Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1642/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Mirzəyeva Şəlalə Namiq qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Tələbkar X6 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından tələbkar X6 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxıraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru (inzibati xəta haqqında protokol tərtib edən şəxs) Bəxtiyarov Heydər İsa oğlu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan tələbkar X6 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının dəyişdirilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sonralar da aliment öhdəliyindən yayınacaq, bu səbəbdən hesab edir ki, onun barəsində seçilmiş cərimə növündə tənbeh tədbiri ədalətli deyildir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkar X6 nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, icra sənədi üzrə borclu barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və borclu məsuliyyət daşıdığını hiss etməlidir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə borclu (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru (inzibati xəta haqqında protokol tərtib edən şəxs) Bəxtiyarov Heydər İsa oğlu məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının izahatını dinləyib hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə, əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli icra sənədinə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2011-ci il təvəllüdlü Rzazadə İlkin Cəlal oğlu və ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutulmalı olan hər uşağa görə 175 manat, cəmi 350 manat məbləğində aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə gündən tutulmağa başlanmalı və tutma həmin vaxtdan hesablanmalıdır. - ##.##.2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surətindən müəyyən olunur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)- ***/**** nömrəli icra sənədi üzrə icraata başlanmış və icra sənədi üzrə tələbin könüllü icrası haqqında bildiriş icra sənədi üzrə borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (icra sənədi üzrə borclu) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə ##.##.2022-ci il tarixdə ünvanlanmış izahatın məzmunundan müəyyən olunur ki, tam pulunu ala bilmədiyinə, anası xərçəng xəstəliyindən əziyyət çəkdiyinə və biraz çətinlik yaşadığına görə ödəniş edə bilmir. Özünün aylıq gəliri 400 manat olduğu üçün ödənişlər gecikir. - ##.##.2021-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin 2 (iki) icra məmurunun iştirakı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşayış yerinin müəyyən edilməsi məqsədilə ünvan 1 ünvanında yerləşən **A nömrəli fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı borclunun həmin ünvanda yaşamaması faktı aşkar edilmişdir. - ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)- ***/**** nömrəli icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 9610 manat məbləğində aliment borcu tutularaq icra sənədi üzrə tələbkar X4 ödənilməli olsa da, borclu tərəfindən icra sənədi üzrə tələb təmin edilməmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iş materiallarında olan izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə əsasən, inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələri rəhbər tutaraq, məhkəmə Qərara aldı: Tələbkar X6 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1642/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1642/2026
11.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver