilməsin. Azərbaycan Respubliası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin qəbul etdiyi ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1634/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1634/2026
12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver