Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1635/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Mirzəyeva Şəlalə Namiq qızının katibliyi ilə, “Assist Finance İnvestisiya şirkəti” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi nümayəndə3, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, “Assist Finance İnvestisiya şirkəti” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından “Assist Finance İnvestisiya şirkəti” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: “Assist Finance İnvestisiya şirkəti” ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Xətai Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə hüquqi şəxs “Assist Finance İnvestisiya şirkəti” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan “Assist Finance İnvestisiya şirkəti” Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edilmiş, işin halları tam və obyektiv araşdırılmamışdir. Məhkəmə qərar qəbul edərkən iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Assist Finance İnvestisiya şirkəti” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 598.1.3-cü maddəsinə əsasən maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin maliyyə institutları tərəfindən vaxtında və ya tam icra edilməməsinə, hər bir yazılı göstərişə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokola əsasən “Assist Finance İnvestisiya şirkəti” ASC tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 məhəllə ünvanında maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin icra edilməməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan ## ###### 2026-cı il tarixli məlumatların təqdim edilməsinə dair “Göstərişdən”xxxx“Assist Finance İnvestisiya Şirkəti" ASC-yə "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsinə uyğun olaraq 2026-cı il # ###### tarixli, *-**-**/*-**/**** nömrəli məktub və "Şübhəli əməliyyatların monitorinqi" informasiya sistemi (ŞƏMS) vasitəsilə eyni məzmunlu REQ-******* saylı sorğu göndərilmişdir. Sorğuda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskləri ilə bağlı aparılan strateji təhlillər ilə əlaqədar 2024- 2025-ci illər üzrə hüquqi və fiziki şəxslərin qiymətli kağızlarla əlaqəli ölkəxarici birjalarda icra etdikləri alqı-satqı əqdləri barədə məlumatların Maliyyə Monitorinqi Xidmətinə (MMX) təqdim edilməsi tələb olunmuşdur. Məlumatların 2026-cı il # ###### tarixinədək təqdim edilməsi nəzərdə tutulsa da, “Assist Finance İnvestisiya şirkəti” ASC tərəfindən sorğu ilə bağlı MMXə məlumatlar cari tarixədək təqdim edilməmişdir. Son olaraq 7 iş günü müddətində MMX-yə təqdim edilməsi tələb olunmuş, əks halda İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olunacağı bildirilmişdir. ## #### 2026-cı il tarixli “Yazılı göstərişin ica edilməməsinə dair inzibati xətalar haqqında işlər üzrə icraatın başlaması barədə” bildirişdənxxxx"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.3-cü maddəsinə uyğun olaraq 2026-cı il # ###### tarixli, *-**-**/*-**/**** nömrəli məktub və "Şübhəli əməliyyatların monitorinqi" informasiya sistemi (ŞƏMS) vasitəsilə eyni məzmunlu REQ-******* saylı sorğu göndərilmişdir. Sorğuda Qanunun 14.1-ci maddəsində göstərilən Maliyyə Monitorinqi Xidmətinin funksional fəaliyyət istiqamətlərini həyata keçirmək məqsədilə zəruri məlumatların 2026-cı il # ###### tarixinədək təqdim edilməsi nəzərdə tutulsa da, sorğu ilə bağlı həmin məlumatlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi"nin 3.2.3-cü yarımbəndini və İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsinə əsasən 2026-cı il ## ###### tarixli *-**- **/*-***/**** nömrəli yazılı göstəriş göndərilmiş və zəruri olan məlumatların 7 iş günü müddətində ŞƏMS vasitəsilə MMX-yə təqdim edilməsi tələb olunmuş və göstərişin icra edilməməsinə görə inzibatı məsuliyyət tədbirləri barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, sözügedən məlumatlar yenidən təqdim edilməmişdir. Yazılı göstərişin icra edilməməsi nəzərə alınaraq, İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsinə əsasən MMX-də inzibati xətalar haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Kapital Bazarları Assosasiyasının dair ## #### 2026-cı il tarixli **/MKTB/** nömrəli məktubundanxxxx"Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununa istinad edilərək, müştəri məlumatlarının konfidensiallığının qorunması məqsədilə sorğu məktubunda göstərilən məlumatların təqdim edilməsinin məqsədə müvafiq olmaması qeyd edilmişdir. Həmçinin, “Assist Finance İnvestisiya şirkəti” ASC-nin nümayəndəsinin izahatlarındanxxxxsorğuda bütün müştərilərlə bağlı tam məlumatın təqdim edilməsinin zəruriliyi əsaslandırılmadığından ASC ##.##.2026-cı il tarixli göstərişə cavab verməmiş, lakin bildirilmişdir ki, xarici birjalarda aparılan əməliyyatların ümumi sayı, statistik bölgü, müştəri kateqoriyaları üzrə ümumi dövriyyə məlumatlar verilə bilər, həmçinin, strateji təhlil nəticəsində konkret şübhələr aşkarlanarsa bütün məlumatların təqdim edilməsi mümkündür. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs “Assist Finance İnvestisiya şirkəti” ASC tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Maliyyə Monitorinqi Xidmətinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi icrası məcburi olan göstərişlərinə riayət olunmamış və sorğu edilən sənədlər təqdim edilməmişdir. Göründüyü kimi, Maliyyə Monitorinqi Xidməti göstərişində strateji təhlili nəticəsində bir tərəfi investisiya şirkəti olan investisiya təşkilatlarının müştərisi olan hüquqi və fiziki şəxslərin müvafiq əməliyyatlar üzrə ümumi dövriyyəsinin 203,2 milyard manat olmasının müəyyən edilməsinin şübhələr doğurması səbəbindən sorğuda göstərilən məlumatların təqdim edilməsini əsaslandırmış, lakin, “Assist Finance İnvestisiya şirkəti” ASC tərəfindən sorğuda qeyd olunan məlumatlar təqdim edilməmişdir. Qeyd etmək lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 431-ci maddəsinin (Kommersiya və ya bank sirri təşkil edən məlumatların qanunsuz yolla əldə edilməsi və ya yayılması) qeydində də göstərilmişdir ki, kommersiya və ya bank sirri olan məlumatları “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına təqdim edən şəxsə bu maddənin qüvvəsi şamil edilmir. Göründüyü kimi, İnzibati xətalar qanunvericiliyinə əsasən, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına təqdim edilməsi kommersiya və ya bank sirri təşkil edən məlumatların yayılması hesab edilmir. Məhkəmə şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının ## #### 2026-cı il tarixli məktubu ilə əlaqədar qeyd edir ki, həmin məktubda göstərilənlər tövsiyə xarakteri daşıyır və məhkəmə hazırkı iş üzrə qərar qəbul edərkən həmin tövsiyələri nəzərə ala bilməz. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutaraq, məhkəmə Qərara aldı: “Assist Finance İnvestisiya şirkəti” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. “Assist Finance İnvestisiya şirkəti” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1635/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1635/2026
11.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver