Məhkəmə qərarları › İş №3(3-6)-1636/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1636/2026

12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1636/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin (bundan sonra - səlahiyyətli orqan) nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından səlahiyyətli orqanın verdiyi şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək barəsində qəbul edilmiş səlahiyyətli orqanın ## ######## 2025-ci il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilmiş, səlahiyyətli orqanın ## ######## 2025-ci il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta hqqında iş üzrə icraata xitam verilmişdir. Səlahiyyətli orqan həmin qərardan şikayət verib, onun ləğv edilməsini və səlahiyyətli orqanın ## ######## 2025-ci il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası IXM-in: - 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. - 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Göstərilən qanunvericilik normalarından aydın olur ki, iş üzrə səlahiyyətli orqan Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikası IXM-in “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar” fəslinə daxil olan 330.0.1-ci maddəsi ilə tərtib edildiyinə, bu səbəbdən göstərilən məhkəmə qərarından şikayət vermə müddəti həmin Məcəllənin 126.1-ci maddəsi ilə tənzimlənməli olduğuna görə səlahiyyətli orqan ondan rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində şikayət verə bilərdi. Iş materiallarında olan məktubdan görünür ki, iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı səlahiyyətli orqana ## ####### 2025-ci il tarixdə göndərilmişdir. Azərbaycan Respublikası IXM-in 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qərarından şikayəti ## ### 2026-cı il tarixdə verərkən, Azərbaycan Respublikası IXM-in 130.1-ci maddəsində müəyyən edilmiş prosessual müddəti buraxdığı halda, onun bərpa edilməsi barədə birinci instansiya məhkəməsinə vəsatət vermədiyinə, həmin şikayətə onun verilməsi ilə əlaqədar buraxılmış prosessual müddət bərpa edilmədən apellyasiya instansiyası məhkəməsində baxılması mümkün olmadığına görə iş üzrə inzibati xəta haqqında icraat materialları həmin şikayətə baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalı, səlahiyyətli orqana Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından şikayət verməsi ilə əlaqədar buraxdığı prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası IXM-in 130-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Iş üzrə inzibati xəta haqqında icraat materialları Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin verdiyi şikayətə baxılmadan birinci instansiya məhkəməsinə qaytarılsın. Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinə izah edilir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından şikayət verməsi ilə əlaqədar buraxdığı prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar