Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1640/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin ##.##.2026-ci il tarixli EQ******** nömrəli protokolu əsasında tərtib olunmuş ##.##.2026-cı il inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, barəsində qəbul edilmiş ##.##.2026-ci il tarixli EQ******** nömrəli protokol əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə material baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə onun mobil nömrəsinə idarə etdiyi **-RT-*** dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomobil ilə Nizami rayonu, Çobanzadə küçəsində Inzibati Xətalar Məcəlləsinin 327.2 - 1.1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması barədə sms vasitəsilə EQ******** nömrəli cərimə protokolu gəlmişdir. Halbuki o həmin ərazidə həmin vaxtda sola dönmə icazəsi olduğu üçün qanuni şəkildə sola dönmüşdür. Ona yazılan protokol qanunsuzdur və ləgv edilməidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilmiş, Baş Dövlət Yol Polis Idarəsinin ##.##.2026-ci il tarixli EQ******** nömrəli protokol əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Ünsüyyət Mirzəyeva onun haqlı şikayətini qismən təmin etsə də, əsassız olaraq qərarın yenidən baxılması üçün Baş Dövlət Yol Polisi Idarəsinə qaytarılması barədə qərar qəbul etmişdir. Belə ki, əlavə olunan fotoşəkillərdən sübut olunur ki, o haqlıdır və tərtib olunan qərar Baş Dövlət Yol Polisi Idarəsinə qaytarılmadan ləğv olunmalı idi. Hakim Ünsüyyət Mirzəyevanın verdiyi qərar sadəcə vaxt itirilməsidir. Barəsində tərtib olunan inzibati tənbeh vermə haqqında qərar Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən tərtib olunub və həmin qərarı ləğv edib yenidən qaytarmaq absurddur. Fotoşəkillər tam sübut edir ki, inzibati tənbeh vermə haqqında qərar əsassızdır, ləğv olunmalıdır. Məhkəmə uzun müddət aparıldığından və 90 manat cərimə artıq 100 manat olduğundan, üzərinə dəbbə pulu gələcəyindən məcbur olub həmin cəriməni ödəmişdir. Odur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini, qərardna verdiyi şikayətin Baş Dövlət Yol Polisi Idarəsinə qaytarılmadan tam olaraq təmin edilməsini və cərimə üçün ödəmiş olduğu 100 manat məbləğində pulun Baş Dövlət Yol Polisi Idarəsindən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayəti müdafiə edərək, ona uyğun izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4cü maddəsinə əsasən şikayətə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti iş üzrə materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçısını dinləyərək belə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin ##.##.2026-ci il tarixli EQ******** nömrəli protokolu əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin qismən təmin edilməsinə dair Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin ##.##.2026-ci il tarixli EQ******** nömrəli protokolu əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarixdə, saat 15:27-də “Ford Fusion” minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozması əsas gətirilərək barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin ##.##.2026-ci il tarixli EQ******** nömrəli protokolu əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 100 (yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarixdə, saat 15:27-də “Ford Fusion” minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozması əsas gətirilərək barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin##.##.2026-ci il tarixli EQ******** nömrəli protokolu əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 100 (yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ##.##.2026-ci il tarixli EQ******** nömrəli protokol əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin ##.##.2026-ci il tarixli EQ******** nömrəli protokolu əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə birinci instansiya məhkməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2026-ci il tarixli EQ******** nömrəli protokol əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, inzibati xəta tərkibinin yaranmasına səbəb olmuş sübutlar natamam olmuşdur. Məhkəmə hesab edir ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati orqanın qərarının ləğv edilməsi və yeni araşdırma üçün geri qaytarılması haqqında qanuni və əsaslı nəticə gəlmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, verilmiş şikayət həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd olunan xüsusatlar baxımından birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edilir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edərək məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Məhkəmə qeyd edir ki, şikayətin dəlillərində qeyd olunan narazılıq təşkil edən məqamlara inzibati orqanda yeni araşdırma zamanı baxıla bilər. Işin bir neçə dəfə araşdırılması üçün inzibati orqana qaytarılması işin inzibati orqan tərəfindən ətraflı araşdırılmasına maneə kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin ##.##.2026-ci il tarixli EQ******** nömrəli protokolu əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin qismən təmin edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin ##.##.2026-ci il tarixli EQ******** nömrəli protokolu əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin qismən təmin edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-1640/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1640/2026
10.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver